Gündəm

Sudan xlor iyi gələndə...

21 Aprel 2017 15:27

Bakıda mənzillərə verilən suyun tərkibinə xlorun normadan artıq vurulması barədə paytaxt sakinlərindən müraciətlər var. Paytaxtın Xətai rayonu General Əliağa Şıxlinski küçəsində və Suraxanı rayonu, Bülbülə qəsəbəsində, Sabunçu rayonunun qəsəbələrində və digər yerlərdə yaşayanlar deyirlər ki, sudan tez-tez kəskin xlor iyi gəldiyinə görə ondan yemək bişirmək və içmək, çay qaynatmaq üçün istifadə edə bilmirlər.

Nazir: "İsrail Aleksandr Lapşinin cəzasını vətənində çəkməsinə çalışacaq"

21 Aprel 2017 15:25

İsrail Azərbaycanda həbs olunan bloqer Aleksandr Lapşinin cəzasını vətənində çəkməsinə çalışacaq. Bunu İsrailin ədliyyə naziri Aelet Şaked Moskvaya səfərinin yekunu üzrə "İnterfaks"a müsahibəsində deyib.

Şikayətləri DTX, DİN... araşdıracaq - Mətbuat Şurasından gözlənilməz yenilik

21 Aprel 2017 15:23

Azərbaycan Mətbuat Şurasının (MŞ) Reket Jurnalistikaya qarşı Mübarizə Komissiyasının səlahiyyətləri artırılır, tərkibi genişləndirilir. Bu barədə  MŞ sədri Əflatun Amaşov məlumat verib. Onun sözlərinə görə, işə dövlət qurumları da cəlb olunub: "Sözügedən komissiyanın tərkibinə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri də daxil edilib. Artıq qərar qəbul olunub, hansısa şikayət daxil olarsa komissiya hərəkətə keçəcək”.

Ermənistan sürətlə boşalır

21 Aprel 2017 15:17

Siyasi, iqtisadi, diplomatik müstəvidə Azərbaycana məğlub olan Ermənistan artıq hərbi müstəvidə də belə bir məğlubiyyətlə üzləşdiyinin fərqindədir. Xüsusilə, keçən ilin aprelində Azərbaycan Silahlı Qüvvələrinin erməni təxribatına qarşı həyata keçirdiyi uğurlu hərbi əməliyyat və neçə illə düşmən tapdağı altında qalan bir sıra strateji yüksəkliklərin işğaldan azad edilməsi uzun illərdən sonra bu məğlubiyyətin ilk təməlini qoydu. İrəvan bu günə qədər tam etiraf etməsə də, Azəbaycan Silahlı Qüvvələri tərəfindən sarsıdıcı zərbə alaraq son illərin ən böyük canlı qüvvə və hərbi texnika itkisini verdi. Məhz bu uğurlu hərbi əməliyyatlardan sonra Ermənistan ordusunda fərarilik, hərbi xidmətdən yayınma halları artmağa başladı. Bir neçə dəfə işğalçı ölkənin prezidenti Serj Sərkisyanın Dağlıq Qarabağa səfər etməsi də erməni əsgərlərində heç bir ruh yüksəkliyi yaratmadı. Artıq vəziyyət o həddə çatıb ki, Ermənistan ordusuna çağırış yaşlı gəncləri tapmaq qeyri-mümkünə çevrilib. Bunun isə başlıca səbəbi yuxarıda qeyd etdiyimiz kimi keçən ilin aprelində Azərbaycan Silahlı Qüvvələrinin İrəvana yaxşı hərbi dərs keçməsidir.

İslam Həmrəyliyi Oyunlarının Azərbaycan üçün tarixi əhəmiyyəti, siyasi və iqtisadi dividentləri var

21 Aprel 2017 15:15

Azərbaycan daha bir beynəlxalq tədbirə, İslam Həmrəyliyi Oyunlarına hazırlaşır. Sayca dördüncüsü keçirilən bu oyunların keçiriləcəyi 10 gün ərzində bütün müsəlman aləminin gözü, diqqəti Bakıda olacaq. IV İslam Hərməyliyi Oyunlarının Azərbaycanda “İslam Hərməyliyi İli”nə təsadüf etməsi də bu oyunların əhəmiyyətini birə-beş artırır.

“Bəzən elə açıq-saçıq reklamlar yerləşdirirlər ki…”

21 Aprel 2017 15:13

Azərbaycan Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin aprelin 21-də keçirilən iclasında “Uşaq hüquqları haqqında qanuna” yeni maddənin əlavə edilməsi təklifi müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə məlumat verən millət vəkili, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib ki, sənəddə ölkə üzrə bütün yerlərdə reklamlarda uşaqlara mənəvi və fiziki baxımdan zərərin qarşısını almaq üçün bir sıra qadağan tətbiq olunur.

Alternativ cəza tədbirlərinə niyə üstünlük verilmir?

21 Aprel 2017 15:12

Azərbaycanda dövlət idarəçilik sisteminin müasirləşdirilməsi sahəsində ciddi tədbirlər həyata keçirilir, bu istiqamətdə reallaşdırılan dövlət siyasəti həm də məhkəmə-hüquq sahəsində əsaslı pozitiv dəyişikliklərin baş verməsi ilə müşahidə olunur. Ölkədə cəza siyasətinin humanistləşdirilməsi, cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətlərin dekriminallaşdırılması məqsədilə Prezident İlham Əliyev tərəfindən imzalanana “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı da bu qəbildəndir.

Dövlət istehsal olunan məhsulların ixracını daha səmərəli təşkil ermək üçün konkret addımlar atır

21 Aprel 2017 15:08

Azərbaycanın yeni iqtisadi tələblər və günümüzün reallıqlarına uyğun qeyri-neft sektorunu inkişaf etdirməkdə maraqlı olması və bu sahəni prioritet hesab etməsi dövlət başçısının bir neçə gün əvvəl Yevlax rayonunda qeyri-neft ixracatçıları ilə keçirdiyi müşavirədən də bir daha aydın oldu.

BANM daha bir beynəlxalq müqavilə imzalayıb

21 Aprel 2017 15:07

Bakı Ali Neft Məktəbinin rəhbərliyi Böyük Britaniyanın ATKINS şirkətinin və Birləşmiş Krallığın Azərbaycandakı səfirliyinin nümayəndələri arasında görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq rəhbərlik etdiyi ali təhsil ocağı haqqında ətraflı məlumat verib, məktəbdə xaricdə fəaliyyətini genişləndirən SOCAR üçün beynəlxalq standartlara cavab verən ingilisdilli kadrların hazırlandığını bildirib.

Gəncədə MDB ölkələrinin Rektorlar Şurasının iclası keçirilib

21 Aprel 2017 15:05

“MDB ölkələrinin aqrar-sənaye kompleksi üçün bitki mühafizəsi və kadr hazırlığı” problemi üzrə aparıcı ali təhsil müəssisələri rektorlar şurasının Gəncədə ikinci iclası olub.

Nazir çimərlik turizminin inkişafı ilə bağlı müvafiq qurumların nümayəndələri ilə görüş keçirib

21 Aprel 2017 15:04

“Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nın icrasının müzakirə edilməsi məqsədi ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Federal Təhlükəsizlik Xidmətinin binasına silahlı hücum - Rusiya

21 Aprel 2017 15:03

Səhər saatlarında Rusiyanın Xabarovsk vilayətində yerləşən Federal Təhlükəsizlik Xidmətinin binasına silahlı hücum olub. “Olaylar” “Sözcü” – yə istinadən bildiri ki, silahlı hücum zamanı iki nəfər həlak olub. Ölənlərdən biti FTX – nın əməkdaşı, digəri isə mülki şəxsdir. Binaya hücum edən şəxsində FTX – nin əməkdaşı tərəfindən öldürüıdüyü bildirilir.

Bələdiyyə vergiləri haqqında qanun da dəyişdirilir

21 Aprel 2017 15:02

Milli Məclisin Regional məsələlər komitəsinin aprelin 21-də  keçirilən iclasında “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna dəyişiklik edilməsi barədə” qanun layihələri müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, komitə sədri Arif Rəhimzadə “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi ətrafında yaranan sualları cavablandırıb. O, bildirib ki, bu qanun layihəsi qəbul edildikdən sonra, o,  “Bələdiyyələrin statusu haqqında” qanunla birgə tətbiq olunacaq.

Günümüzün acı reallığı

21 Aprel 2017 15:01

 “Bu gün bələdiyyə üzvləri bələdiyyənin fəaliyyətindən, ümumiyətlə, xəbərsizdir və bu, acı reallqıdır”. Bunu Milli Məclisin (MM) Regional məsələlər komitəsinin iclasında  “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanunun layihəsinin müzakirəsi zamanı millət vəkili Kamran Bayramov deyib: “Millət vəkili Fəzail İbrahimlinin bir fikri ilə razıyam ki, həqiqətən bu gün bələdiyyə üzvlərinin mütləq əksəriyyəti bələdiyyənin fəaliyyəti ilə bağlı qanunvericilikdən və ümumiyətlə, bələdiyyənin fəaliyyətindən xəbərsizdir.

Milyonluq avtomobil, valyuta, əntiq əşyalar... - Azərbaycanlı məşhurların GİZLİ XƏZİNƏLƏRİ - SİYAHI

21 Aprel 2017 14:58

Sənət adamları həmişə müxtəlif kolleksiyaları ilə diqqət çəkib. Məsələn, Rusiyanın pop kraliçası Alla Puqaçova, Arnold Şvartsneger bahalı və retro avtomobil kolleksiyaları ilə məşhurdur. Dünyaca məşhur aktrisa Demi Mur gəlinciklər kolleksiyasına sahibdir. Bu kolleksiyada 10 min barbi və eyni miqdarda müxtəlif gəlinciklər var. Aktrisanın 1 milyon dollardan çox pul xərclədiyi kolleksiyasında brilyant və qızılla bəzədilmiş gəlinciklər də yer alıb.