Gündəm

Qadın sahibkarlar Bakıda toplaşacaqlar

21 Aprel 2017 14:55

Aprelin 25-də “Boulevard Hotel Baku”  mehmanxanasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası tərəfindən “Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər”   mövzusunda beynəlxalq  konfrans keçiriləcək.

Lavrovun Rusiya ilə Ermənistanın birləşdirilməsi haqda bəyanatına Gürcüstandan REAKSİYA

21 Aprel 2017 14:53

Gürcüstan xarici işlər naziri Rusiya ilə Ermənistan arasında birbaşa dəmir yol əlaqəsinin bərpa edilməsinə dair rusiyalı həmkarı Sergey Lavrovun iki gün əvvəl Abxazyada verdiyi bəyanatı şərh edib.

Kitab festivalı

21 Aprel 2017 14:51

Ermənistanda cəbhəyə kasıb balaları göndərilir

21 Aprel 2017 14:49

Qoşunların təmas xəttində nə qədər oliqarx oğlunun hərbi xidmət keçdiyini bilmirəm. Çünki hüquqi cəhətdən "oliqarx" anlayışı müəyyən edilməyib. Bunu Ermənistanın müdafiə naziri Vigen Sarkisyanjurnalistlərin suallarını cavablandırarkən deyib. Bununla yanaşı o bildirib ki, ön xətdə yalnız kasıb ailələrin övladlarının hərbi xidmət keçdiyi barədə səsləndirilən fikirlər əsassızdır.

İsmayıllı rayonunda 3 ədəd yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib

21 Aprel 2017 14:47

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İsmayıllı rayonunda inşa etdirilmiş 3 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib.

Erməni nazir kriminal avtoritetlərə "atıb"

21 Aprel 2017 14:44

Ermənistanda keçirilən parlament seçkiləri zamanı keçmiş nəqliyyat və kommunikasiya naziri Qaqik Beklaryan öz oğlu Hakop Beklaryanın xeyrinə veriləcək səslərin qarşılığında müxtəlif kriminal qruplaşmaların üzvlərini həbsdən azad edəcəyi haqda vədlər verib. Bu barədə "Jamanak" qəzeti məlumat yayıb. Bildirilib ki, kriminal aləmin üzvləri həbsdə olan "qardaşlarının" azadlığı üçün hətta, ABŞ-da olan cinayətkarları da dəvət ediblər. 

Axtarışda olan Azərbaycan vətəndaşı tutuldu

21 Aprel 2017 14:42

Gürcüstanın paytaxtı Tbilisidə 2015-ci ilin noyabr ayından İnterpolun qırmızı xətti ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı, 1961-ci ildə anadan olmuş Q.İ. saxlanılıb.

İrəvanda etiraz aksiyası keçirilir

21 Aprel 2017 14:40

Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilir. Ticarət obyektlərinin işçiləri hökümət binasının qarşısında toplaşaraq baş nazir Karen Karapetyanla görüş tələb edirlər. Etirazçıların sözlərinə görə, artıq üç gündür ki, vergi orqanları onların yarmarkalarında yoxlamalar həyata keçirir, sənədlər tələb edir, müxtəlif üsullarla onları sıxışdırır. 

Qubada nəzir qutusundan pul oğurlandı

21 Aprel 2017 14:32

Qubada məscidin nəzir qutusundan pul oğurlayan şəxslər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-da rayon sakini Natiq Musayevin cibindən 300 manat pul oğurlamaqda şübhəli bilinən həmyerliləri Qalib Əlibəyov və Sadiq Əmrəliyev tutulublar. Ətraflarında aparılan tədbirlərlə onların həmin gün şəhər sakinləri Asif Əsgərov, Taleh Atakişiyev, Murad Məmmədov və Elçin Əliyevlə birgə rayon ərazisindəki məscidlərdən birindəki nəzir qutusundan 300 manat pul oğurlamaları, habelə rayon sakini Natiq Kərimovun "VAZ-2106" markalı avtomobilini qaçırmaları da müəyyən edilib.

Ermənistanda Elmlər Akademiyasının və nazirliyin binası satışa çıxarılıb

21 Aprel 2017 14:30

Ermənistan hökuməti dövlət mülkiyyətində olan bir sıra binaları, o cümlədən Elmlər Akademiyasının Rəyasət Heyətinin yerləşdiyi binanı satışa çıxarıb. 

Qadını rüsvay edəcəyi ilə hədələyən şəxs tutulub

21 Aprel 2017 14:22

Mingəçevir şəhər sakini bir qadın barədə rüsvayedici məlumat yayacağı ilə hədə-qorxu gəlib ondan pul alarkən tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, aprelin 17-də Nərimanov rayonu ərazisində Mingəçevir şəhər sakini Pünhan Abdullayev Bakı şəhər sakini olan bir qadın barədə rüsvayedici məlumat yayacağı ilə hədə-qorxu gəlib ondan 1500 manat pul alarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərfindən tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb.

Külli miqdarda siqaret və mobil telefon aşkarlanıb

21 Aprel 2017 14:21

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “CM8 G2K” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, yoxlama zamanı avtomobilin salonundan, oturacaqlarının altından və içindən gömrük nəzarətindən gizlədilən 4800 ədəd “Pirveli” markalı siqaretlər aşkar edilərək götürülüb.

Akademik Milli Dram Teatrında “Ölülər”

21 Aprel 2017 14:20

Aprelin 22-də Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı iki hissəli komediya-tamaşa təqdim olunacaq. Teatrın mətbuat xidmətindən “Olaylar” – a verilən məlumata görə, tamaşa teatrın direktoru və bədii rəhbəri, xalq artisti Azər Paşa Nemətin quruluşu əsasında səhnələşdirilib. Səhnə əsərinin rejissorları isə gənc rejissorlar Anar Sadıqov və Əlif Cahangirlidir.

Qazaxıstanla müdafiə sənayesi üzrə əməkdaşlıq məsələsi müzakirə edilib

21 Aprel 2017 14:19

Aprelin 21-də Müdafiə Sənayesi Nazirliyində (MSN) Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikasının müdafiə və aerokosmik sənaye nazirinin müavini Arman Kairbekoviç Ramazanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nazirlikdən verilən məlumata görə, nümayəndə heyətinə nazirliyin fəaliyyəti barədə məlumat verilib. Görüşdə Azərbaycan və Qazaxıstan arasında müdafiə sənayesi üzrə əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.Səfər çərçivəsində qonaqlar nazirliyin müəssisələrində olublar və istehsal prosesinə baxıblar.

Deputat: “Mən nə olmasa da, oxumağı yaxşı bilirəm…”

21 Aprel 2017 14:15

Milli Məclisin (MM)  Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputatlar arasında mübahisə yaranıb. “Olaylar” xəbər verir ki, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanunun layihəsinin müzakirəsi zamanı millət vəkili Fəzail İbrahimli deyib ki, layihə ətrafında suallar millət vəkillərinin qanun layihəsini yaxşı oxumaması nəticəsində məlumatsızlıqdan irəli gəlir: “Bu qanun layihəsi normal şəkildə hazırlanıb. Əgər millət vəkilləri diqqətlə oxusaydılar görərdilər ki, orada hər suala cavab var. Cəza tədbirlərinin görülməsi ilə bağlı suallar daha çox verilir. Qanun layihəsində bu da əks etdirlib. Bələdiyyə üzvləri davranışlarında diqqətli olmalıdırlar”. Millət vəkili deyib ki, sənəddə bələdiyyə üzvünün etika qaydalara riayət etməsi, özünün yerini və həddini bilməsi ilə bağlı məsələ də əksini tapıb: “Qanun layihəsi deyir ki, yerini və həddini bil. Ağzından çıxan sözə fikir ver. Əgər həddini aşacaqsansa, bil ki səni cəza gözləyir…”.