Gündəm
Ölkədə ictimai nəzarət mexanizmi niyə işləmir?
Dövlət başçısının 2014-cü ildə imzaladığı “İctimai iştirakçılıq haqqında” qanundan xeyli müddət keçməsinə baxmayaraq, hələ də bir sıra mərkəzi və yerli icra hakimiyyəti orqanlarının yanında ictimai şuralar yaradılmayıb. Baxmayaraq ki, sözügedn qanunun qəbulu ilə müvafiq strukturlar yanında ictimai şuraların yaradılması məcburi xarakter daşıyır. Digər tərəfdən, ictimai şuraların yaradılması ilə Azərbaycan demokratikləşmə prosesində, eləcə də dövlət-vətəndaş münasibətlərində növbəti mərhələyə qədəm qoyur. Bu halda isə vətəndaş-dövlət münasibətlərinin tənzimlənməsində şəffaflıq prinsipi təmin olunur.
Azərbaycanın inkişafını istəməyən qüvvələr var
Azərbaycan bütün qlobal təhdid və iqtisadi böhrana baxmayaraq öz inkişaf yolunu davam etdirir. İstər keçən ilin yekunları, istərsə də cari ilin birinci rübü ilə bağlı açıqlanan statistik göstəricilər onu deməyə əsas verir ki, ölkəmiz bundan sonra da öz inkişaf yolunu davam etdirəcək.
Deputatların etik davranış qaydaları şagirdlərin əxlaq kodeksini təkrarlayır
Nəhayət ki, ölkə parlamenti deputatların etik davranış qaydalarını tənzimləyəcək qanun layihəsinin müzakirəsinə başlayıb. Artıq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında “Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi aparılıb. Lakin sözügedən qanun layihəsi heç də bütün deputatları razı salmayıb. Belə ki, deputatlara irad tutulmasından tutmuş onların mandatının ləğv olunmasına qədər ən müxtəlif məslələr ətrafında fikir müxtəlifliyi yaranıb.
Şakira Pikeyə mahnı həsr edib
Kolumbiyalı müğənni Şakira "Barselona"nın müdafiəçisi Jerar Pike ilə münasibətindən bəhs edən mahnı yazdırıb. "Mən aşiq oldum" adlı sinql "Youtube"da yerləşdirilib. Şakira mahnıda ilk görüşdən Pikenin gözləri və saqqalını bəyəndiyini deyir. O, aralarında 10 yaş fərqi olmasına baxmayaraq, katalon futbolçuya aşiq olduğunu çatdırıb.
Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü aprelin 27-də keçirilə bilər
Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün vaxtı məlum olub. Diplomatik mənbələrdən verilən məlumata görə, Sergey Lavrov,Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş aprelin 27-də Moskvada keçirilə bilər. Başqa bir mənbə isə xarici işlər naziri Elmar Məmmədyarovun aprelin 27-də Moskvaya səfər edəcəyini təsdiqləyib.
Bir neçə cəzaçəkmə müəssisəsinin rəisi DƏYİŞDİ
Ədliyyə Nazirliyi Penitensiar xidmətdə növbəti kadr dəyişikliyi olub. Bir müddət əvvəl vəzifəsindən azad edilən 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Əli Əmirova yeni vəzifə verilib.
İcra başçısı: "O ərazidə heç bir tikinti işləri aparılmayacaq"
İlham Əliyevin tapşırığına əsasən, Bakı şəhər İcra Hakimiyyəti Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Ovçular evi" ərazisində mədəniyyət və istirahət parkı salacaq. Həmin ərazidə heç bir tikinti işləri aparılmayacaq. Bunu Yasamal rayon İcra Hakimiyyətinin başçısıİbrahim Mehdiyev bildirib. İ.Mehdiyev parkın yaya qədər istifadəyə verilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Vəfa Zeynalovaya daha bir dəstək
Respublikanın əməkdar artisti Vəfa Zeynalovanın suallara cavab verə bilməməsi sosial mediada sərt tənqidlərlə qarşılanıb. Əməkdar artisti sərt tənqid edənlərlə yanaşı onu müdafiə edənlər də olub. Müdafiə edənlər arasında isə diqqəti çəkən "Xalq Ulduzu 5" yarışmasından tanınan müğənni Teymur Qədirov olub. O aktrisanı müdafiə edərək tənqid edənləri qınayıb: "Tənqid etmək çox asandır, hətta ömründə bir dəfə də olsun kitab üzü açmayan, dünyagörüşü "Tarqovı" küçəsindən, "Bulvar" parkına qədər olan insan hansısa bir akademiki, ixtisasına aid olan və yaxud olmayan suala cavab vermədiyinə görə də tənqid edə bilər.
"Bakıda 245 hündürmərtəbəli bina söküləcək"
"Nazirlər Kabinetinin 2017-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab prezident bir daha tikinti sektorunun inkişafı və əhalinin mənzil şəraitinin daha da yaxşılaşdırılmasına diqqət çəkərək, Bakı şəhərində 300-dən çox yeni hündürmərtəbəli bina tikildiyini, Bakının müxtəlif yerlərində artıq müddəti keçmiş və yararsız vəziyyətdə olan binaların sahibkarlar tərəfindən sökülərək köhnəlmiş, qəzalı vəziyyətdə olan o binaların yerində hündürmərtəbəli, gözəl memarlığı ilə seçilən binalar tikildiyini qeyd etdi. Ölkə başçısının inşaat sektorunun inkişafına belə yüksək diqqət və qayğısı bizi çox sevindirir".
Teatrdan yeni layihə
Gənc Tamaşaçılar Teatrı daha bir ilkə imza atıb. 1 iyun Uşaqları Beynəlxalq Müdafiə günü münasibətilə 6 saylı məktəb-litseyin İB proqramı üzrə təhsil alan şagirdləri və Dövlət Gənc Tamaşaçılar Teatrının peşəkar aktyoru truppası ilə birgə yeni tamaşa hazırlayırlar.
Komitə sədri: “Tənqidinizə görə təşəkkür edirəm”
"Mən millət vəkillərinin bələdiyyə qanunvericiliyi ilə bağlı tənqidi çıxışlarına görə, onların hamısına təşəkkür edirəm. O cümlədən, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi ilə bağlı səsələndirdikləri tənqidi fikirlərə görə”.
Hava buludlu olacaq
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman, çiskin olacaq.
İslam Oyunları günlərində tələbələr dərsdən azad olunacaqlar?
İslam Oyunları keçirilən ərəfədə tələbələrin dərsdən azad olunacağı ilə bağlı məlumatlar yayılıb. Tələbələrdən bir neçəsi qafqazinfo-ya müraciət edərək oyunların keçirildiyi 10 gün ərzində paytaxtda baş verəcək sıxlığın qarşısının alınması məqsədilə belə bir addım atılacağını iddia edirlər.
Ayın səthində sürünən nəhəng naməlum obyekt - İNANILMAZ GÖRÜNTÜLƏR - VİDEO
Ayın səthində sürünən nəhəng naməlum obyekt alimləri çaşdırıb. Sirli obyekt Oman rəsədxanasının astronomları tərəfindən çəkilib. İnternetdə yaılan görüntülərə alimlər cavab tapa bilməyib. Ayın səthi boyu yavaş-yavaş hərəkət edən qəribə formalı, tünd rəngli naməlum obyektin görüntüləri Oman rəsədxanasında güclü teleskopun köməyilə qeydə alınıb.
Sarkisyanın sirli "2018" PLANI: bir il sonra nələr BAŞ VERƏCƏK?
Ermənistan prezidenti Serj Sarkisyan “Sarukyan” blokunun lideri Qaqik Sarukyanla görüşüb. Bu barədə Ermənistanın “Jamanak” qəzeti yazıb. Qəzet qeyd edir ki, hazırda əsas sual Sarkisyanın Sarukyanla koalisiya qurub-qurmayacağıdır. Məlumata görə, görüşdə əməkdaşlıq və koalisiya məsələləri müzakirə olunub.














