Gündəm
Lukaşenko SSRİ təcrübəsin xatırlatdı: “Hər kəsi...”
“Ölkəyə yeni konsepsiya lazımdır: hər kəsi işləməyə məcbur etmək. Bunun üçün sovet dövrünün təcrübəsi var”. Bunu Belaruss prezidenti Aleksandr Lukaşenko parlament qarşısında çıxışı zamanı deyib. Lukaşenko daha əvvəl bildirib ki, milyonlarla insanın işlədiyi halda 300-350 min insanın işləməməsini anormal vəziyyəti hesab edir.
Respublikan çaylarında mövcud vəziyyət
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a bildirilib ki,verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-100, Kiçik Qafqazın çaylarında 60-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-50 faizini təşkil edir.
Uşağın tərbiyəsinə ziyan vuran hallar aradan qaldırlır
Uşaq psixologiyası və tərbiyəsinə ziyan vuracaq pis vərdişlərin təlqin olunmaması məqsədi ilə“Uşaqların hüquqları haqqında” qanuna dəyişiklik edilir. “Olaylar” xəbər verir ki, Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin iclasında “Uşaqların hüquqları haqqında” qanuna dəyişiklik məsələsi müzakirə olunub. Qanuna nəzərdə tutulan dəyişiklik barəsində məlumat verən MM-in Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib ki, sənəd uşaqların sağlamlığının qorunması, pis vərdişlərdən uzaq tutulması, onların təhlükəsizliyinin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir: “Bu məqsədlə də “Uşaqların hüquqları haqqında” qanuna “Reklamda uşaqların müdafiəsi” adlı yarımbaşlıqlı əlavə nəzərdə tutulur.
SOCAR-da binaların enerji səmərəliliyi ilə bağlı təlim-seminar keçirilmişdir
Ekologiya İdarəsi tərəfindən SOCAR və BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi arasında imzalanmış “Azərbaycanın yanacaq sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyətlər Planı” (NAMA) çərçivəsində “Binalarda enerji sərfiyyatı/istilik hasilatı: yeni binalarda enerjinin səmərəli tərtibatı, ictimai iaşə və yaşayış binalarında modifikasiya işləri” mövzusunda təlim-seminar keçirilib.
Zakir Həsənovdan döyüşlərə hazırlıq tapşırığı
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, nazirliyin rəhbər heyəti, birlik, birləşmə komandirləri, onların müavinləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri, digər məsul zabitlərin iştirakı ilə cəbhə bölgəsində döyüş və mənəvi-psixoloji hazırlıq, eləcə də təlimlərin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kollegiya iclasında məsul şəxslərin məruzələri dinlənilib.
Türkiyə mətbuatı Azərbaycanın turizm imkanlarından yazdı
Türkiyənin ən populyar mətbuat orqanlarından olan “Hürriyyət” qəzetində Mədəniyyət və Turizm Nazirliyinin qardaş ölkədəki Türkiyədəki turizm təmsilçiliyinin icraçı direktoru Nurlana Çakmakın “Azərbaycan türk turistləri gözləyir” adlı geniş məqaləsi dərc olunub. “OLAYLAR”-ın xəbərinə görə, müəllif Azərbaycanın son illər böyük inkişaf yolu keçdiyini, paytaxt Bakının daha da gözəlləşdiyini qeyd edir.
Nazir cənub zonasına gedir
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən aprelin 27-də Lənkəran şəhərində vətəndaşları qəbul edəcək.
Bakıda zədələnən futbolçu sağalmır
Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Andre Şürrle uzun müddətdi komandadan ayrı qalıb. Ulduz futbolçunun zədəsi sağalmaq bilmir. DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da Bakıda keçirilən Azərbaycan - Almaniya qarşılaşmasının qəhrəmanı olan 26 yaşlı oyunçu ilə bağlı klubundan yeni açıqlama verilib. Məhz həmin görüşdə topuğundan xəsarət aldığı bildirilən Şürrle o vaxtdan bəri "Borussiya"nın heyətində meydana çıxa bilməyib. Klubun həkimləri onun hələ bir müddət də məşqlərdən kənarda qalacağını vurğulayıblar.
Öldürülən terrorçunun boynundakı əşya təəccübləndirdi
Türkiyənin Şırnak ərazisində aparılan antiterror əməliyyatları zamanı zərərsizləşdirilən terrorçunun boynunda xaç olması diqqət çəkib. Dünən Türkiyədə liderlərinin iran əsilli olduğu terrorçu dəstəsi tutulub.
Dünyanın ən "dəliqanlı" xüsusi təyinatlıları — SİYAHI
Bu xüsusi təyinatlılar ən strateji tapşırıqları yerinə yetirirlər. Bu əsgərlər ən çətin əməliyyatların öhdəsindən gəlirlər. Onları hamının qorxduğu yerə göndərirlər. Kimdir onlar?
ÇL: "Qarabağ"ın püşkatmada yeri dəqiqləşdi
"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatmasında hansı səbətdə yer alacağı dəqiqləşib. İyunun 20-də keçiriləcək ilk iki təsnifat mərhələsinin püşkatmasına qatılacaq 15 komandanın səbətləri açıqlanıb.
AÇ-də II gün: Olimpiya mükafatçımız tatamiyə çıxır
Cüdo üzrə Avropa çempionatı davam edir. Bu gün daha 4 çəki dərəcəsində qalib bəlli olacaq. Qadın idmançılar arasında baş tutacaq 2 çəki dərəcəsində (63 kq, 70 kq) cüdoçumuz olmasa da, kişilərin mübarizəsində 3 həmyerlimiz tatamiyə çıxacaq.
Muzey əməkdaşı beynəlxalq simpoziumda
Türkiyənin paytaxtı Ankara şəhərində görkəmli türkiyəli tarixçi, professor Xəlil İnalcıkın xatirəsinə həsr olunan “Tarix və tarixçilik” mövzusunda beynəlxalq simpozium keçirilib.
Aprel döyüşlərinə görə 450 erməni hərbçi işdən çıxarılıb
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan vəzifədə olduğu son bir ay yarım müddətində - 2016 -cı ilin avqust-sentyabr aylarında 450-dən çox hərbi qulluqçunu işdən çıxarıb.
Serj Sarkisyan xalqa nağıl danışır- Erməni KİV
Ermənistan prezidenti Serj Sarkisyanın “millət-ordu-2017” forumundakı çıxşı ölkə mətbuatında, xüsusilə müxalifətyönlü mediada iztehza və məsxərə ilə qarşılanıb. “SƏS” İnformasiya Agentliyinin məlumatına görə, sözügedən məsələ ilə bağlı növbəti dəfə 1in.am saytının analitik bölməsi tənqidi yazı hazırlayıb və Sarkisyanın adıçəkilən formdakı çıxışı sərt şəkildə, və arqumentlərlə ittiham atəşinə tutulub. İddia olunur ki, Serj Sarkisyan xalqa nağıl danışır və xalq artıq bu nağıllara inanmır.














