Gündəm

Politoloq: “Başqa yolların işlənib hazırlanmasına böyük ehtiyac var”

21 Aprel 2017 12:35

“Beynəlxalq qurumlar tərəfindən rəsmi olaraq tanınan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövcud şəraitdə köklü həllinin tapılmasından çox uzaqdır. Bu problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu əslində heç bir hüquqi səlahiyyətlətə malik deyildir.Bu qurum yalnız münaqişənin həlli variantını işləyib hazırlayaraq tərəflərə təqdim etmək missiyasını həyata keçirir”. Bunu politoloq Vasif Əfəndiyev deyib.

AXCP üzvündən istefası ilə bağlı BƏYANAT+İTTİHAM

21 Aprel 2017 12:33

Keçmiş məhbus, ölkə başçısının son əfv fərmanı ilə azadlığa çıxmış AXCP üzvü Elvin Abdullayev təmsil olunduğu partiyadan sərt bəyanat verərək istefa verib. “SƏS” İnformasiya Agentliyinə daxil olan məlumata görə, bu barədə sabiq cəbhəçi “facebook” sosial şəbəkəsində yazıb. O, yaydığı bəyanatda bildirilir ki, istefa vermə səbəbi partiyanın dövlət maraqlarına qarşı çıxması, o cümlədən, radikal dindarlarla bir yerdə sözügedən məcrada siyasət yürütməsidir. E.Abdullayev Əli Kərimliyə işarə edərək, onun və digər rəhbər strukturların təşkilatda azad fikirin boğduqlarını qeyd edib, o cümlədən, AXCP-nin müxalifətdəki əzəli düşməni sayılan Müsavat partiyasına keçdiyini bildirib.  

Türkiyə 5 şəhid verdi, 45 terrorçu öldürüldü

21 Aprel 2017 12:29

Türkiyə Silahlı Qüvvələri son bir həftə ərzində keçirdiyi əməliyyatlarda 45 terrorçunu zərərsizləşdirib. Bu haqda Türkiyə Silahlı Qüvvələri bildirib. Əməliyyatlarda 5 əsgər şəhid olub. Anti-terror əməliyyatları Şırnak, Hakkari, Diyarbəkr, Batman, Mardin və Bitlis vilayətlərində keçirilib. Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir.

Azərbaycanda inanılmaz olay: şəkil çəkdirərkən qardaşını güllələyib öldürdü - TƏFƏRRÜAT

21 Aprel 2017 12:23

Dünən Tovuz rayonunda 15 yaşlı yeniyetmənin 22 yaşlı qardaşını güllələyərək öldürməsi hadisəsinin şok təfərrüatı üzə çıxıb. İbrahimhacılı kənd sakini, 2002-ci ilin 6 mart tarixində anadan olmuş İbrahim İsmayılov qardaşı, 1995-ci ilin 20 mart tarixində anadan olmuş Sərxanvə iki qonşusu ilə dağətəyi əraziyə ova gedib. Burada ov edə bilməyən gənclər saat 16:30 radələrində tüfəngi bir-birinin başına dirəyərək maraqlı şəkil çəkdirmək qərarına gəliblər və əvvəlcə Sərxan 15 yaşlı qardaşının başına silah dayayaraq şəkil çəkdirib.

Ərdoğanın Rusiyaya səfər tarixi açıqlandı

21 Aprel 2017 12:19

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 3-də Rusiyaya səfər edəcək. O, təfərrüatları açıqlamayıb. 

“Tros oğrusu”na cinayət işi açılacaq

21 Aprel 2017 12:17

Qızına 400 min dollara təmtaraqlı toy edən,  zəngin və dəbdəbəli həyat tərzi ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovla bağlı cinayət işi açılacaq. “Olaylar”a daxil olan məlumata görə, artıq Q.Şükürovun qanunsuz fəaliyyətinin araşdırılması məqsədilə Bakı Lift İdarəsində istintaq-əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.

“Misir Azərbaycan uşaqlarının gözü ilə”

21 Aprel 2017 12:12

Frankofoniya həftələri çərçivəsində Fransa-Azərbaycan İnstitutunda “Misir Azərbaycan uşaqlarının gözü ilə” adlı sərgi açılıb. Misir Ərəb Respublikasından “Olaylar” – a bildirilib ki, sərgini çıxış sözləri ilə açan Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi bildirib ki, Frankofoniya tədbirləri çərçivəsində aprel ayının 1-dən etibarən bu günə qədər silsilə tədbirlər davam etdirilir. “Bu il Frankofoniya ab-havası çox fərqli və rəngarəngdir. Artıq 10 ölkənin Azərbaycandakı səfirliklərinin iştirakı ilə 30-dan çox tədbir keçirilib. Təbii ki, Misir də bu təşkilata üzv dövlət kimi keçən il də, bu il də bu tədbirlərdə yaxından iştirak edir” , - deyə Əhməd bəy bildirdi.

Məktəb direktorları ilə görüş keçirilib

21 Aprel 2017 12:11

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin struktur bölmə rəhbərləri və ümumi təhsil məktəblərinin direktorları iştirak ediblər.

Binəqədidə hesabat yığıncağı keçirilib

21 Aprel 2017 12:08

Binəqədi rayonunda 2017-ci ilin birinci rübü üzrə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunanan hesabat yığıncağı keçirilib. Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın məsul işçiləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Hesabat məruzəsi ilə çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən söz açıb.

Cavid Qurbanov Polşa səfiri ilə görüşüb

21 Aprel 2017 12:06

"Azərbaycan Dəmir Yolları” QSC-də Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka, eləcə də səfirin müşaviri Andjey Yankovski ilə görüş keçirilib. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki,görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılmasında mühüm rol oynayacaq Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin icra vəziyyəti və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. Sonra qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub.

Moskva İranı iyunda bu təşkilata üzv edəcək

21 Aprel 2017 12:03

Ümid edirik ki, dövlət başçıları iyun ayında Astanada İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzvü kimi qoşulması imkanı haqqında məsələyə baxa biləcəklər.  Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Astanada ŞƏT-in xarici işlər nazirləri şurasının iclasında deyib.

Səfir vətəndaşları Türkiyəyə çağırdı

21 Aprel 2017 12:01

Böyük Britaniyanın Türkiyədəki səfir Ricard Moore vətəndaşlarının Türkiyəyə gəlməyə səslədi. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, səfir mətbuat nümayəndələrinə verdiyi açıqlamasında bildirib ki, turizm mövsümü başlamazdan öncə Antalya və Muğla şəhərlərinin rəsmiləri ilə görüşüb.

Binəqədi-Novxanı yolunda yenidənqurma işləri bitir 

21 Aprel 2017 12:00

Dövlət başçısının tövsiyyə və tapşırıqlarına əsasən bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri də Binəqədi-Novxanı-Corat avtomobil yoludur. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildiilib ki, 14 km uzunluğunda olan avtomobil yolunun 6 km-lik Binəqədi-Novxanı hissəsinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir.

Terrorçu və terror fetişləşdirilir

21 Aprel 2017 11:59

Aprelin 20-i axşam Fransanın paytaxtı ParisinYelisey çölündə terror aktı törədildi. Terroçu polis patruluna atəş açdı, birini öldürdü, özü də öldürüldü. Xatırladaq ki, bu gün həmin Fransanın başqa bir şəhərində-Marseldə Tələt paşanı qətlə yetirmiş erməni terrorçu Soğomon Teyleryanın adı əbədləşdirilir. Terrorçu və terror fetişləşdirilir”.

ÜGT-nin Avropa Regionu Gömrük Xidmətləri Rəhbərlərinin Konfransı keçirilir

21 Aprel 2017 11:56

Avstriyanın paytaxtı Vyana şəhərində Ümumdünya Gömrük Təşkilatı Avropa Regionu Gömrük Xidmətləri Rəhbərlərinin Konfransı işə başlayıb. Tədbirdə Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.