Gündəm

Tələbələr C.Cabbarlının Ev Muzeyinin səyyar sərgisi ilə tanış olublar

21 Aprel 2017 11:51

Bakı Slavyan Universitetinin “Sabah” qruplarının tələbələri Azərbaycan Dillər Universitetinin foyesində təşkil olunmuş Cəfər Cabbarlının Ev Muzeyinin səyyar sərgisi ilə tanış olublar. Sərgi ilə tanışlıq Bakı Slavyan Universitetin “Sabah” qruplarının müəllimi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfovun “Ədəbiyyatdan praktikum” fənni çərçivəsində baş tutub. Tələbələr böyük dramaturq, şair, nasir və publisist Cəfər Cabbarlının həyatı, yaradıcılığı və mədəni-ictimai fəaliyyəti haqqında geniş məlumat əldə ediblər.

ADU-nun Konfutsi İnstitutu ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

21 Aprel 2017 11:45

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsini icra edən Eldar Aslanov, ADU-nun Konfutsi İnstitutunun direktorları Li Jin Hua və Rafiq Abbasov imzalayıb.

Dortmunddakı partlayışın arxasından rusiyalı çıxdı

21 Aprel 2017 11:41

Almaniya baş prokurorluğu “Borussiya" klubunun futbolçularına hücumda şübhəli bilinən rusiyalını saxlayıb. İstintaqın versiyasına görə, cinayətin motivi qazanc olub. Hüquq-mühafizə orqanları hadisəni əvvəlcə terror aktı kimi ixtisaslaşdırmışdı. 

Axund dostunun arvadını qaçırdı

21 Aprel 2017 11:38

Türkiyədə dostunun həyat yoldaşını qaçıran axund mühakimə edilib. Hadisə Türkiyənin Bursa şəhərində baş verib. Bursanın İznik rayonunun Əlibəyli kəndində imamlıq edən Mustafa adlı axund dostunun həyat yoldaşı - iki uşaq anası Funda ilə qaçıb.

İşğal olunmuş ərazilərindəki mədəniyyət abidələri haqqında kitab

21 Aprel 2017 11:36

AMEA Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi Faiq İsmayılovun “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulmuş zərər” kitabı Azərbaycan və ingilis dillərində çapdan çıxıb.

"Onun iki qabırğası" komediyası Naxçıvan səhnəsində

21 Aprel 2017 11:33

Naxçıvan Dövlət Musiqili Dram Teatrında dramaturq Əli Əmirlinin “Onun iki qabırğası” iki hissəli komediyası əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası nümayiş etdirilib. Teatrdan “Olaylar” – a bildirilib ki, Naxcivantv.az xəbər verir ki, tamaşa tanınmış dramaturqun “Ağa Məhəmməd şah Qacar” və “Varlı qadın” pyeslərindən sonra Naxçıvan teatrında səhnəyə qoyulan üçüncü əsəridir. Əsərdə keçid dövrünə xas olan ailə dramı mövzusunda yazılmış komediyanın səhnə təcəssümü dövrün mənzərəsini yaradan tamaşa kimi maraqla izlənib.

Səxavət Əlisoy: “25 ildir ki, müxalif cəbhədə vəziyyət dəyişmir”

21 Aprel 2017 11:32

Mənim də mənsub olduğum qurum daxil müxalif düşərgədə durum bərbaddır. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən sabiq müsavatçı, Azərbaycan Demokratiya və Rifah Hərəkatının təmsilçisi Səxavət Əlisoy deyib ki, amma hər kəs özünü böyük güc sayır: “Proseslərə obyektiv yanaşanlar razılaşacaq.

Azərbaycan yüklərinin Ukraynada oğurlanması ilə bağlı yeni məlumat

21 Aprel 2017 11:28

Ukraynanın Milli Polisi Azərbaycan şirkətlərinə məxsus yüklərin oğurlanması faktını ciddi nəzarətə götürüb. Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, son vaxtlar içərisində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu maşınların Ukraynada oğurlanması faktını ciddi nəzarətə götürən Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin aidiyyəti qurumlarına yazılı müraciət edərək, baş vermiş cinayət hadisəsinin araşdırılmasını tələb edib.

Məşhur amerikalı müğənni ölüb

21 Aprel 2017 11:26

Soul janrı mahnılarının ifaçısı Kyuba Qudinq ölüb. The Main Ingredient (Əsas inqredient) qrupunun aparıcı vokalisti 72 yaşında vəfat edib. Kyuba Qudinqin meyiti Kaliforniya ştatının San-Fernando Velley şəhərində şəxsi avtomobilində aşkar edilib. Onun yüksək dozada narkotik qəbul etdiyindən öldüyü bildirilir. Avtomobilin salonunda həmçinin alkoqol içkisi olan şüşələr tapılıb.

Parisdə atəş açan şəxs əvvəllər polisə hücum etdiyinə görə məhkum olunub

21 Aprel 2017 11:22

Parisin mərkəzində ötən gün axşam polis patruluna atəş açan şəxs əvvəllər də polisə silahlı hücum etdiyinə görə məhkum olunubmuş. Bu barədə BFM TV telekanalı məlumat yayıb.

Yaponiyanın baş naziri Avropanın bir neçə ölkəsinə səfərini ləğv edib

21 Aprel 2017 11:21

Yaponiyanın baş naziri Sindzo Abe Avropanın bir neçə ölkəsinə səfərini ləğv edib. S.Abe Avropa turnesi çərçivəsində yalnız Rusiya və Böyük Britaniyaya səfər edəcək.

ABŞ-ın Fransadakı səfirliyinin mühafizəsi gücləndirilib

21 Aprel 2017 11:17

ABŞ-ın Fransadakı səfirliyinin mühafizəsi gücləndirilib. Hazırda “Yelisey çölləri” prospektində yerləşən səfirliyin əsas girişinin qarşısında polislərlə dolu 4 mikroavtobus durub, diplomatik nümayəndəliyin mühafizəçilərinə isə avtomat silahlar verilib.      

Londonda terror aktı hazırlamaqda şübhəli bilinən iki şəxs saxlanılıb

21 Aprel 2017 11:15

Böyük Britaniyanın paytaxtı Londonda terror aktı hazırlamaqda şübhəli bilinən iki şəxs saxlanılıb. Terror aktı hazırlamaqda şübhəli bilinən 20 yaşlı şəxs saxlanılıb.

Olland Parisdəki atışmanı terror aktı adlandırıb

21 Aprel 2017 11:12

Fransa prezidenti Fransua Olland bildirib ki, Parisdə polis əməkdaşlarına qarşı törədilən hücum, ilkin məlumatlara əsasən, terror xarakteri daşıyıb.

Bilik Fondunda “Hay ver mənə, cənab leytenant”

21 Aprel 2017 11:11

Bilik Fondunda AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının aprel şəhidi Mİ-24 hərbi helikopterinin ekipaj üzvü, baş leytenant Əbu Bəkr İsmayılovun xatirəsinə həsr olunmuş “Hay ver mənə, cənab leytenant” kitabının təqdimatı keçirilib.