Gündəm

Venesuelada etiraz aksiyası: 223 nəfər xəsarət alıb, 585 nəfər saxlanılıb

21 Aprel 2017 11:09

Venesuelada hökumət əleyhinə nümayişlər zamanı 223 nəfər xəsarət alıb. İki gün ərzində 585 nəfər saxlanılıb.

Venesuela Trampın seçkiqabağı fonduna 500 min dollar köçürüb

21 Aprel 2017 11:08

Venesuela, ölkədə davam edən iqtisadi böhrana baxmayaraq, Trampın seçkiqabağı fonduna 500 min dollar köçürüb.

Lənkəranda “İKT potensialından mədəniyyət müəssisələrində istifadə yolları” adlı seminar-treninq keçirilib

20 Aprel 2017 22:00

20.04.2017-ci il tarixində Lənkəran şəhərində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin İş planına uyğun olaraq “İKT potensialından mədəniyyət müəssisələrində istifadə yolları” mövzusunda seminar-treninq təşkil edilmişdir.

“Yahoo” itkilərini gəlirlə əvəzlədi

20 Aprel 2017 20:01

“Yahoo” şirkəti 2017-ci maliyyə ilinin martın 31-də yekunlaşan birinci rübünün hesabatını dərc edib. Şirkətin gəlirləri bir ildə 1 milyard dollardan 1,33 milyard dollara qədər artıb.

Naqilsiz qulaqcıqlar sahibini izləyir? - İDDİA

20 Aprel 2017 19:55

Naqilsiz qulaqcıq istehsalçısı “Bose” şirkəti qalmaqalla üzləşib.  Məlum olub ki, cihaz öz sahiblərini izləməyi bacarırmış. Belə ki, məlumatlar cihazdan maraqlı olan şəxslərə ötürülə bilər. Belə bir bəyanatı Kayl Zak adlı istifadəçi səsləndirib. O iddia edir ki, “Bose” şirkətinin istehsalı olan “QuietComfort 35” qulaqcıqları istifadəçilərin dinlədiyi musiqilər barədə məlumatları toplayır. Sonradan isə bu məlumatlar kommersiya məqsədləri ilə istifadə olunur.

Populyar brauzerlərdən loqin və parolları oğurlayan yeni virus aşkar edilib

20 Aprel 2017 19:50

"Doktor Veb" antivirus şirkəti populyar brauzerlərdən loqin və parolları oğurlayan və təhlükəli faylları yükləyən çoxfunksiyalı “Trojan.DownLoader23.60762” virusu barədə xəbərdarlıq edib.

Körpələrin göbəkbağından alınan qan yaşlı siçanları cavanlaşdırıb - İNANILMAZ KƏŞF

20 Aprel 2017 19:45

Müəyyən yaşdan sonra insan beyni ləng işləməyə başlayır. Bunun səbəbini araşdıran alimlər göbəkbağından alınan qanın tərkibindəki zülalın insanı canlaşdırdığını bildiriblər. Onlar qeyd ediblər ki, daha əvvəl yeniyetmələrdən götürülmüş qan yaşlı siçanların yaddaşını və cəldliyini yaxşılaşdıra bilib. İndi isə son araşdırmalar nəticəsində məlum olub ki, körpə uşaqların göbəkbağından götürülmüş qan daha güclü cavanlaşdırıcı effektə malikdir.

Uşağı tez-tez qucaqlamağın VACİB FAYDASI - Mütləq oxuyun!

20 Aprel 2017 19:40

İnsanlar bu dünyada hər şeydən çox öz övladlarını sevir və onların həyatında yalnız yaxşı hadisələrin baş verməsini istəyir. Ancaq nədənsə çoxları elə düşünür ki, uşaqları tez-tez qucağa almaq yaxşı hal deyil. Batil inanclara görə, bununla uşaq daha ərköyün olur, loru dildə desək, korlanır. Maraqlıdır ki, buna indiyə qədər çoxları inanır və əməl edir.

“Facebook” vertolyotların köməyi ilə internet paylayacaq

20 Aprel 2017 19:36

“Facebook” şirkəti planetin hər bir sakininin onun sosial şəbəkəsinə girişini təmin etmək istəyir. Deyəsən, bu arzu tezliklə reallaşacaq. “F8” konfransında şirkətin nümayəndələri istifadəçi aktivliyinin monitorinqi zamanı əldə etdikləri məlumatları paylaşıblar. Kənd yerləri və təbii fəlakətlər zamanı internetə qoşulma imkanı araşdırılıb və bunun nəticəsi kimi “Tether-tenna” layihəsinə başlanılması haqda qərar qəbul edilib.

“Microsoft” şifrsiz autentifikasiya üsulu təqdim edib

20 Aprel 2017 19:30

“Microsoft Authenticator” mobil tətbiqi proqram nəhənginin istənilən xidmətinə şifrsiz daxil olmağa imkan verir. Belə ki, “Microsoft” şirkətinin sözügedən proqramında tənzimlənmələr bölməsindən telefon vasitəsilə autentifikasiya funksiyasını aktivləşdirmək olar. Növbəti dəfə kompüterdən “Microsoft”un hesabına giriş zamanı yalnız istifadəçi adını daxil etmək lazımdır və bundan sonra fərdi kompüterdə girişin təsdiqlənməsi üçün telefona xəbərdarlıq göndəriləcək.

Gümüşdən kosmik “4D” parça yaradılıb

20 Aprel 2017 19:26

ABŞ Kosmik Agentliyinin (NASA) mühəndisləri dördölçülü (4D) texnologiya vasitəsilə gümüş və digər möhkəm materiallardan toxunan xüsusi parça yaradıblar. Material stansiyaları radiasiyadan qorumağa, eləcə də elastik antenaların yığılması məsələsində irəliləyişə nail olmağa kömək edəcək. Bu barədə agentliyin məlumatında deyilir.

“Huawei” iki yeni planşetini təqdim edib

20 Aprel 2017 19:21

Çinin “Huawei” şirkəti iki yeni planşet kompüterini nümayiş etdirib. 7 və 8 düymlük ekranla təchiz edilmiş “MediaPad T3” planşetləri yaxın gələcəkdə satışa çıxarılacaq. 7 düymlük model “Android 6.0” mobil əməliyyat sistemi ilə işləyən yığcam və ucuz planşetdir. Qurğu 1024x600 nöqtə təsvir ölçülü 7 düymlük “IPS” displey, 1,3 QHs takt tezlikli “MediaTek MT8127” prosessoru, 1 və ya 2 QB əməli yaddaş və 16/32 QB-lıq daşıyıcı ilə təchiz edilib.

Parolları oğurlayan iki proqram aşkarlandı

20 Aprel 2017 19:15

Xüsusi antivirus proqramlarının hazırlanması üzrə ixtisaslaşmış "ESET" şirkətinin əməkdaşları tərəfindən "Google Play" xidmətində aşkar edilmiş iki mobil tətbiq ödəmə sistemlərindən istifadə edənlərin ünvanlarını, həmçinin parollarını oğurlayır.

Ancelina Colinin 25 milyonluq möhtəşəm malikanəsi

20 Aprel 2017 19:05

Ancelina Coli Hollivudda 25 milyon dollarlıq dəbdəbəli malikanə alıb. Malikanə hələ 1913-ci ildə tikilib və əvvəllər kino yaradıcılarından biri sayılan Demili Sesilə məxsus olub. 25 milyon dollarlıq malikanə Laflin-Park nüfuzlu qapalı rayonda yerləşir. 

İnyesta "Barselona"dan ayrılır?

20 Aprel 2017 19:00

"Barselona"nın kapitanı Andres İnyesta klubun yeni müqavilə təklifini qəbul etməyib. Ulduz futbolçu bunun üçün rəhbərliyin qarşısına şərtlər qoyub. Belə ki, təcrübəli yarımmüdafiəçi ilk növbədə klubun gələcək planları ilə tanış olmaq istəyir. Həmçinin İnyesta daha çox meydanda olmaq arzusundadı. O, cari mövsüm az matçda iştirak etdiyini düşünür. Nəhayət, "Barsa" rəhbərliyinin maaş təklifi 33 yaşlı pleymeykeri qane etmir.