Gündəm

Helsinki Universitetinin doktorantı İqtisadiyyat İnstitutunda

20 Aprel 2017 18:57

Aprelin 20-də Helsinki Universitetinin doktorantı Matti Ylönen AMEA– nın İqtisadiyyat İnstitutunda “Yoxsulluqdan rifah dövlətinə: Finlandiya nümunəsi” mövzusunda mühazirə oxuyub.

Bilik Fondu ilə Azərbaycan Universiteti arasında Anlaşma Memorandumu imzalandı

20 Aprel 2017 18:54

Aprelin 20-də Bilik Fondu ilə Azərbaycan Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.Fonddan “Olaylar” – a bildirilib ki, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın imzaladıqları Anlaşma Memorandumuna görə, tərəflər hər kəsin fasiləsiz təhsilini, daim yeniləşən, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimi inkişafını təmin etmək, gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişafına dəstək göstərmək məqsədi ilə birgə tədbirlər həyata keçirəcək.

Doktoranturaya qəbulun nəticələri müzakirə edilib

20 Aprel 2017 18:51

Aprelin 20-də AMEA – nın Rəyasət Heyətində AMEA-nın Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin doktorantları ilə görüş keçirilib. Akademiyadan “Olaylar” – a bildirilib ki, tədbirdə bu elmi bölmələr üzrə 2016-cı ildə doktoranturaya qəbulun nəticələri müzakirə olunub və doktorantların dissertasiya mövzuları haqqında məlumat verilib. Görüşdə dissertasiya mövzularının doktorantlara verilməzdən öncə tədqiqat müəssisələrində müvafiq sahənin alimləri tərəfindən hərtərəfli müzakirə olunmasının vacibliyi vurğulanıb. Mövzuların müasir dövrdə elmin qarşısında duran əsas vəzifə və tələblərə uyğun seçilməsi tövsiyə olunub. Doktorantların dissertasiya mövzusu müzakirələrdən sonra təsdiq edilib.

Şəhər və rayon mərkəzi xəstəxanalarına əlilliyin müəyyən edilməsi səlahiyyəti verildi

20 Aprel 2017 18:48

Səhiyyə Nazirliyində nazir Oqtay Şirəliyevin rəhbərliyi ilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi və təhlil”inə həsr olunan kollegiya iclası keçirilib.

Amerikalıların üçdə biri Trampdan narazıdır - SORĞU

20 Aprel 2017 18:47

Amerikalıların 37 faizi Donald Trampın ABŞ prezidenti vəzifəsində ilk 3 ay ərzində işini qeyri-kafi hesab edib. Bu, ölkədə keçirilən rəy sorğusu nəticəsində məlum olub. Sorğunu "Morning Consul" şirkəti ilə birgə "Politico" qəzeti aparıb.

Daha bir azərbaycanlı İnterpol vasitəsilə axtarışa verildi

20 Aprel 2017 18:46

Daha bir azərbaycanlı İnterpol vasitəsilə axtarışa verilib.  1982-ci il təvəllüdlü, Bakı şəhərində anadan olan Ruslan Abdullazadə qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilir. İstintaqdan yayınan R.Abdullazadə barəsində Azərbaycan məhkəmə orqanı tərəfindən həbs qətimkan tədbiri seçilib. O, İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib. 

ADU-da Cəfər Cabbarlının ev-xatirə muzeyinin səyyar sərgisi keçirilib

20 Aprel 2017 18:45

Aprelin 20-də Azərbaycan Dillər Universitetində SABAH qruplarının müəllimi, dosent Əzizağa Nəcəfovun təşəbbüsü və Cəfər Cabbarlının ev-xatirə muzeyinin təşkilatçılığı ilə səyyar sərgi keçirilib.

Korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqinə dair təlim keçirilib

20 Aprel 2017 18:43

Aprelin 20-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqi ilə bağlı "Daxili nəzarət. Risklərin idarəolunması. Məsuliyyət" mövzusunda təlim keçirilib.

“Beynəlxalq Yer günü” ilə əlaqədar tədbir keçirilib

20 Aprel 2017 18:40

Aprelin 22 – də “Beynəlxalq Yer Günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq hər il olduğu kimi bu il də müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır. 

13 manata görə qətl törədən gəncə höküm oxundu

20 Aprel 2017 18:35

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən İlham Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Alternativ qlobal sistemlər: yanaşı mövcudluq şansı varmı?

20 Aprel 2017 18:28

Sirr deyil ki, müasir dünya sistemi böhran içindədir. Dövlətlərarası münasibətlərdə çətinliklər artır. Sivilizasiyalar və dinlər arasındakı dialoq real olaraq baş tutmur. Fərqli mədəniyyətlərə malik insanların ümumi dil tapması qarşısında əngəllər qalır.

Coğrafiyaşünas alim Ənvər Şıxlinskinin kolleksiyası MEK -ə təqdim olundu

20 Aprel 2017 18:22

AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə AMEA Coğrafiya İnstitutunun mərhum direktoru, AMEA-nın müxbir üzvü, coğrafiya elmləri doktoru Ənvər Şıxlinskinin kolleksiyasının təqdimatı keçirilib.

İndoneziya Respublikasının Azərbaycandakı səfiri ADU-da olub

20 Aprel 2017 18:20

Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatı (TGT) nəzdində fəaliyyət göstərən Tələbə Diplomatlar Klubu "İslam Həmrəyliyi Ayı" adı altında yeni bir proqram-layihəyə start verib.

ADU-da “Beynəlxalq təhlükəsizlik” dərsliyinin təqdimetmə mərasimi keçirilib

20 Aprel 2017 18:17

Aprelin 20-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Beynəlxalq münasibətlər kafedrasının müəlliflər kollektivi tərəfindən hazırlanan “Beynəlxalq təhlükəsizlik” adlı dərsliyin təqdimetmə mərasimi keçirilib.

Prezident Sumqayıtda yolların təmirinə 4 milyon manat ayırıb

20 Aprel 2017 18:13

Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 4 milyon manat ayrılıb.