Gündəm

Mal-qara, televizor, kompüter girov qoyaraq kredit götürmək mümkün olacaq

20 Aprel 2017 18:12

Azərbaycanda vergi, məcburi dövlət sosial sığorta haqları, gömrük borcu olan şəxslər öhdəliklərini yerinə yetirmədikləri təqdirdə onlara məxsus daşınar əmlak üzərindəki mülkiyyət və digər əşya hüquqları məhdudlaşdırıla bilər. Bu, "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsində əksini tapıb.

Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlanıb

20 Aprel 2017 18:10

“2014-cü ildən ümumi təklifimiz bundan ibarətdir ki, buraxılış imtahanları fənlərinin sayını artıraq. Yəqin ki, bu il və gələn il şagirdlər üçün buraxılış imtahanlarında hər hansı dəyişiklik olmayacaq. Builki qaydalar artıq məlumdur, gələn il də elə bir dəyişiklik gözlənilmir. Əsas dəyişikliklər -  fənlərin sayı və imtahanların formatı ilə bağlı dəyişikliklər yalnız hazırda kurrikulum əsasında təhsil alan və iki ildən sonra XI sinifdə oxuyacaq şagirdlərə tətbiq ediləcək”.

Tovuzda sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum keçirilib

20 Aprel 2017 18:04

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Sahibkarlığa Kömək Milli Fondu bu sahədə növbəti işgüzar forumunu aprelin 20-də Tovuz rayonunun Düz Qırıqlı kəndində keçirib. Forumda 90-a yaxın sahibkar iştirak edib.

Göyçay və Lənkəranda treninqlər keçirilib

20 Aprel 2017 18:02

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən ölkə regionlarında gənclərin və sahibkarların maarifləndirilməsi üçün treninqlər davam etdirilir. Aprelin 19-da Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin və “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Göyçayda “Aznar” müəssisəsində gənclər üçün, aprelin 20-də isə Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində sahibkarlar üçün treninqlər keçirilib.

Afaq Türkiyə şou-biznesinə qatılır - FOTOLENT

20 Aprel 2017 18:00

Azərbaycanlı müğənni Türkiyə şou-biznesində tanınmaq niyyətindədir. Bu barədə ifaçının özü məlumat verib. O bildirib ki, artıq bu yöndə addımlar da atıb: “İndi bu açıqlamam bəzilərini qıcıqlandıracaq. Amma mən bunu edəcəm.

Dostunun arvadını qaçıran mollanın həyat yoldaşı evi tərk etdi

20 Aprel 2017 17:57

Türkiyənin Bursa şəhərində dostunun həyat yoldaşıyla qaçan molla barədə Dini İşlər İdarəsində qərar qəbul edilib.  Bursanın İznik mahalındakı Elbeyli kəndində mollalıq edərkən dostunun həyat yoldaşı olan 2 uşaq anası Funda Ş. ilə qaçan 43 yaşlı Mustafa T.-nı İdarə işindən azad edib. 2 uşaq atası Mustafa T. iddiaya görə, keçən ilin sentyabr ayında dostu Mehmet Ş.-nın həyat yoldaşı Funda Ş.-nı qaçırıb. Bunu öyrənən 2 uşaq atası Mehmet Ş. Ailə Məhkəməsində iddia qaldıraraq həyat yoldaşından boşanıb.

Rusiyada azərbaycanlılar arasında kütləvi bıçaqlaşma: Ölən və yaralılar var - YENİLƏNİB

20 Aprel 2017 17:54

Rusiya Federasiyasının Voronej şəhərində azərbaycanlılar arasında dava olub. Hadisə nəticəsində 6 nəfərin bıçaqlandığı bildirilir. Bıçaqlananlardan biri - Ağcabədi rayonunun Köyük kənd sakini, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Səttar oğlu ölüb. Müxtəlif xəsarətlər alan digər şəxslərin vəziyyətinin ağır olduğu, onlardan durumu daha kritik olan iki nəfərin Voronejdə xəstəxananın reanimasiya şöbəsində müalicə edildiyi bildirilir. 

Hədələnərək 720 minlik sənədə imza atdı - Bakıda İLGİNC OLAY

20 Aprel 2017 17:48

Bakı sakini hədə-qorxu ilə borc sənədinə imza atdığını idda edir. 1989-cu il təvəllüdlü Abbas Məmmədəliyev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, Nərimanov rayonunda Arif adlı şəxs ona hədə-qorxu gələrək notariat kontorunda 720 000 ABŞ dolları borcu olması barədə sənəd imzalamağı tələb edib.

2 dönər, 1 araq üçün gənc qadını kor qoyan şəxsə HÖKM OXUNDU

20 Aprel 2017 17:47

Keçmiş arvadının üzünə "kislota" atdıran Tural Hüseynov və icra edən Vüqar Kərimovun məhkəmə prosesi davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Tural Hüseynov 10 il və Vüqar Kərimov isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror çıxışında hər iki şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.  

Çin ilk kosmik yük gəmisini səmaya buraxdı

20 Aprel 2017 17:46

Çin ilk kosmik yük gəmisini səmaya buraxıb. "Tyançjen-1" ("Səma gəmisi-1" ) kosmik yük gəmisi yerli vaxtla 19:41-də Xaynan vilyətində yerləşən Vençan kosmodromundan buraxılıb.

Nənə və körpə nəvəsinin rekord qıran VİDEOsu

20 Aprel 2017 17:44

Eşitmə qabiliyyəti məhdud olan nəvəsinə "işarət dili" öyrədən nənə ilə nəvəsinin həmin anları sosial şəbəkələrdə paylaşım rekordu qırır.

"30 nəfərin adına 6 milyon kredit götürüb" - Sabiq deputatın məhkəməsi

20 Aprel 2017 17:42

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəfa: “O videodakı mən deyiləm…” - VİDEO

20 Aprel 2017 17:39

Əməkdar artist Vəfa Zeynalova a24.az-ın “Cavabım var” layihəsində qonaq olub. Vəfa xanım ondan soruşulan 10 sualın heç birinə cavab verə bilməyib. Hətta 25 ildən artıqdır məşğul olduğu kino və teatr sahəsinə aid diletantın belə dil-dil ötəcəyi mövzularda gülünc vəziyyətə düşüb.

Hansı vergi ödəyicilərinin borci silinib?

20 Aprel 2017 17:35

2017-ci ilin 1 yanvar tarixinə 39 min 880 vergi ödəyicisinin dövlət büdcəsinə 1 mlrd. 409 mln. 370,7 min manat, aprelin 1-ə isə 41 min 352 vergi ödəyicisinin 1 mlrd. 16 mln. 626 min manat məbləğində vergi borcu olub.

Azərbaycanda bankların sayı 20-dək azaldılacaq

20 Aprel 2017 17:34

Bankların sayının azalması və ya azaldılması məsələsi yenidən gündəmdədir. Bizim monitorinqlərimiz də göstərir ki, hal-hazırda da öz funksiyalarını tam yerinə yetirə bilməyən banklar var. Bəs, vəziyyətin bu cür davam etməsi nə ilə nəticələnə bilər? İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, əvvəlki illərdə proqnozlaşdırdığımız kimi, Azərbaycanda yaxın müddətdə bankların sayı 20-dək azalacaq: “Təbii ki, prosesdə vətəndaşların ziyan çəkməməsi üçün sığortalanmayan əmanətlərin ödənilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac var.