Gündəm
Səhiyyə Nazirliyində kollegiya iclası oldu
Aprelin 20 – də Səhiyyə Nazirliyində nazir Oqtay Şirəliyevin rəhbərliyi ilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi və təhlil”inə həsr olunmuş Kollegiya iclası keçirildi.
Türkiyə ordusu 26 terrorçunu məhv edib
Türkiyənin Şırnak bölgəsində keçirilən anti-terror əməliyyat nəticəsində terrorçu PKK qruplaşmasının 26 üzvü məhv edilib.
Şamaxıda torpaq sürüşüb, 2 ailə evini tərk edib
Şamaxı rayonunda torpaq sürüşməsi baş verib. Şəhərin Aşıq Məmmədağa küçəsində 2 hektar sahə sürüşməyə məruz qalıb, 7 ev təhlükə altına düşüb. Son bir həfdədə hektarlarla torpaq sahəsi sürüşməyə məruz qalıb.
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
Bu gün Bakı Şəhər Baş Polis İdarəsində 2017-ci ilin I rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. İdarədən verilən məlumata görə, müşavirədə çıxış edən BŞBPİ-nin rəisi, polis general-mayoru Mirqafar Seyidov bildirib ki, ictimai-siyasi sabitliyin qorunmasında, ölkədə qanunçuluğun və ictimai asayişin təmini sahəsində Daxili işlər Nazirliyinin üzərinə qoyulmuş vəzifələr layiqincə yerinə yetirilib.
Bakıda soyğunçuluq, quldurluq və oğurluq törətmiş 38 qrup zərərsizləşdirilib
2017-ci ilin 3 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 2865 cinayət qeydə alınıb ki, onların da 82,3%-i (2.359-u) az ağır və böyük ictimai təhlükə törətməyən, 17,7%-i isə (506-ı) ağır və xüsusilə ağır növlər olub.
Məleykə Abbaszadə: “Markerlərin hazırlanması üçün pullu akademiya və ya kurslar açılacaq”
“Azərbaycanda buraxılış imtahanları zamanı yeni növ yazı işlərinin yoxlanması üçün ölkə üzrə hər bir fəndən ən azı 5 min marker lazımdır”. Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, onların hər biri ilə iş əsasında müqavilə bağlanacaq və əmək haqqı ödənəcək.
Azərbaycanda keçirilən seçkilər siyasi plüralizm nümunəsidir
Ölkədə siyasi plüralizmin mövcudluğu isbat edən əsaslardan biri də azad seçkinin olmasıdır. Ancaq etiraf edilməlidir ki, dünyanın ən inkişaf etmiş demokratik ölkəsində belə ideal seçki sisteminin qurulması müşkül məsələdir.
Vyetnamda kənd sakinləri 20 polisi girov götürüblər
Vyetnamın paytaxtı Hanoydan 50 km məsafədə yerləşən May Dyuk kəndinin sakinləri 20 polis əməkdaşını girov götürüblər.
"Fransa prezidentliyinə namizədlər erməni seçiciləri cəlb etmək istəyirlər"
Dağlıq Qarabağ məsələsi ilə spekulyasiya edən fransalı siyasətçilər erməni əsilli Fransa seçicilərini cəlb etmək istəyirlər. Bu barədə Fransa Senatının Xarici əlaqələr komitəsinin sədr müavini Natali Qule deyib.
“Qız uşaqlarının ana bətnində qətlə yetirilməsinə qarşı mübarizə aparmalıyıq”
“Ana bətnində qız uşaqlarının məhz qız olduğu üçün qətlə yetirilməsinə qarşı ciddi mübarizə aparmalıyıq”. Bunu millət vəkili Qənirə Paşayeva deyib. O, dünyanın bir çox bölgələrini narahat edən cinsi seleksiya ilə bağlı qanunvericilikdə tədbirlərin öz əksini tapması ilə bərabər insanların maarifləndirilməsinə də böyük önəm verilməsi və bu qorxulu tendensiyaya qarşı sərt mübarizə aparılmasının vacibliyini qeyd edib: “Biz qadına münasibətimizi qiymətləndirməyə elə ana bətnindən başlamalıyıq. Çox təəssüf ki, hamiləlik dövründə cinsi seleksiya halları artmaqdadır. Biz bununla bağlı SOS siqnalı çalmalıyıq. Çünki problemin böyüməsi gələcəkdə genefondumuzun zədələnməsinə gətirib çıxaracaq. Bir çox ailələr var ki, az övlad dünyaya gətirmək istəyirlər. Bu az övlad içərisində də oğul övladlarının olmasını istəyirlər. “Oğul nəslin davamçısıdır” anlayışı var bizim cəmiyyətdə və sair. Qız övladının ana bətnində abortlarla məhv edilməsi prosesi artıb. Biz bu məsələni Milli Məclisdə də qaldırdıq və bəzi qanunlara əlavə və düzəlişlər də gündəmə gəldi. Həkimlərə ciddi şəkildə çağırış oldu ki, bu məsələyə artıq fərqli yanaşma ortaya qoymaq lazımdır.
Sosial xidmət sahəsində “sosial iş” modelinin tətbiqi ilə əlaqədar keçirilən təlimlərin iştirakçılarına sertifikatlar təqdim olunub
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial xidmət işçilərinin qabaqcıl beynəlxalq təcrübə əsasında bilik və peşəkarlıq səviyyələrinin artırılması üçün keçirilən silsilə təlimlərə yekun vurulub. “Azərbaycanda Sosial Xidmət Təminatının İnkişafı” Tvinninq layihəsi çərçivəsində keçirilən təlimlərin iştirakçılarına sertifikatlar təqdim olunub.
SOCAR-ın vitse-prezidenti və BMT-nin təmsilçisi Eko-parkda
Ekoloji Parkda SOCAR və BMT İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi tərəfindən birgə həyata keçirilən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyətlər Planı” (NAMA) layihəsi çərçivəsində tədbir keçirilib.
Səhlənkarlıq vəzifəli şəxsi 7 il azadlıqdan məhrum edə bilər
Azərbaycanda işinə səhlənkar yanaşan vəzifəli şəxslərin ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda 7 ilədək müddətə azadlıqdan məhrum edilməsi təklif edilir. Bununla bağlı Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur. Hazırda səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatdan 460 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma tətbiq edilir. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda isə şəxs 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Fransız yazıçıdan Dini Komitəyə təşəkkür məktubu
Fransız yazıçısı, “Beynəlxalq Reyn Dərnəyi”nin prezidenti Jerar Kardon Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya təşəkkür məktubu ünvanlayıb. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, məktubda Jerar Kardon yanvar ayının 17-də Komitə sədri Mübariz Qurbanlının yazıçını və xanımı Nikolası səmimi qarşıladığına görə minnətdarlığını ifadə edib. O bildirib ki, dini məsələlərə münasibətdə Azərbaycan hökumətinin tolerantlıq ruhlu və açıq fikirli olmasından təsirlənib. Yazıçı ölkəmizdəki dini tədrisi yüksək qiymətləndirib. O, Azərbaycanda qadınlar və kişilər arasında hüquq bərabərliyinin təmin olunmasını demokratiya və mənəviyyatın göstəricisi kimi dəyərləndirib.
Ordumuz artirelliyanı işə saldı
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub.














