Gündəm
Putinin Donbasla bağlı planı AÇIQLANDI
Rusiya prezidenti Vladimir Putin Luqansk və Donetsk vilayətlərinin işğal edilmiş əraziləri üzərində nəzarəti gücləndirir və Donbası Ukraynadan tamamilə ayırmaq istəyir. Agentliyin məlumatına görə, Putin öz planlarını işğal edilmiş ərazilərin tədricən Rusiyaya inteqrasiyası yolu ilə həyata keçirmək istəyir. Qeyd edilir ki, Putin ABŞ-ın Ukrayna üzrə mövqeyinin qeyri-müəyyənliyindən istifadə edir.
1 milyon 200 minlik dələduzluq edən qadın MƏHKƏMƏ QARŞISINDA
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Hicran Allahverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin barəsində təyin edilmiş stasionar məhkəmə-psixatrik ekspertizasının rəyi açıqlanıb.
Natiq Kərimovun məhkəməsi yenidən təxirə düşdü
Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə keçirilməli olan növbəti məhkəmə prosesi yenidən təxirə salınıb.
Amerikalı diplomatdan Qarabağla bağlı açıqlama
Bu barədə 1in.am saytına müsahibəsində amerikalı diplomat, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (1994-1997-ci illər) Riçard Kozlariç bildirib. Qlobal siyasətdə Tramp tərəfindən aparılan aktiv siyasətdən danışan keçmiş səfir Qarabağ münaqişəsinə də toxunub. Kozlariç ABŞ siyasətini, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti proqnozlaşdırmağa tələsməyib.
Azərbaycan brendi keyfiyyəti ilə seçiləcək
Azərbaycanın yeni iqtisadi modelinin hədəfi iqtisadi islahatlar, innovasiya və texnologiyalara əsaslanan iqtisadi inkişafdır. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Bəxtiyar Sadıqov: "Prezident müşavirədə qarşıya yeni vəzifələr qoydu"
“Azərbaycan post neft dövrünə keçidə çoxdan hazır idi. Hətta bu məsələ “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da öz əksini tapmışdı. Lakin neftin qiymətinin siyasi amillər hesabına sürətlə ucuzlaşması bu amili daha da sürətləndirdi. Azərbaycan prezidenti də bu prosesin ağrısız və sürətlə getməsi üçün bir-birindən uğurlu addımlar atdı və çox ciddi islahatlar etdi”. Bunu Milli Məclisin deputatı “ Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyib.
Məruzə: "Avropa Şurasının insan haqları üzrə komissarı AŞ PA-da gizli erməni şəbəkəsinin aparıcı fiqurudur"
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESISC) Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Soros Fondunun maliyyələşdirdiyi deputatlar, erməni məmurlar və QHT-lərdən ibarət "gizli şəbəkə"ni ifşa edən məruzənin ikinci hissəsini dərc edib.
Almas İldırımın 110 illik yubileyi
Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası şair Almas İldırımın 110 illik yubileyinə həsr olunmuş “Vətən həsrətli mühacir şair” adlı tədbir keçirib. Yasamal rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Mədəniyyət və İncəsənət Universitetinin professor-müəllim və tələbə heyəti də iştirak edib.
İKT potensialından mədəniyyət müəssisələrində istifadə yolları müzakirə edilib
Lənkəranda “İKT potensialından mədəniyyət müəssisələrində istifadə yolları” mövzusunda seminar-treninq təşkil edilib. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinə tabe olan Lənkəran, Lerik və Astara rayon mədəniyyət müəssisələrinin gənc əməkdaşlarının iştirakı ilə keçirilən tədbir “Google Maps internet saytının imkanlarından istifadə qaydaları” və "Vikipediyadan istifadə qaydaları" adlı iki hissədən ibarət olub. Tədbirdə mövzu ərtafında geniş müzakirələr aparıllb. İştirakçıların İKT sahəsində sualları cavablandırılıb və bu sahədə tövsiyyələr verilib.
Diaspor üzvləri Niderland Parlamentində görüş keçiriblər
Dünən "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin üzvləri Niderland Krallığı Milli Məclisinin (Tweede Kamer) türk əsilli millət vəkilləri Tunahan Kuzu və Səlcuk Öztürklə görüşüblər.
“Günəşli” yatağında yeni quyu istismara verilib
Bu günlərdə “Günəşli” yatağındakı 7 nömrəli dərin dəniz özülündən 317 nömrəli quyu qazmadan sonra istismara verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, quyu məhsuldar qat çöküntülərinin Fasilə Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib, 2763-2733 metr intervaldan sutkalıq 120 ton neft və 10 000 kubmetr qaz hasilatı ilə istismar fonduna daxil edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
Hərbi hissədə maarifləndirmə tədbiri keçirilib
Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə hazırladığı tədbirlər planına əsasən Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsində zabit və əsgər heyətinin vicdan və dini etiqad azadlığının təmin edilməsi məqsədilə dini maarifləndirmə tədbiri keçirilib.
Azərbaycan İslam dəyərlərinin qorunması və təbliği istiqamətində öz töhfələrini verməkdədir
“Dünyada müsəlman ailəsinin bir üzvü olan Azərbaycan xalqının milli, mədəni dəyərlərinin formalaşmasında İslam dəyərlərinin, digər müsəlman cəmiyyətləri ilə tarixi-mədəni əlaqələrin rolu böyükdür”.
Yadplanetlilərlə bağlı mühüm faktın ÜSTÜ AÇILDI: sən demə, insan...
İnsan heç vaxt yadplentli məxluqları görə bilməz. İndiyədək “yadplanetli gördüm” deyən istər araşdırmaçılar, istərsə də sıravi insanlar ya təxəyyüldən, ya da hallusinasiyadan qaynaqlanıblar.
Azərbaycanda nümunəvi qəbiristanlıqlar yaradılır
Azərbaycanda qəbiristanlıqlar, məzar yerlərinin qiymətləri barədə yeni sənəd hazırlanıb. Bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib. Komitə sədri deyib ki, yaxın günlərdə nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı ölkə prezidentinin ya sərəncamı olacaq, ya da sənəd qanun layihəsi şəklində Milli Məclisdə müzakirəyə çıxarılacaq.














