Gündəm
Vətəndaşlardan odlu silah götürülüb
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xətai RPİ 34-cü PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakini Cavid Quliyevdən nömrəsi silinmiş "TOZ-8" markalı tüfəng və 9 ədəd patron götürülüb. Həmçinin əldə edilən məlumat əsasında Balakən RPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini Nizaməddin Quliyevin yaşadığı evə baxış zamanı oradan "TOZ-8" markalı tüfəng aşkar edilərək götürülüb.
Ətraf mühti korlayan 248 nəfər cərimələnib
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar-mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının urnalardan kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədi ilə tədbirləri davam etdirir.
“İslam dininin ən böyük himayə olunduğu yer məhz Azərbaycandır”
Aprelin 20 – də Beynəlxalq Mətbuat Mərkəzində “İslam Həmrəyliyi İli” və İslam Həmrəyliyi Oyunları ilə bağlı konfrans keçirildi. Konfrans Azərbaycan Respublikası Prezidenti Administrasiyası və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirdə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, “Olaylar” İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və digər mətbuat nümayəndələri iştirak edirdi.
BDU-da “Fizikaya müasir baxış” adlı beynəlxalq konfrans
Aprelin 20 –də Bakı Dövlət Universitetində “Fizikaya müasir baxış” adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb. Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, Avstriyanın STAR-NET –Nüvə texologiyaları sahəsində təhsil və mütəxəssislərin hazırlığı Regional şəbəkəsi və Roma Sapienza Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. Universitetdən “Olaylar” – a bildirilib ki, konfransın plenar iclasını BDU-nun rektoru, akademik Abel Məhərrəmov açaraq onun işinə uğurlar arzulayıb.
Dünyanın daşınmaz əmlak bazarının aparıcı şirkətləri Bakıya toplaşacaq
Əmlak Məsələləri Dövlət Kömitəsi bu il də Bakıda böyük əmlak və investisiya sərgisi keçirəcək. Sərgi 23-25 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil olunacaq. Komitədən “Olaylar”a verilən məlumata görə, sərgidə daha çox investor, əmlak şirkətlərinin qatılması, onların layihələrinin nümayiş edilməsi gözlənilir. Tədbirin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının daha da canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Daşınmaz əmlak bazarı ilə bağlı investisiya mühitinin bu sahədə fəaliyyət göstərən xarici şirkətlərə nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsi də əsas vəzifələrdəndir.
Peşə məktəbində narkomaniya ilə bağlı tədbir keçirilib
Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Qəbələ rayon Peşə məktəbində narkomaniya və onun fəsadları mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Rayon Polis şöbəsinin inspektoru, həkim-psixiatr, peşə məktəbinin müəllim və tələbə heyəti iştirak edib.
Vergi ilə bağlı şikayətlərin sayı azalıb
2017-ci ilin I rübü ərzində vergi orqanlarına 23 875 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2% azdır. Bu barədə Vergilər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, müraciətlərdən 97%-i ərizə, 2,9%-i şikayət, 0,1-i% təklif olub.Müraciətlərin 43,7 %-i müxtəlif arayışların alınması, 22,4 %-i kameral vergi yoxlamaları, 13,0 %-i vergi borcları, 3,1 %-i vergi qanunvericiliyinin tətbiqi, 2,6% vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, 2,1 %-i səyyar vergi yoxlamaları, 0,6 %-i işlə təmin olunma, 0,6 %-i qəbul, 0,3 %-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,2 %-i operativ vergi nəzarəti tədbirləri, 0,1%-i korrupsiya hüquqpozmaları, 11,3 %-i digər məsələlərlə bağlı olub. Bütün müraciətlərə vaxtında baxılıb, onların 65%-i müsbət həll olunub.
Azərbaycanın investisiya imkanları BƏƏ iş adamlarına təqdim edilib
İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə səfər çərçivəsində "DP World Group" şirkətinin rəhbərliyi ilə görüşüb.
Qafqazşünasların I Beynəlxalq Forumu
AMEA- nın rəyasət heyəti və Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Qafqazşünasların I Beynəlxalq Forumu” keçirilib. Tədbirdə AMEA-nın prezidenti Akif Əlizadə tarixdə ilk dəfə keçirilən forumun əhəmiyyətini vurğulayıb.
Nazir müavini AŞ-ın nümayədəsi ilə görüşüb
Avropa Şurasının Azərbaycan üçün Fəaliyyət Planı əsasında həyata keçirilən "Vətəndaş cəmiyyəti dialoqu" layihəsi çərçivəsində Bakıda keçirilən konfransda iştirak etmək üçün səfərdə olan AŞ-nin Demokratik idarəetmə üzrə direktoru xanım Klaudia Luçiani ilə ədliyyə nazirinin müavini Toğrul Musayevin görüşü keçirilib.
Şurada “qaçqın, köçkün, əlil və veteranların məsələləri” qrupuna aid QHT-lərlə görüş keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına “qaçqın, köçkün, əlil və veteranların məsələləri” qrupundan üzv seçilən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlinin təşəbbüsü ilə adıçəkilən sahə üzrə ixtisaslaşmış QHT-lərlə görüş keçirilib.
Pakistan Ali Məhkəməsi Nəvaz Şərifə qarşı ittihamları təsdiqləməyib
Pakistan Ali Məhkəməsi baş nazirNəvaz Şərifə qarşı korrupsiya ittihamlarını təsdiqləməyib. Məhkəmə baş nazirin öz postunu tərk etməsi üçün dəlillərin kifayət etmədiyini açıqlayıb.Bununla belə, Ali Məhkəmə ittihamlara dair istintaqın başlanılmasına qərar verib. N. Şərifə qarşı korrupsiya ittihamlarını ölkə müxalifəti irəli sürüb. “Panama sənədləri”nə əsaslanan ittihamların məqsədi baş naziri vəzifəsini tərk etməyə məcbur etməkdir.
Lukaşenko: “Qərbdə heç kəsə lazım deyilik”
“Minsk Qərbin xeyrinə öz xarici siyasətinin istiqamətini dəyişdirməyib”. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə Rusiyanın Nijeqorod vilayətinin qubernatoru Valeri Şantsevlə görüşdə deyib.
Mayda bayramlarla əlaqədar qeyri-iş günləri məlum olub
May ayında 9 May-Qələbə günü və 28 May-Respublika günü ilə əlaqədar qeyri-iş günlərinin sayı məlum olub. Bu il mayın 9-u çərşənbə axşamına, mayın 28-i isə bazar gününə təsadüf edir. 28 may bazar gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdirilərək, 29 may qeyri-iş günü sayılacaq. Beləliklə, may ayında iki gün qeyri-iş günü olacaq.
""Mançester Yunayted"in əsas qapıçısı olmağa hazıram"
"Mançester Yunayted"in qapıçısı Serxio Romero komandanın əsas qapıçı olmağa hazır olduğunu bildirib. Argentinalı qolkiper "Anderlext"lə oyundan öncə bunları deyib: "Komandanın 1 nömrəsi olmaq üçün imkan həmişə var. Hər həftə bunun üçün məşqlərdə gərgin çalışıram.














