Gündəm

Son dəqiqə: Bələdiyyə başçısına silahlı hücum - Yaralılar var

20 Aprel 2017 15:00

Anadolunun Niğde ərazisindəki Altunhisar mahalının AK Partiyadan olan bələdiyyə başçısı Erdal Sarı silahlı hücuma məruz qalıb. Bələdiyyə sədri sağ qolundan yaralanıb. Hücum zamanı 13 yaşlı məktəbli də başından ağır yaralanıb. 

Deputata bahalı güldan verilirsə nə etməlidir?

20 Aprel 2017 14:58

Aprelin 20-də  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitəsinin birgə iclasında “Azərbaycan Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. İclasda çıxış edən Milli Məclisin vitse-spikeri, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, qanun layihəsinin hazırlanması Azərbaycan Konstitusiyasına edilən dəyişikliklərdən irəli gəlir. B.Muradovanın sözlərinə görə, Konstitusiyada göstərilib ki, deputatın etik davranış qaydaları qanunla müəyyən edilməlidir. Parlament seçkisi zamanı deputata 40 mindən çox seçici səs verir. 

Məşqçi: "Bədii gimnastika üzrə milli komandada əhval-ruhiyyə çox yaxşıdır" 

20 Aprel 2017 14:46

Dünya Kuboku ərəfəsində bədii gimnastika üzrə Azərbaycan milli komandasında əhval-ruhiyyə çox yaxşıdır. Bunu  qrup çalışmaları üzrə komandanın məşqçisi Meylya Basrieva deyib. Onun sözlərinə görə, komanda böyük səylə yarışlara hazırlaşır: "Qızlar yaxşı hazırlaşıb, ona görə də komandada əhval-ruhiyyə yüksəkdir. Gözləntilərimiz ondan ibarətdir ki, əvvəlcə qızlar yaxşı çıxış etsinlər, öz kompozisiyalarını göstərsinlər. Əlbəttə ki, biz medal gözləyirik".

"Qarabağ"ın ilk transferi

20 Aprel 2017 14:44

Ardıcıl dördüncü dəfə Azərbaycan çempionu adını qazanan "Qarabağ" vaxt itirmədən transfer çalışmalarına başlayıb. Ağdam klubu artıq bir futbolçu ilə ilkin razılığa gəlib. Söhbət "İnter"in müdafiəçisi Abbas Hüseynovdan gedir. İyunda 22 yaşını tamamlayacaq Hüseynov cari mövsüm bitəndən sonra "Qarabağ"a keçəcək. Tərəflər arasında minimum 2 illik müqavilənin imzalanmasına qərar verilib.

Çinlilər Fabreqası transfer etmək istəyirlər

20 Aprel 2017 14:43

"Milan"ın yeni sahibləri olan çinlilər yay üçün ilk transfer hədəfini müəyyənləşdirib.  Yonq Hon Linin rəhbərlik etdiyi konsorsium "Çelsi"nin yarımmüdafiəçisi Sesk Fabreqası heyətə cəlb etməyi düşünür. 120 milyon avroluq transfer büdcəsi ayıran rəhbərlik baş məşqçi Vinçezno Montellanın istəyi ilə oyun qurucusu və hücumçu almaq məqsədini qarşıya qoyub.

Ölkəyə qanunsuz siqarət keçirmək cəhdinin qarşısı alınıb

20 Aprel 2017 14:40

Ölkəyə qanunsuz olaraq siqaret gətirən şəxslər saxlanılıb. Bu haqda Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən  verilən məlumatda bildirilib.

Bahar Muradova: “Etik Kodeks bütün komitələrində müzakirə edilməlidir”

20 Aprel 2017 14:39

“Milli  Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi parlamentin bütün komitələrində müzakirə edilməlidir. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin (MM) vitse-spikeri, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova  parlamentdə “Azərbaycan Respublikası Milli  Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun  layihəsinin müzakirəsi zamanı deyib.

“Zərdabi Mətbuat Mərkəzi” “İlk mənbədən informasiya alınmasının təşviqi ilə “Açıq hökumət” quruculuğuna dəstək” layihəsi çərçivəsində ilk toplantını Lənkəranda keçirib

20 Aprel 2017 14:37

“Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi “İlk mənbədən informasiya alınmasının təşviqi ilə “Açıq hökumət” quruculuğuna dəstək” layihəsi çərçivəsindəki birinci toplantı aprelin 19-da Lənkəran şəhərində keçirilib. “İlk mənbədən informasiya alınması: mövcud durum və perspektiv vəzifələr” mövzusundakı tədbir şəhər Mədəniyyət Mərkəzində düzənlənib.

Peterburq metrosunda terror aktının sifarişçisi müəyyənləşib

20 Aprel 2017 14:33

Sankt-Peterburq metrosunda baş vermiş terror aktının sifarişçisinin kimliyi məlum olub. Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib. 

Qardaşının arvadı ilə dostunun sevişdiyini öyrəndi: meşədə görüşə çağırdı 

20 Aprel 2017 14:32

Ədirnənin Keşan Mahalında O.B. həbsxanada olan böyük qardaşının həyat yoldaşıyla sevişdiyini iddia etdiyi 30 yaşlı dostu Əli Dəmiri ov tüfəngiylə başından vuraraq öldürüb.

"MTN işi" üzrə məhkəmə təxirə salınıb

20 Aprel 2017 14:30

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə Sabunçu rayon Məhkəməsində bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

"Barselona"dan qol buraxmayacağımızı təsəvvür etmirdim"

20 Aprel 2017 14:26

"Yuventus"un canlı əfsanəsi Canluici Buffon Çempionlar Liqasının 1/4 final mərhələsində komandasının "Barselona"nı mübarizədən kənalraşdırmasına münasibət bildirib.

Xarici hesablarda valyutanı kimlər gizlədib?

20 Aprel 2017 14:23

İxrac edilən malların satışından əldə edilən gəlirləri xarici banklarda yatıraraq ölkəyə qaytarmayan şəxslər məsuliyyətə cəlb olunacaqlar. “Olaylar”a daxil olan məlumata görə, artıq bu istiqamətdə araşdırmalara başlanılıb. Məlumata əsasən, artıq sözügedən qanunsuzluğa yol verən şəxslərin adları bəllidir və yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Novruz Məmmədov amerikalı siyasətçidən üzr istəməsini tələb edib

20 Aprel 2017 14:15

Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özü haqqında yalan məlumatlar yayan amerikalı siyasətçidən üzr istəməsini tələb edib. Bu barədə N.Məmmədov "Twitter" səhifəsində yazıb. O, "Trampa qarşı demokratik koalisiya"nın direktorlarından biri Skott Dvorkinə müraciət edib: "Mən bir müddət gözlədim və fikirləşdim ki, vicdanınız sizə yalan və böhtan yaydığınızı və ən azından üzr istəmək lazım olduğunu deyəcək. Amma görürəm ki, yalan yaymaq sizin gündəlik işinizdir. Sizin yaydığınız məlumat haqqında təklifim budur. Əgər siz mənim ABŞ-da iki kondominiuma sahib olduğumu sübut edə bilsəniz, mən onlardan birini sizə hədiyyə edəcəyəm. Əks təqdirdə, əgər sizin şərəf və ləyaqətiniz varsa, üzr istəməlisiniz".

Bakı IV İslam Həmrəyliyi Oyunlarına hazırdır

20 Aprel 2017 14:13

Azərbaycan daha bir mötəbər tədbirə evsahibliyi etmək ərəfəsindədir. Söhbət may ayının 12-dən 22-dək baş tutacaq IV İslam Həmrəyliyi Oyunlarından gedir. İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6 000 yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub. Məlumat üçün qeyd edək ki, ilk dəfə bu oyunlar Səudiyyə Ərəbistanında keçirilib və hazırda yarışda İslam Konfransı Təşkilatının 57 üzvüsü iştirak edir.