Gündəm

İxrac imkanlı məhsulların istehsalı genişlənib

20 Aprel 2017 14:12

Prezident İlham Əliyevin sədrliyi İlə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının birinci respublika müşavirəsində qeyd olundu ki, hökumətin fəaliyyətinin əsas istiqamətini daxili tələbatı yerli istehsal hesabına ödəmək və ixrac potensialını artırmaq təşkil edir. “Növbəti illərdə ixracyönümlü müəssisələrin yaradılmasına daha böyük diqqət göstərilməlidir.

Koreya yarımadası müharibə astanasında

20 Aprel 2017 14:08

Son günlər dünyanın əsas diqqət yetirdiyi regionlardan biri də Koreya yarımadasıdır. Daha doğrusu rəsmi Pxenyanın yeni nüvə sinaqları həyata keçirməsi istəyinə qarşı Vaşinqtonun sərgilədiyi sərt mövqe bu iki dövləti qarşı-qarşıya qoyub. İndi Şimali Koreya ilə ABŞ arasında mümkün müharibənin baş verməsi üçün kiçicik bir bəhanə yetərlidir. Hazırda görünən odur ki, nə Vaşinqton, nə də Pxenyan bir-birinə güzəştə getmək niyyətində deyil. Halbuki yaşadığımız yeni əsrin əvvəllərində Şimali Koreya ilə Birləşmiş Ştatların öz aralarında olan problemi danışıqlar yolu ilə həll etmək şansı var idi.

Ermənistanın aqressiyası və ona şərait yaradan amillər

20 Aprel 2017 14:06

Cəbhədə hər ötən gün gərginlik artmaqdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin gündəlik cəbhə xəttindəki vəziyyətlə bağlı açıqladığı məlumatlardan da aydın görünür ki, ermənilər tərəfindən atəşkəsin pozulması halları artıq intensiv xarakter alıb.

İnsanları saxta profillə necə şantaj edirlər?

20 Aprel 2017 14:04

Sosial şəbəkələrdə saxta profillərdən istifadə adi hala çevrilib. Hazırda çoxsaylı saxta profillərdən müxtəlif məqsədlər üçün istifadə edilir. Kimisi özünün maraqlarını, hobbisini paylaşmaq istəyir. Bu yolla gizli şəkildə özünün real olan digər həyatını göstərmək istəyir. Həmin şəxs düşünür ki, əgər bunları öz adı ilə etmiş olsaydı, ətrafı tərəfindən yaxşı qarşılanmazdı. Kimlərsə də özlərinin ictimai-sosial statusundan ehtiyatlanaraq saxta ad altında saxta profil açırlar.

ABŞ-ın bu ştatında 60 min insan öləcək və... - HƏYƏCAN TƏBİLİ

20 Aprel 2017 13:58

Amerika eksperti Denni Roy Koreya Xalq Demokratik Respublikasının (KXRD) ABŞ-a nüvə zərbəsinin nəticələrini qiymətləndirib. Ekspert Şimali Koreyanın ballistik raketlərinin Havay ştatının ərazisinə çata biləcəyini deyib.

Özbəkistanda Qarabağ geyimləri təqdim edilib

20 Aprel 2017 13:57

Özbəkistan Rəssamlıq Akademiyasının sərgi salonunda keçirilən “Ənənəvi təsviri incəsənət festivalı”nda Azərbaycanı bu ölkədəki səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Ölkəyə ən çox valyuta gətirən sahələrin inkişafına diqqət artırılır

20 Aprel 2017 13:55

Azərbaycanda bir sıra məhsul istehsalı ənənəsi var ki, həmin məhsulların idxalının ölkəyə valyuta gətirmə inkanı kifayət qədər genişdir. Lakin Azərbaycanın müstəqilliyinin ilk illərində baş verən iqtisadi nizamsızlıq həmin ənənələrin arxa plana keçirilməsinı səbəb olub. Hazırda ölkədə həyata keçirilən şaxələndirilmiş iqtisadi siyasət isə mövcud ənənnələrin yenidən dirçəldilməsi zərurəti yaradır.

Deputatın mandatdan məhrum edilməsi ilə bağlı maddə dəyişdirilir

20 Aprel 2017 13:41

Milli Məclisin (MM) daxili Nizamnaməsində deputatın mandatdan və səlaihiyyətindən məhrum edilməsi ilə bağlı maddə yeni redaksiyada veriləcək. Bu məsələ MM-in daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinin ikinci cümləsinin təklif olunan yeni redaksiyasında əksini tapıb.

“Valyuta kütləsi ölkədən xaricə getməməlidir…”

20 Aprel 2017 13:35

“Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsi ilk növbədə bu baxımdan diqqəti cəlb edir ki, son zamanlar belə mühüm dövlət tədbirləri məhz bölgələrdə təşkil edilir. Bu, ölkəmizin regionlarının inkişafının da diqqət mərkəzində olmasının bir göstəricisidir. Azərbaycan Prezidentinin bundan əvvəl Sabirabadda, Ağcabədidə, Saatlıda və digər rayonlarda keçirdiyi müşavirələr də o mərama xidmət edir ki, bölgələrimiz paytaxtımızla paralel inkişaf etsin, iqtisadi vəzifələrini müəyyənləşdirmək imkanında olsun”. Bu fikirləri mətbuata açıqlamasında deputat Zahid Oruc bildirib.

1,5 milyardlıq kurort boş qalıb

20 Aprel 2017 13:34

Koreya dilində adının mənası "Almaz dağları" olaq Kımqansan dağ silsiləsi Koreya yarımadasının şərqində, Kanvando vilayətindəki Kımqansan bölgəsindədir. Şimali Koreya ərazisindəki bu kurort ərazidə Cənubi Koreyanın Hyundai korporasiyası 1998-ci ildə 500 kvadrat kilometrlik ərazidə nəhəng istirahət kompleksi inşa etmişdi.

Bahar Muradova: "Əsas məqsəd deputatların fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılmasıdır"

20 Aprel 2017 13:27

Milli Məclis üzvlərinin etik davranış qaydaları haqqında" qanun layihəsi aprelin 20-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin iclasında müzakirəyə çıxarılıb.

Ölkəmizdə əmək və məşğulluq sahəsində aparılan islahatlar BƏT nümayəndələri ilə birgə müzakirə olunub

20 Aprel 2017 13:25

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Əmək Təşkilatının (BƏT) 2016/2017-ci illər üçün Qlobal Əmək Haqqı hesabatının təqdim olunması məqsədilə ölkəmizdə səfərdə olan BƏT mütəxəssisləri Nikolas Studer və Rosalia Vazquez ilə görüş olub.

Politoloq: “Diasporamızın güclənməsi üçün birlik nümayiş etdirməliyik”

20 Aprel 2017 13:24

“Ermənistan hər zaman Dağlıq Qarabağ məsələsində bütün dönəmlərdə sabotajlıqla məşğul olub. Ona görə də el arasında belə bir deyim var ondan sona kimi istifadə etmək lazımdır, “oğrunu evinə kimi qovmaq lazımdır”. Ancaq maraqlısı budur ki, bu ermənilərin özlərinə aid heç bir torpağı da yoxdur ki, ora qədər qovasan, hamısı qonşu ölkələrin torpaqlarıdı”. Bunu  politoloq Ramiz Alıyev deyib.

Ermənistan parlamentində komissiyaların sayı iki dəfə azaldılacaq

20 Aprel 2017 13:21

Ermənistanın yeni parlamentində daimi komissiyaların sayı iki dəfə azaldılacaq. İnformasiyaya əsasən, hazırki parlamentdə 12 daimi komissiya var və onların sayı 6-ya endiriləcək. Məlumata görə, Avrointeqrasiya üzrə komissya xarici əlaqələr üzrə komissiya, insan haqları üzrə komissiya dövlət-hüquq məsələləri üzrə komissiya, kənd təsərrüfatı və ekologiya məsələləri üzrə komissiya ərazi idarəetmə və yerli özünüidarəetmə üzrə komissiya ilə birləşdiriləcək. Qəzet yazıb ki, başqa komissiyaların gələcək fəaliyyəti ilə bağlı qərar qəbul edilməyib.

Xəzər dənizinin səviyyəsinin düşməsinin səbəbləri açıqlanıb

20 Aprel 2017 13:19

“Xəzər dənizinin səviyyəsində azalma müşahidə olunur. Hazırda dənizin səviyyəsi - 28 metrə çatıb. Bu, dənizin dayanıqlıq səviyyəsidir”. Bunu Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri Zabit Allahverdiyev deyib. Onun sözlərinə görə, 1977-ci ildən 1995-ci ilədək Xəzərin səviyyəsi 2,5 metr artıb. 1995-ci ildən etibarən azacıq tərəddüdlə səviyyə düşüb və qalxıb. 2009-cu ildən sonra isə dənizin səviyyəsi intensiv sürətdə düşməyə başlayıb.