Gündəm

Polislərin üstünə kimyəvi məhlul atdı

20 Aprel 2017 13:17

Aprelin 19-da Yasamal rayonunun Azərbaycan prospektində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan İbrahimov və tanışı, Abşeron rayon sakini Nailə Sadıqova arasında münaqişə baş verib. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, münaqişə zamanı N.Sadıqova həmin ərazidə xidmətdə olan Yasamal Rayon Mühafizə İdarəsinin iki əməkdaşını köməyə çağırıb. Polis əməkdaşları E.İbrahimovu intizama dəvət edərkən o, əlindəki şüşə qabda olan kimyəvi məhlulu polis əməkdaşlarının və qadının üzərinə atıb, məhlulun qalan hissəsini isə özü içib.

Güclü külək olacaq - XƏBƏRDARLIQ

20 Aprel 2017 13:07

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Alı Mustafayev anıldı

20 Aprel 2017 13:04

Şəhid Alı adına Bərdə şəhər 5№li tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin anadan olmasının 65-ci ildönümünə həsr olunmuş yubiley tədbiri keçirildi.Tədbirdə şəhidin ailə üzvləri və tələbə yodaşları, rayon Təhsil Şöbəsinin rəhbərliyi, “Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid ailələri” İctimai Birliyi rayon şöbəsinin sədri iştirak ediblər.

Kollecin tələbələri premyeraya hazırlaşır

20 Aprel 2017 13:03

Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində ali təhsil və orta ixtisas məktəblərində dram dərnəklərinin yaradılması və fəaliyyətinə dəstək davam edir. Fonddan “Olaylar2 – a  bildirilib ki, Fond Pedaqoji Universitetin nəzdindəki Pedaqoji Kollecdə dram dərnəyinin fəaliyyətinə start verib. Dərnəyin 20 üzvü var və Mədəniyyət və İncəsənət Universitetinin dosenti Məmməd Səfa tələbələrin ifasında Ə.B.Haqverdiyevin “Yeyərsən qaz ətini, bilərsən ləzzətini” adlı əsəri əsasında tamaşa hazırlayır.

Qazaxıstanlı ulduz “Madam Batterflyay” operasında

20 Aprel 2017 12:54

Aprelin 29-da Opera və Balet Teatrında C.Puççininin “Madam Batterflyay” operasının nümayiş olunacaq.Teartrdan “Olaylar” – a bildirilib ki, tamaşada əsas partiyanı Çio-Çio-San rolunu ifa etmək üçün "Astana Opera" Dövlət Opera və Balet Teatrının aparıcı solisti, Qazaxstan Respublikasının Əməkdar xadimi, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Aygül Niyazova dəvət olunub. Tamaşada Şarples rolunda Ukrayna Milli operasının solisti, Ukraynanın Əməkdar artisti Dmitri Qrişin, Pinkerton rolunda Əməkdar artist Fərid Əliyev, Süzuki rolunda Əməkdar artist Səbinə Vahabzadə və b. çıxış edəcəklər. Operanın dirijoru isə Xalq Artisti, professor Yalçın Adıgözəlovdur.

"Bavariya" şikayət etdi, UEFA araşdırmaya başladı

20 Aprel 2017 12:51

"Bavariya" Çempionlar Liqasının 1/4 final mərhələsində "Real"la keçirilən cavab oyunu ilə bağlı UEFA-ya şikayət edib. Münhen təmsilçisinin narazılığı qarşılaşmanın baş hakimi Viktor Kaşşai ilə yox, İspaniya polisi ilə bağlıdı.

Cəzaçəkmə müəssisəsində dava: yaralılar var - Türkiyədə

20 Aprel 2017 12:50

Türkiyədə cəzaçəkmə müəssisəsində qarşıdurma yaşanıb. Mersin vilayətindəki qapalı cəzaçəkmə müəssisəsində məhbuslarla nəzarətçilər arasında dava düşüb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir.

Beren Saatın tərəf müqabili layihədən ayrıldı

20 Aprel 2017 12:47

İlker Kaleli Beren Saatla tərəf müqabili olacağı "Tren" adlı filmin heyətindən ayrılıb. Buna səbəb filmin çəkilişlərinin təxirə salınaraq mayda deyil, başqa tarixdə başlayacağının deyilməsidir. Həmin zamanlarda İlker başqa layihədə iştirak edəcəyi üçün filmdən ayrılmalı olub.

Politoloq: “Jirinovskinin, Lavrovun çıxışları Rusiyanın mövqeyindən xəbər verir” 

20 Aprel 2017 12:36

“Ümumiyyətlə rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün danışıqlarda yaxından iştirak edib. Azərbaycan tərəfi sülh yolu ilə Qarabağ məsələsinin həll olunması üçün bütün addımları atıb. Ona görə də ölkəmizin yeni bir addım atmasına ehtiyac yoxdur. Addımı Ermənistan və onu dəstəkləyən dünya ölkələri, eləcə də bu işlərə ikili yanaşanlar atmalıdır. Burada əsas rolu Rusiya oynayır”. Bunu politoloq Cümşüd Nuriyev deyib.

Azərbaycan 7 ixrac missiyası həyata keçirib 

20 Aprel 2017 12:34

Azərbaycan brendinin dünyada tanınması vacib məsələlərdən biridir. Bu sözləri millət vəkili Tahir Mirkişili deyib. Onun sözlərinə görə, brendin tanıdılması və inkişaf etdirilməsi çox mürəkkəb və xeyli vaxt tələb edən bir prosesdir: "Belə ki, alıcıların brendin xeyrinə qərar verməsində onların brendə inamı mühüm yer tutur.

“Artsax” bayrağını qaldıran erməni idmançını növbəti turnirlərə buraxdılar” Fight Nights Global

20 Aprel 2017 12:30

“Ermənistanı və Rusiyanı təmsil edən 23 yaşlı qarışıq döyüşlər üzrə idmançı Vardan Askanyan (56.7kq) və Rusiyanın Finght Nights Global təşkilatı əməkdaşığın davamı üçün razılığa gəliblər”.

Əli Kərimli özü də bilmədən nəyi etiraf etdi?

20 Aprel 2017 12:28

Bəlli olduğu kimi AXCP sədri Əli Kərimli aprelin 21-də Respublika Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Buna səbəb isə onun, eləcə də müavini Gözəl Bayramlının və təşkilat şöbəsinin müdiri Saqif Qurbanovun “saxta üzvlük sənədi işi” üzrə adlarnın hallandırılmasıdır. Daha dəqiq desək, AXCP rəhbərliyi paritya üzvü olmayan insanların xarici ölkələrə köçmələri üçün onlara böyük pullar qarşılığında saxta partiya sənədləri verib. Hətta bununla bağlı mətbuatda kifayət qədər danılmaz faktlar ortaya çıxarılaraq Ə.Kərimli və siyasi biznesində adları keçən digər adamları ifşa olunublar. Məsələn, məlum olub ki, ümumiyyətlə siyasi məsələlərdən xəbəri olmayan insanlar belə, guya illər öncədən AXCP-yə üzv olublar və hakimiyyət tərəfindən təqiblərə məruz qalaraq ölkədən çıxmaq qərarını veriblər.

Millət vəkili: “Güclü Türkiyə, güclü Azərbaycan, türk dünyası deməkdir” 

20 Aprel 2017 12:27

“Türkiyədəki referendumdakı seçimi Türkiyə xalqının, cəmiyyətinin seçimidir”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib. Deputatın sözlərinə görə, seçkinin nəticəsinin necə olmasından asılı olmayaraq, Azərbaycan bu seçimə böyük hörmətlə yanaşır: “Hesab edirik ki, Türkiyənin bu seçimi onu daha güclü, demokratik, qarşısında duran məsələlərin operativ şəkildə həll edilməsinə gətirib çıxaracaq.

Aydın Mirzəzadə: “Ermənistanın provokasiyası Azərbaycan tərəfindən qəbul edilməyəcək”

20 Aprel 2017 12:24

“Son dövrlər Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atdığı addımlar onun problemin həllində maraqlı olmadığını göstərir. Torpağı işğalda saxlayaraq hər hansı bir formada danışıqlarda irəliləyişə nail olmaq onun əsas məqsədidir. Çünki indi hakimiyyətdə olan elita məhz işğal nəticəsində öz hakimiyyətini uzada bilir və bundan siyasi, iqtisadi dividentlər götürür. Onu nə Ermənistan dövlətinin inkişafı, nə də erməni xalqının firəvanlığı maraqlandırır. Min illik fasilədən sonra təsadüfən milli dövlətçilik əldə etmiş Ermənistan cəmiyyəti əslində öz dövlətçiliyinin iflasını yaşayır”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Lavrov açıqladı: “Suriya ilə bağlı yalnız bir planımız var"

20 Aprel 2017 12:22

Suriya böhranının həlli üçün BMT TŞ-da təsdiqlənən qərardan başqa planımız yoxdur. Bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Gürcüstanda təşkil olunmuş mətbuat konfransı zamanı jurnalistlərin ABŞ Dövlət katibi Reks Tillerson ilə Suriyadakı rejim dəyişikliyi ilə bağlı hər hansı planın müzakirə olunub-olunmadığı haqda verilən sullarına cavab olaraq deyib.