Gündəm

"Nemtsovu Allah rizası üçün öldürdüm" - VİDEO

20 Aprel 2017 12:16

Rusiyada müxalifət lideri Boris Nemtsovu qətlə yetirən çeçen Zaur Dadayevin istintaq zamanı çəkilən videogörüntüləri yayılıb.  Dadayev ilkin ifadəsi zamanı Nemtsovu qətlə yetirdiyini etiraf etsə də, sonradan təzyiqlərə məruz qalaraq qətli üstünə götürdüyünü demişdi.

“Rusiya heç vaxt Krımı tərk etməyəcək” - Prezidentliyə namizəddən ETİRAF

20 Aprel 2017 12:13

“Rusiya heç vaxt Krımı tərk etməyəcək və Krım tarixən Rusiya ərazisidir”. Bunu Fransa mərkəz sağçı Respublikaçılar Partiyasından prezidentliyə namizəd, sabiq baş nazir Fransua Fiyon “Figaro” qəzetinə müsahibəsində deyib. “Rusiyanın Krımdan getməsi üçün inad etmək və bu haqda danışmaq faydasızdır. Bu, heç vaxt bu olmayacaq”, - sabiq baş nazir vurğulayıb. Fiyonun fikrincə, Krımla bağlı vəziyyət BMT-nin himayəsi altında xüsusi beynəlxalq konfransın köməyi ilə nizama salına bilər.

Zərərçəkən MTN-in gizli agenti olacaqmış

20 Aprel 2017 12:09

Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

Acunun toyu sentyabrda olacaq

20 Aprel 2017 12:08

TV8-in sahibi Acun İlıcalı evlənir. Acunun sevgilisi Şeyma Subaşı paylaşım edərək "Evlənirəm" yazmaqla xəbərin yayılmasına səbəb olub. Acun da jurnalistlərə açıqlamasında evlilik xəbərin doğruluğunu təsdiqləyib. Toy sentyabrda baş tutacaq.

Əsəd təyyarələrini Rusiya bazasına köçürdü

20 Aprel 2017 12:02

Suriya hakimiyyəti öz hərbi təyyarələrini Rusiyanın “Xmeymim” hərbi hava bazasına yaxın əraziyə köçürüb. Bu haqda ABŞ-dakı hərbi mənbələrə istinadən CNN bildirib. Kanal qeyd edir ki, Dəməşqin məqsədi hərbi aviasiyanı Qərb koalisiyasının zərbələrindən qorumaqdır.

Qanunsuz aborta görə həkimlərin cəzası sərtləşdirilir

20 Aprel 2017 12:03

Son illər bütün dünyada doğulan uşaqlar arasında qızların sayının azalması tendensiyası müşahidə olunur. Demoqraflar yaxın onillikdə planetdə "subay millət” yaranacağı ilə bağlı həyəcan təbili çalırlar. Yer planetinin əhalisi artıq 7 milliarda çatır, lakin dünyaya gələn uşaqlar arasında qız oğlan nisbəti insanları narahat edən ən vacib problem olaraq qalır. Mövcud demoqrafik vəziyyət qadın cinsinin katastrofik həddə çatdığını göstərir. Dünya statistikası göstərir ki, doğulan hər 100 qıza 104 oğlan düşür.

Qana təlabatı ödəyən yeni preparat

20 Aprel 2017 11:59

Qanın quru əvəzləyicisi hazırlanıb. Preparatın ən üstün cəhəti xüsusi saxlanma şəraiti tələb etmədən istənilən qrup və rezus-faktorlu donor qanının eritrositlərini tam əvəzləməsidir.

O abituriyentlərə yeni imkan

20 Aprel 2017 11:58

Mayın 4-dən 22-dək bəzi kateqoriyadan olan abituriyentlər üçün elektron ərizə qəbulu sistemi yenidən aktiv olacaq. Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə,bu qərar abituriyentlərin çoxsaylı müraciətlərini və ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının bu ildən etibarən iki dəfə keçirilməsi nəzərə alınaraq qəbul edilib.

“Azərbaycan Milli Kimliyinin formalaşması və müasir vəziyyəti” mövzusunda tədbir keçirildi

20 Aprel 2017 11:54

“Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə AMEA Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan Milli Kimliyinin formalaşması və müasir vəziyyəti” başlıqlı tədbir keçirildi. Tədbirdə eyni zamanda “Azərbaycan Milli Kimliyi” kitabının təqdimatı oldu.

Nəqliyyat vasitələri yeni qaydada dövlət qeydiyyatına alınacaq

20 Aprel 2017 11:51

Azərbaycanda nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınma qaydaları dəyişdirilir. Bu barədə məsələ “Yol hərəkəti haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Mən niyə oğluma 400 manata velosiped ala bilmirəm?- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

20 Aprel 2017 11:49

Bu günlərdə çox pərişanam. Həm də çox pərişan. Qızının 400 min manatlıq toy söhbəti ilə dilə-dişə düşən ölkənin baş liftçisi də heç mənim qədər pərişan deyil. Onun nə vecinə? Bu dedi-qoduların sonunda  uzaqbaşı işini itirəcək. Amma qazandıqları əminəm ki, itirdiyindən, və yaxud itirəcəyindən qat qat çoxdur. Bir toya yarım milyon pul tökən adamın  dalda yüz faiz  milyonları var.  Mənim isə bitim də yoxdu. Heç  sabaha ümidim də. Ona görə də pərişanam və heç cür özümü toparlaya bilmirəm.

Avropa çempionatı: İlk gündə 4 cüdoçumuz mübarizəyə başlayır

20 Aprel 2017 11:42

Bu gün Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatına start veriləcək. Yarışın ilk günündə fərdi mübarizədə 4 azərbaycanlı cüdoçu tatamiyə çıxacaq.

""Yuventus" qarşısında "şapka çıxarıram""

20 Aprel 2017 11:41

Çempionlar Liqasının 1/4 finalında üz-üzə gələn "Yuventus" - "Barselona" qarşılaşmasında sevinən turinlilər oldu.  İlk oyunda 3:0 hesabı qalib gələn italiyalılar ikinci oyunda qapısını toxunulmaz saxlayaraq yarımfinala adlayıb. Matç başa çatdıqdan sonra hər iki komandanın baş məşqçiləri fikirlərini bölüşüblər.  

Rəcəb Tayyib Ərdoğan: “Barak Obama bizi aldatdı”

20 Aprel 2017 11:37

“Təəssüf ki, “PYD” və “YPG”  məsələsində Barak Obama bizi aldatdı”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Al- Jazeera” televiziyasına müsahibəsində bildirib.