Gündəm

Tillerson: “İranla nüvə razılaşması uğursuz olub”

20 Aprel 2017 11:33

İranın nüvə proqramına dair razılaşma uğursuzluğa düçar olub.  Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib. Onun sözlərinə görə, Birgə Hərtərəfli Fəaliyyət Planı İranı nüvə statusundan məhrum etməyib: “Bu, onların nüvə dövləti olmaq məqsədini yalnız təxirə salıb”. R.Tillerson həmçinin İrana qarşı “strateji dözüm” siyasətini də uğursuz adlandırıb.  “Bu ölkədən gələn təhdidlərə cavab vermək lazımdır", deyə R.Tillerson vurğulayıb. 

Putini təhqir edən məşhur teleaparıcı işdən qovulub- VİDEO

20 Aprel 2017 11:31

“Fox News” telekanalı ulduz aparıcı və siyasi şərhçi Bill O’Reylini işdən çıxarıb. Bundan əvvəl "Fox" telekanalı bir neçə qadının aparıcıya qarşı qaldırdığı seksual hərəkətlərlə bağlı iddiaların geri çəkilməsi üçün 13 milyon dollar ödəyib. Onun apardığı proqramların sponsorları reklam yerləşdirilməsi barədə müqavilələri birtərəfli qaydada pozmağa başlamışdılar.

İranda avtobusun qəzaya uğraması nəticəsində 11 nəfər ölüb

20 Aprel 2017 11:29

İranda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 11 nəfər ölüb.  Avtobusda 30 nəfər olub.  Səbzəvər şəhərinin Təcili Yardım Mərkəzinin rəis müavini Hadi Abbas Abadi bildirib ki, 7 nəfər hadisə yerində dünyasını dəyişib, digər 4 nəfər isə aldığı xəsarətdən xəstəxanada ölüb. 

“Xəzər diqalooqu, 2017” Beynəlxalq İqtisadi Forumu keçirilib

20 Aprel 2017 11:28

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Daxili siyasətin təhlili şöbəsinin elmi işçisi Elnarə Qəribova Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) keçirilən “Xəzər dialoqu, 2017” Beynəlxalq İqtisadi Forumunun 10-cu ildönümünə həsr olunmuş forumda iştirak edib.

Ermənilər 112 dəfə atəşkəsi pozub

20 Aprel 2017 11:25

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 112 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Berdavan, Barekamavan, Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli, Bala Cəfərli, Kəmərli, Qaymaqlı kəndlərində, Berd rayonunun Çinari, Ayqedzor, Mosesqex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu, Ağdam, Əlibəyli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Müvəqqəti saxlama yerinə başçəkmə keçirilib

20 Aprel 2017 11:21

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.

Taylandda  iki yaraqlı bombanın partlaması nəticəsində ölüb

20 Aprel 2017 11:19

Taylandın cənubunda polis postları və hərbi hissələrə 18 hücum təşkil edən və partlayışlar törədən iki separatçı yaraqlı əldəqayırma bombanın partlaması nəticəsində ölüb. 

Komitə sədri: “Radikal dini qruplar dini təhrif edərək insanları yanlış yola çəkmək istəyirlər”

20 Aprel 2017 11:17

“Bəzi radikal dini qruplar dini təhrif edərək, yanlış fomada insanlara çatdırmaqla onları səhv yola çəkmək istəyirlər”. Bunu Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda keçirilən “Kitab nəşri və rəqəmsal inqilab: rəqəmsal nəşriyyat sənayesinə doğru istiqaətlər, proseslər və praktiki addımlar” mövzusunda beynəlxalq seminarda deyib.

Agentlik sədri: “Beynəlxalq təşkilatların susması nəticəsində ermənilər maddi və qeyri-maddi irsimizi talan edir”

20 Aprel 2017 11:15

“Ermənistan beynəlxalq qınağa məhəl qoymayaraq işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmaq istəmir. İşğalçılar yaranmış vəziyyəti hər vasitə ilə uzatmaq istəyirlər”. Bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.

PA rəsmisi: "Münaqişənin həlli ilə insan haqlarının təmini məsələləri əlaqəli şəkildə nəzərə alınmalıdır"

20 Aprel 2017 11:13

“Azərbaycanın ərazisinin bir hissəsi Ermənistan tərəfindən işğal edildiyindən, xarici siyasət kursunda münaqişənin həlli prosesi ilə insan haqlarının təmini məsələləri əlaqəli şəkildə nəzərə alınmalıdır”.

Rusiyanın ən zəngin azərbaycanlı biznesmenləri 5 mlrd. dollar qazanıb, 300 mln. dollar itirib

20 Aprel 2017 11:10

"Forbes Russia" ən zəngin rusiyalı iş adamlarının reytinqini açıqlayıb. Adıçəkilən nəşrə istinadən xəbər verir ki, 2016-cı il ərzində 200 rusiyalı biznesmenin sərvəti 100 mlrd. dollar artaraq 460 mlrd. dollara çatıb.

Azərbaycan yüklərinin Ukraynada oğurlanması məsələsi Ali Radada qaldırılacaq

20 Aprel 2017 11:08

Azərbaycan şirkətlərinə məxsus yüklərin Ukraynada oğurlanması ilə bağlı məsələ Ali Radada (parlament) qaldırılacaq.  Bu barədə Ukrayna-Azərbaycan Parlamentlərarası İşçi qrupunun rəhbəri Maksim Kuryaçie bildirib.

Novruz Məmmədov: "Xarici siyasətin çevikliyi Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirib"

20 Aprel 2017 11:07

”Artıq dünyanın müxtəlif ölkələrində Azərbaycan xalqı və dövlətinin maraqlarını müdafiə edə biləcək beynəlxalq himayə mexanizmi yaranıb”. Bu barədə President Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində yazıb.