Səhiyyə Nazirliyində kollegiya iclası oldu
Aprelin 20 – də Səhiyyə Nazirliyində nazir Oqtay Şirəliyevin rəhbərliyi ilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi və təhlil”inə həsr olunmuş Kollegiya iclası keçirildi.
20 Aprel 2017 17:32 SosialAprelin 20 - də Səhiyyə Nazirliyində nazir Oqtay Şirəliyevin rəhbərliyi ilə "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi və təhlil"inə həsr olunmuş Kollegiya iclası keçirildi.
Nazirlikdən "Olaylar" - a bildirilib ki, iclasda sosial ekspertiza və reabilitasiya xidmətilərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyaları tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşmiş reyestri yaradılmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Elektron hökümət" portalı vasitəsilə bu reyestrə real vaxt rejimində çıxış təmin edilmişdir. Əmrin icrası ilə bağlı Respublikanın şəhər və rayonlarının tibb müəssisələrində müvafiq təlimlər keçirilmişdir. Tibbi yardımın təşkili şöbəsi və İnformatika və Statistika idarəsi tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinə daxil edilmə qaydaları hazırlanaraq təsdiq edilib. İclasda əhalinin narazılığına səbəb olan problemlərin aradan qaldırılması istiqamətində də Səhiyyə Nazirliyi tərəfindən ciddi addımlar atıldığı qeyd edildi.