“Beynəlxalq Yer günü” ilə əlaqədar tədbir keçirilib
Aprelin 22 – də “Beynəlxalq Yer Günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq hər il olduğu kimi bu il də müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır.
20 Aprel 2017 18:40 SosialAprelin 22 - də "Beynəlxalq Yer Günü" ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq hər il olduğu kimi bu il də müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır.
Nazirlikdən "Olaylar" - a bildirilib ki, "Beynəlxalq Yer Günü" ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Bakı Dövlət Universitetinin müəllim və tələbə kollektivi ilə görüş keçirib.Görüşdə ətraf mühitin mühafizəsi ilə bağlı Nazirlik tərəfindən həyata keçirilən tədbirlər, o cümlədən ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, su ehtiyatlarının idarə olunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı sahəsində görülmüş işlər haqqında auditoriyaya ətraflı məlumat verilib.