Muzey əməkdaşı beynəlxalq simpoziumda
Türkiyənin paytaxtı Ankara şəhərində görkəmli türkiyəli tarixçi, professor Xəlil İnalcıkın xatirəsinə həsr olunan “Tarix və tarixçilik” mövzusunda beynəlxalq simpozium keçirilib.
21 Aprel 2017 12:43 SosialTürkiyənin paytaxtı Ankara şəhərində görkəmli türkiyəli tarixçi, professor Xəlil İnalcıkın xatirəsinə həsr olunan "Tarix və tarixçilik" mövzusunda beynəlxalq simpozium keçirilib.
Beynəlxalq simpoziumda Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyeva da çıxış edib. Muzeydən "Olaylar" - a bildirilib ki, tarixçi alimin "İslam tarixçiliyində elmi-bioqrafik əsərlər" adlı məruzəsi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Türk Tarix Qurumu və Qazi Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bir çox xarici ölkələrin tarixçi alim və tədqiqatçıları da iştirak və çıxış ediblər.