Deputatların etik davranış qaydaları şagirdlərin əxlaq kodeksini təkrarlayır
Nəhayət ki, ölkə parlamenti deputatların etik davranış qaydalarını tənzimləyəcək qanun layihəsinin müzakirəsinə başlayıb. Artıq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında “Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi aparılıb. Lakin sözügedən qanun layihəsi heç də bütün deputatları razı salmayıb. Belə ki, deputatlara irad tutulmasından tutmuş onların mandatının ləğv olunmasına qədər ən müxtəlif məslələr ətrafında fikir müxtəlifliyi yaranıb.
21 Aprel 2017 14:06 SosialDeputat: "Heç ali məktəblərdə belə kodeks mövcud deyil"
Nəhayət ki, ölkə parlamenti deputatların etik davranış qaydalarını tənzimləyəcək qanun layihəsinin müzakirəsinə başlayıb. Artıq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında "Milli Məclis deputatının etik davranış qaydaları haqqında" qanun layihəsinin müzakirəsi aparılıb. Lakin sözügedən qanun layihəsi heç də bütün deputatları razı salmayıb. Belə ki, deputatlara irad tutulmasından tutmuş onların mandatının ləğv olunmasına qədər ən müxtəlif məslələr ətrafında fikir müxtəlifliyi yaranıb.

Millət vəkili Məlahət İbrahimqızı deyib ki, deputatların etik davaranış qaydası ilə bağlı sənəd məktəblilərin əxlaq davranış qaydaları ilə üst-üstə düşür: "Qanun layihəsinə baxanda məktəb illəri yadıma düşdü. Burada məsələlər o qədər xirdalanır ki, sanki məktəblinin əxlaq kodeksi ilə eynilik təşkil edir". Qanun layihəsini konseptual olaraq dəstəkləyən M. İbrahimqızı deyib ki, sənədin daha da konkretləşdirilməsinə və yığcamlaşdırlmasına ciddi ehtiyac var: "Çünki sənəddə detallar çox xırdalanıb. Hər cür xırdalıqlara yer verilib. Sənəd orta məktəbdəki məktəblilərin əxlaq kodeksini sanki təkrarlayır. Oradakı müddəaların əksəriyyəti burada əksini tapıb. Heç ali məktəblərdə belə kodeks mövcud deyil. Ali məktəb tələbələrinə hansısa xasiyyətnamə tələb olunanda onu ali təhsil müəssisəsinin rəhbərliyi verir. Odur ki, deputatları orta məktəb şagirdləri ilə eyni səviyyədə tutmaq olmaz. Deputatın tutduğu məqam və onun keçdiyi yol tamamilə başqadır. O, sadə insan deyil, daha yüksək səviyyəli, xalqı idarə edən bir qurumun təmsilçisidir. Ona görə də sənəd yığcamlaşdırlmalıdır və daha ciddi məsələlər öz əksini tapmalıdır".

Millət vəkili Çingiz Qənizadə deyib ki, döş nişanı gəzdirməyən millət vəkilləri də cəzalandırılmalıdır:"Döş nişanı gəzdirməyən deputatalr cəzalandırılarsa və bu qanuniləşədirilərsə yaxşı olar. Rəsmi dövlət və beynəlxalq tədbirlərdə deputatın fərqləndirici döş nişanı gəzdirməsi mütləqdir. Ancaq elələri var ki, buna hələ də laqeyd yanaşır. Məsələ qanuniləşsə yaxşı olardı". O, eyni zamnda deputatların etik davranışı ilə bağlı sənəddə deputatalra qonaqlıq verilməsi ilə bağlı müddəa ilə bağlı məsələyə mövqeyini bildirib: "Mən yaxın günlərdə seçicilərimlə görüşlər silsiləsinə start verəcəm və 30-40 yerdə görüş keçirəcəyəm. Bizim xalqımız qonaqpərvər xalqdır. İndi kimsə mənə qonaqlıq vermək istəyəcəksə, mən zəng edim deyim ki, mənə qonaqlıq verirlər mən iştirak edim ya yox".

Millət vəkili Qüdrət Həsənquliyev qeyd edib ki, vaxtı ilə parlamentdə küçə söyüşünün söyülməsi halları olub. Həmin şəxslər də təbii ki, layiqli cəzalarını alıblar. Gələcəkdə də bu tipli addımların atılmasının qarşısını almaq üçün belə bir qanun layihəsinin hazırlanması zəruri idi. Onun sözlərinə görə, qanunvericiliyə əsasən bir hakim vəzifəsindən kənarlaşdırılarsa və ya barəsində cəza tədbiri seçilirsə, ona hakimiyyətin bütün qanadları müdaxilə edir: "Yəni, hakim ancaq cinayət cəzası törədən zaman vəzifəsindən kənarlaşdırıla bilər. Və bu zaman onun cəzalandırlması ilə bağlı mexanizmə prezident, Ali Məhkəmə, Milli Məclis qarışır. Digər bir məqam, prezidenti də xalq seçir və Konstitusiyanın 107-ci maddəsinə əsasən ona impiçment elan olunan zaman yenə hakimiyyətin digər qolları iştirak edir. Konstitutsiya Məhkəməsi, Milli Məclis. Ancaq Milli Məclisin deputatı adı bir etik davranış qaydasını pozduğuna görə, sadə bir mexanizmlə mandatdan məhurm edilə bilir. Bu, yolverilməz haldır". Millət vəkili deyib ki, Əmək Məcəlləsində hansısa bir fermerin və tikinti şirkəti rəhbərinin işçisinin işdən azad edilməsi mexanizmi deputatın mandatdan məhrum edilməsi mexanizmindən daha çətindir: "İşçinin işdə yol verdiyi nöqsana görə, ilk olaraq töhmət verilməsi və bundan sonra daha ciddi tədbirlər görülməsi nəzərdə tutulur. Əgər altı ay müddətində həməi şəxs təkrar nöqsana yol verməyibsə, ona verilən töhmət avtomatik ləğv olunur. Amma deputat Milli Məclisin qərarı ilə sadə bir mexanizmlə mandatından məhurm edilir. Və burada hakimiyyətin digər qolları iştirak etmir. Bunun üçün ciddi prosedur qaydalar müəyən edilməlidir ki, deputat öz hüquqlarını müdafiə edə bilsin. Deputatın 5 il ərzində aldığı töhmət qüvvədə qalır. Əgər 3 dəfə pozarsa mandatdan məhrum edilir. Ona görə də deyirəm ki, xalq tərəfindən seçilən deputatın mandatdan məhrum edilməsi mexanizmi digər sahədə çalışan adi bir işçinin əmək intizamını pozduğuna görə, işindən azad olunmasından daha asandır". Millət vəkili təklif edib ki, deputatın mandatdan məhrum edilməsi üçün MM tərəfindən Ali Məhkəməyə müraciət olunsun və Ali Məhkəmənin rəyinə əsasən deputat mandatdan məhrum edilsin: "Bu da hər zaman yox, əgər deputat 6 ay ərzində ən azında iki dəfə etik davranış qaydasını kobud surətdə pozursa tətbiq edilsin. Əks təqdirdə, parlamentdə çoxluq təşkil edən partiya azlıqda olan şəxsi müəyyən bəhanələri əsas gətirərək mandatından məhrum edə bilər. Bu da parlamentin imicinə və çoxpartiyalılıq prinsipinə ciddi xələl gətirmiş olar. Bu, Konstitutsiyanın müddəalarının kobud surətdə pozulması faktıdır və Konstitusiyaya zidd hərəkətdir. Ona görə də "Məhkəmə-Hüquq Şurası haqqında" qanuna baxıb problemi aradan qaldırmaq lazımdır. Necə olur etik davranışa görə, yüngül və intizam məsuliyyəti daşıyan şəxs vəzifəsindən daha asan mexanizmlə işdən azad edilir, ancaq cinayət əməli törədən şəxsə isə hətta, ölkə başçısının müdaxiləsi lazım olur? Bu, anlaşılan deyil. Odur ki, bu anlaşılamzlıq aradan qaldırılmalıdır".

Məsələyə münasibət bildirən MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, hakimin vəzifəsindən uzaqlaşdırılması mexanizmi ilə deputatın mandatdan məhrum edilməsi məsələsi tamamailə bir-birinə ziddiyət təşkil edən məsələdir: "Ona görə də deputatın mandatdan məhrum edilməsi məsələsini Milli Məclis özü müəyyən etdiyindən, o da baxa bilir. Hakim isə ancaq davranış qaydalarını deyil, cinayət töprətdiyi halda hakimlikdən uzaqlaşdırıla bilər".
Alim