Ermənistanda çavuş hərbçi yoldaşını güllələdi - YENİLƏNİB
Bu gün aprelin 21-də Ermənistanın Vayotsdzor vilayətinin Vayk şəhərində yerləşən hərbi hissədə müqavilə əsasında xidmət keçən hərbi qulluqçu Narek İsilov ölüb.
21 Aprel 2017 15:42 DünyaErmənistanda yerləşən hərbi hissələrdən birində müqavilə ilə xidmət edən hərbi qulluqçunun ölməsinin təfərrüatları məlum olub. Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata əsasən ölüm hadisəsi ehtiyatsızlıqdan baş verib. "Saat 10:25 radələrində Vayots Dzorda təşkil edilmiş düşərgə toplantısı zamanı "N" saylı hərbi hissənin 6-cı bölüyünün müqavilə əsasında xidmət edən hərbi qulluqçusu, kiçik çavuş tərəfindən avtomatın təmizlənməsi zamanı silahla təhlükəsiz davranma qaydalarını pozması nəticəsində atəş açılıb. Atəş nəticəsində Narek Hakopyan öldürülüb". Azvision.az
***
Bu gün aprelin 21-də Ermənistanın Vayotsdzor vilayətinin Vayk şəhərində yerləşən hərbi hissədə müqavilə əsasında xidmət keçən hərbi qulluqçu Narek İsilov ölüb. Bu barədə əsgərin qohumları epress.am-a deyiblər. O, Arpi kəndinin sakini olub. İnformasiyanı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan təsdiqləyib. Deyib ki, əsgərin ölümünün səbəbləri haqda daha sonra məlumat veriləcək. Virtualaz