Gündəm
DYƏT Baş Direktorlar Konfransının iclası keçirilib
Minskdə Dəmir Yolları Əməkdaşlıq Təşkilatının Baş Direktorlar Konfransının XXXII iclası keçirilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, görüşdə DYƏT-in “Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Oleq Belozyorov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin birinci müavini Əlirza Süleymanov, “Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədri Voytsex Balçun və “Qazaxıstan Dəmir Yolu” SC-nin vitse-prezidenti Arman Sultanov və DYƏT üzvü olan digər ölkələrin dəmir yolu rəhbərləri iştirak ediblər. Tədbirdə DYƏT-in 2016-cı il üzrə Yük daşımaları, Sərnişin daşımaları, İnfrastruktur və hərəkət heyəti, Kodlaşma və informatika, Maliyyə və hesablama məsələləri, dəmir yolları arasında qarşılıqlı hesablaşmalar və borc ödənilməsi, dəmir yolu daşımaları sahəsində peşəkar təlim/hazırlıq üzrə müvəqqəti işçi qrupunun fəaliyyəti, Koreya Respublikasının DYƏT üzvlüyü, DYƏT-in 2016-ci il üçün fəaliyyət hesabatı, DYƏT-in 2018-ci il və sonrakı illər üçün Fəaliyyət Proqramı, DYƏT-in birləşdirilmiş müəsissəsi statusunun verilməsi, eləcə də DYƏT Baş direktorlar Konfransının XXXIII iclasının ilkin gündəliyi, tarixi və keçirilmə yeri haqqında məsələlər müzakirə olunub.Tədbirin sonunda müvafiq sənədlər imzalanıb.
Azərbaycanlı doktorant ABŞ Milli Elm Fondunun mükafatına layiq görülüb
Texas A&M Universitetinin tətbiqi iqtisadiyyat fakültəsində doktorantura təhsili alan Samir Hüseynov Amerikanın Milli Elm Fondu tərəfindən tədqiqat mükafatına layiq görülüb. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, 42,6 min dollar həcmində olan bu mükafat Samir Hüseynova qurduğu nəzəri-iqtisadi davranış modelini universitetin İnsan Davranışları Laboratoriyasında sınaqdan keçirmək və yeni elmi nailiyyətlər əldə etmək imkanı verəcək.
12 minə yaxın müəllim diaqnostik qiymətləndirmədə iştirak edəcək
Aprelin 16-dan start verilən diaqnostik qiymətləndirmə bu gün başa çatıb. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, Bərdə Olimpiya İdman Kompleksindəkeçirilən qiymətləndirmə 5 gün davam edib.
İctimai Elmlər Bölməsinin növbəti büro iclası keçirildi
Aprelin 21-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində İctimai Elmlər Bölməsinin növbəti büro iclası keçirildi. Akademiyadan “Olaylar” – a bildirilib ki, tədbiri giriş sözü ilə bölmənin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırdı. Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru Füzuli Qurbanov “Fənlərarası metodoloji yanaşma təşəkkül mərhələsində” mövzusunda məruzəsini təqdim etdi. O, öncə ümumi prinsiplərdən söz açaraq fənlərarası metodoloji yanaşmaya postqeyri-klassik rasionallıq çərçivəsində baxıldığını dedi. İstənilən tədqiqat obyekti açıq və qeyri-xətti sistemdir. Həmin sistem xaosla nizamlılığın sərhədində balanslaşır. Proseslər spontan baş verir.
Oxbridge Akademiyasının şagirdləri AMEA – da
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda Oxbridge Akademiyasının şagirdləri qonaq olublar. Akademiyadan “Olaylar” – a bildirilib ki, görüşdə məqsəd şagirdlərə dərs proqramı çərçivəsində tədris olunan günəş elementləri və günəş panellərinin alınması prosesi ilə əyani tanışlıq və İnnovasiya sektorunda quraşdırılan maddi-texniki baza haqqında məlumat almaq olub. Bu məqsədlə İnstitutun əməkdaşları qonaqlara sektorun elmi fəaliyyəti və burada quraşdırılan cihazlar haqqında məlumat veriblər.
Naxçıvandan “təzə xəbər” var
Bu yazıya başlayarkən qədim dövr Çin filosofu Konfutsidən misallar çəkib özümü ağıllı göstərmək fikrində deyiləm.Konfutsini əməlli başlı oxumamışam da.Amma Mirzə Cəlili yaxşı oxumuşam.Ona görə də yazılarımın əksəriyyətində Cəlil Məmmədquluzadədən nümunələr var.İndiyədək çap olunan yazılarımın çoxunu bu böyük dahinin fikirləri ilə başlamışam.Çünki Mirzə Cəlilin əsərləri bu gün də aktualdır.
Millət vəkili azadlıqda
Türkiyədə HDP – li millət vəkili Nursel Aydoğan həbsdən azad olunub. “Olaylar” “Haberturk”- ə istinadən bildirir ki, 2016 – ci il noyabrın 4 – də həbs olunan millət vəkili 5 aydır ki, həbsdə idi. Nursel Aydoğanın həbsdən azad olması ilə HDP – nin həbs həyatı yaşayan millət vəlillərinin sayı 12 oldu.
Əncir mürəbbəsinin içərisinda narkotik keçirmək istədi
Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinin və 3 saylı istintaq təcridxanasının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb.
“Bakı 2017” Su səyahətinin iştirakçıları Şəmkirdə
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin iştirakçıları aprelin 21-də Şəmkir rayonuna gəliblər. “OLAYLAR”-ın xəbərinə görə, Bakıda Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə başlanan su səyahəti Göygöldən sonra Şəmkirdə davam edib.
Mübariz Qurbanlı Qobustanda vətəndaşları qəbul edib
Vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aprelin 21-də Qobustandakı Gənclər mərkəzində Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, qəbuldan öncə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə çiçəklər qoyublar. Qəbula gələn vətəndaşların müraciəti əsasən dini icmaların dövlət qeydiyyatı, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların fəaliyyəti, Quran kurslarının təşkili və sair məsələlərlə bağlı olub.
Dini Komitə Qubada tədbir keçirib
Aprelin 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba rayonu Qəçrəş kənd tam orta məktəbində “İslam Həmrəyliyi İli”nə həsr olunmuş “Həmrəyliyimiz birliyimizdir” adlı tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba rayon prokurorunun köməkçisi Ramiz Nəbiyev, Quba Rayon İcra Hakimiyyəti başçısının Qəçrəş kənd inzibati ərazi dairə üzrə nümayəndəsi Hörmət Əlirzayev, Quba rayon Qəçrəş kənd tam orta məktəbinin direktoru Rüfət Hacıyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İslamda ailə dəyərləri müzakirə edilib
Sumqayıt şəhəri Sumqayıt stansiyası yaşayış massivi məscidi “Vəhdət” dini icması tərəfindən “İslam həmrəyliyi-dini vəhdətə çağırış” layihəsi çərçivəsində “İslamda ailə dəyərləri” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, dini icmanın sədri Eldar Ömərov, məscidin axundu Ələkbər Muradov, icma üzvləri, qəsəbə sakinləri iştirak ediblər. Dini icma sədri Eldar Ömərov İslamda ailə, valideyn-övlad münasibətləri haqqında fikirlərini bölüşüb.
Gənclər Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib. Fonddan verilən məlumata görə, bütün üzvlərin iştirak etdiyi toplantıda təşkilati məsələlərə baxılıb.
Heydər Əliyev Fondunun yardım və hədiyyələri Pakistanın Rara məktəbinə təqdim olunub
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Müzəffərabad şəhərinə səfər edib, 2007-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bu şəhərdə inşa edilmiş Rara məktəbində olub.
Moldovada fövqəladə vəziyyət elan olunub
Moldovanın paytaxtı Kişenyovda güclü qar yağışı və külək ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan olunub. Əlverişsiz hava şəraiti səbəbi ilə 1 nəfər həlak olub, 3 nəfər xəsarət alıb. Şəhərdə mindən çox ağacın qırılıb aşması, nəticədə təqribən 300 avtomobilin xəsarət alması faktı qeydə alınıb. Həmçinin elektrik xətləri, trolleybus xətləri qırılıb, dirəklər aşıb, şəhərdə ictimai nəqliyyatın hərəkəti iflic olub. Havanın belə şıltaqlığı 120 illik meteomüşahidələr ərzində ilk dəfə qeydə alınıb.














