Azərbaycanlı doktorant ABŞ Milli Elm Fondunun mükafatına layiq görülüb

Texas A&M Universitetinin tətbiqi iqtisadiyyat fakültəsində doktorantura təhsili alan Samir Hüseynov Amerikanın Milli Elm Fondu tərəfindən tədqiqat mükafatına layiq görülüb. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, 42,6 min dollar həcmində olan bu mükafat Samir Hüseynova qurduğu nəzəri-iqtisadi davranış modelini universitetin İnsan Davranışları Laboratoriyasında sınaqdan keçirmək və yeni elmi nailiyyətlər əldə etmək imkanı verəcək.

Texas A&M Universitetinin tətbiqi iqtisadiyyat fakültəsində doktorantura təhsili alan Samir Hüseynov Amerikanın Milli Elm Fondu tərəfindən tədqiqat mükafatına layiq görülüb. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, 42,6 min dollar həcmində olan bu mükafat Samir Hüseynova qurduğu nəzəri-iqtisadi davranış modelini universitetin İnsan Davranışları Laboratoriyasında sınaqdan keçirmək və yeni elmi nailiyyətlər əldə etmək imkanı verəcək. Milli Elm Fondu ABŞ federal hökuməti tərəfindən maliyyələşdirilir və hər il elmi inkişaf etdirəcək, əhalinin rifahını yüksəldəcək və sosial siyasət qərarlarını daha effektiv edəcək elmi araşdırmalara qrant şəklində mükafat verərək elm adamlarını dəstəkləyir. Fondun qrant mükafatları alimlər arasında olduqca nüfuza sahibdir və bir neçə mərhələdən ibarət olan bu mükafat referilərin rəyi və komissiyaların qərarları nəticəsində ən yüksək perspektivli elmi işlərə verilir. Samir Hüseynov Fondun "Qərarvermə, risk və idarəetmə" proqramı üzrə mükafatına layiq görülüb. O, son 5 ildə bu mükafata layiq görülən 10-cu, Texas ştatından isə ilk doktorantdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31