İctimai Elmlər Bölməsinin növbəti büro iclası keçirildi

Aprelin 21-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində İctimai Elmlər Bölməsinin növbəti büro iclası keçirildi. Akademiyadan “Olaylar” – a bildirilib ki, tədbiri giriş sözü ilə bölmənin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırdı.  Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru Füzuli Qurbanov “Fənlərarası metodoloji yanaşma təşəkkül mərhələsində” mövzusunda məruzəsini təqdim etdi. O, öncə ümumi prinsiplərdən söz açaraq fənlərarası metodoloji yanaşmaya postqeyri-klassik rasionallıq çərçivəsində baxıldığını dedi. İstənilən tədqiqat obyekti açıq və qeyri-xətti sistemdir. Həmin sistem xaosla nizamlılığın sərhədində balanslaşır. Proseslər spontan baş verir.

Aprelin 21-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində İctimai Elmlər Bölməsinin növbəti büro iclası keçirildi. Akademiyadan "Olaylar" - a bildirilib ki, tədbiri giriş sözü ilə bölmənin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırdı.  Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru Füzuli Qurbanov "Fənlərarası metodoloji yanaşma təşəkkül mərhələsində" mövzusunda məruzəsini təqdim etdi. O, öncə ümumi prinsiplərdən söz açaraq fənlərarası metodoloji yanaşmaya postqeyri-klassik rasionallıq çərçivəsində baxıldığını dedi. İstənilən tədqiqat obyekti açıq və qeyri-xətti sistemdir. Həmin sistem xaosla nizamlılığın sərhədində balanslaşır. Proseslər spontan baş verir.

Tədbirdə, həmçinin AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi şurasının tərkibində dəyişiklik edilməsi, Fəlsəfə İnstitutu, Hüquq və İnsan Haqları İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin yeni elmi şurasının tərkibinin təsdiq edilməsi məsələləri müzakirə olundu, bir sıra kadr məsələlərinə baxıldı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31