Mübariz Qurbanlı Qobustanda vətəndaşları qəbul edib

Vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aprelin 21-də Qobustandakı Gənclər mərkəzində Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, qəbuldan öncə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə çiçəklər qoyublar. Qəbula gələn vətəndaşların müraciəti əsasən dini icmaların dövlət qeydiyyatı, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların fəaliyyəti, Quran kurslarının təşkili və sair məsələlərlə bağlı olub.

Vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aprelin 21-də Qobustandakı Gənclər mərkəzində Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edib. "OLAYLAR"-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, qəbuldan öncə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə çiçəklər qoyublar. Qəbula gələn vətəndaşların müraciəti əsasən dini icmaların dövlət qeydiyyatı, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların fəaliyyəti, Quran kurslarının təşkili və sair məsələlərlə bağlı olub.

Vətəndaşlar Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən diqqətlə dinlənilib. Bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31