12 minə yaxın müəllim diaqnostik qiymətləndirmədə iştirak edəcək

Aprelin 16-dan start verilən diaqnostik qiymətləndirmə bu gün başa çatıb. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, Bərdə Olimpiya İdman Kompleksindəkeçirilən qiymətləndirmə 5 gün davam edib.

Aprelin 16-dan start verilən diaqnostik qiymətləndirmə bu gün başa çatıb. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, Bərdə Olimpiya İdman Kompleksindəkeçirilən qiymətləndirmə 5 gün davam edib. Diaqnostik qiymətləndirmədə Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 10 min nəfərdən çox müəllim iştirak edib. Növbəti diaqnostik qiymətləndirmə 25-30 aprel 2017-ci il tarixlərində Bərdə Olimpiya İdman Kompleksində keçiriləcək. Qiymətləndirmədə 12 minə yaxın müəllim iştirak edəcək. 5 gün ərzində Mingəçevir və Naftalan şəhər, Yevlax, Ağdaş, Goranboy, Göyçay, eləcə də bu rayonlardakı Kəlbəcər, Ağdam, Xocalı və Laçın rayonlarının ümumi təhsil müəssisələri müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31