Muğam Mərkəzində 6-cı Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələr həftəsi başa çatdı
Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Mədəniyyət və Turizm Nazirliyinin yaxından iştirakı, Azərbaycan Televiziyasının təşkilatçılığı ilə 6-cı Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələr həftəsi Beynəlxalq Muğam Mərkəzində keçirildi. Mərkəzdən “Olaylar” – a bildirilib ki, həftənin ilk dinləmə günündə 8 iştirakçı böyük Azərbaycan şairi İmaməddin Nəsiminin qəzəllərini muğam üstündə səsləndirdilər.
21 Aprel 2017 16:17 MədəniyyətHeydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Mədəniyyət və Turizm Nazirliyinin yaxından iştirakı, Azərbaycan Televiziyasının təşkilatçılığı ilə 6-cı Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələr həftəsi Beynəlxalq Muğam Mərkəzində keçirildi. Mərkəzdən "Olaylar" - a bildirilib ki, həftənin ilk dinləmə günündə 8 iştirakçı böyük Azərbaycan şairi İmaməddin Nəsiminin qəzəllərini muğam üstündə səsləndirdilər.
Münsiflər heyətinin üzvləri respublikanın Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsən xadimi Sərdar Fərəcov, Muğam Televiziya Müsabiqəsi layihəsinin icraçısı, əməkdar incəsənt xadimi Nadir Axundov iştirakçıların çıxışlarını 10 ballıq sistemə əsasən qiymətləndirirlər. Dinləmələrin ilk günü Nurlan Namazov Şikəsteyi-fars təsnifi (Dad əlindən, ay gözəl), Atlas Mehdiyeva - Bayatı-kürd (Bahar oldu, yenə güllər açıldı dəstəbədəstə)(Səndən gözəlim etməm giley mən), Valid Abdullayev - Cahargah təsnifi (Guşi qıl, ey ki, bilirsən özüvü vaqifi-kar), Məfdun Məmmədov - Şur təsnifi (Gülşəndə fəğan eylərikən bülbülü şeyda), Rəvanə Əmiraslanlı - Bayatı-İsfahan təsnifi (onu demə zalım yar), Vüsal Cəfərov - Segah təsnifi (Nazlı yarım, qara gözün), Səma Sultanova - Cahargah təsnifi (Qadan mən alım), Mirəli Sarızadə - Mahur təsnifi (Səhər-səhər bağda gəzən nazənin) ifa etdi. Münsiflər heyəti hər iştirakçının çıxışına öz fikirlərini bildirərək onların ifalarını qiymətləndirdilər.
Dinləmələrin növbəti günü səhnəyə ilk olaraq Səhnəyə ilk olaraq Çinarə Alıyeva çıxaraq Qatar təsnifi (Bulud zülflü...) ifa etdi. Daha sonra Taleh Hüseynli - Dilkeş təsnifi ( Tar-kamanım gəl), Nüşabə Kərimova - Şikəsteyi fars təsnifi (Nazlı yarım eyləmə), Fərhad Ramazanov - Cahargah təsnifi (Gözəllər içrə sən, ey mahiparə bir dənəsən), Türkan Orucova - Segah təsnifi (Məni candan usandırdı), Məcid Əsri - Rast təsnifi (Nəzir eyləmişəm, sən kimi bir yarım ola), Almaxanım Əhmədli - Segah təsnifi (Baxdım maral kimi), Pərviz Qasımov - Bayatı-İsfahan təsnifi (Onu demə zalım yar) ifa etdilər.
Həftənin sonunda münsiflərin verdiyi qiymətlərə əsasən
Rəvanə Əmiraslanova - 60 bal
Məcid Əsri - 60 bal
Almaxanım Əhmədli - 60 bal
Pərviz Qasımov - 60 bal
Mirəli Sarızadə - 59 bal
Valid Abdullayev - 59 bal
Fərhad Ramazanov - 59 bal
Türkan Orucova - 59 bal
Məftun Məmmədov - 58 bal
Səma Sultanova - 57 bal
Nüşabə Kərimova - 55 bal
Nurlan Namazov - 54 bal
Atlas Mehdiyeva - 54 bal
Taleh Hüseynli - 54 bal
Vüsal Cəfərov - 54 bal
Çinarə Əliyeva - 50 bal topladı
Müsabiqənin qaydalarına görə ən az bal toplayan Çinarə Əliyeva müsabiqədə iştirakını dayandırdı.
Müsabiqənin nöbəti dinləmələri 24, 27 aprel tarixlərində keçiriləcək.