AMEA – da Avropa İttifaqının beynəlxalq ekspertləri ilə görüş

Milli Məclisin Elm və  təhsil komitəsinin üzvləri Avropa İttifaqının beynəlxalq ekspertləri ilə görüşüblər. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında keçirilən görüşdə peşə təhsili üzrə Qanun layihəsi üzrə işçi qrupunun üzvləri, aidiyyatı dövlət qurumları nümayəndələri, beynəlxalq əlaqələr üzrə mütəxəssislər və təhsil ekspertləri iştirak ediblər.

Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışıb.

Daha sonra Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev çıxış edərək ölkəmizdə peşə təhsilinə dövlət dəstəyindən və qarşıya qoyulmuş vəzifələrdən söz açıb. Avropa İttifaqının eksperti, Azərbaycanda Peşə təhsilinə və təliminə Avropa İttifaqının dəstəyi layihəsinin qrup rəhbəri Herman Sonneveld çıxış edərək peşə təhsili üzrə Avropa modelindən danışıb, müasir dünya standartları haqqında məlumat verib.

Avropa İttifaqının Hüquqi çərçivə üzrə baş eksperti Roger Hessel isə öz çıxışında  Avropa İttifaqi tərəfindən maliyyələşdirilən Azrbaycanda peşə təhsili və təliminə Dəstək layihəsini təqdim edib.

Sonda Milli Məclisin deputatları - Elm və təhsil komitəsi sədrinin müavini, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, Asim Mollazadə, Ülviyyə Ağayeva və Rəşad Həsənov mövzu üzrə fikir və mülahizələrini bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31