Gündəm

Akademik Milli Dram Teatrında Məhluqə Sadıqova anılacaq

18 May 2017 19:55

Mayın 19 – da  Akademik Milli Dram Teatrında görkəmli teatr və kinoxadimi, xalq artisti Məhluqə Sadıqovanın xatirə tədbiri keçiriləcək. Teatrın mətbuat katibi Cavid Zeynallının “Olaylar” – a verdiyi məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutacaq. Xatirə gecəsində Məhluqə Sadıqovanın Azərbaycan teatr və kinosunun inkişafındakı xidmətlərindən danışılacaq, onun yaratdığı obrazlar qalereyasına nəzər salınacaq.

Sevginin növləri: sizdə hansındandır?

18 May 2017 19:50

Ən geniş yayılmış sevgi tipologiyalarına Dimitri Li tərəfindən irəli sürülmüş tipologiya nəzəriyyəsi daxildir. Nəzəriyyədə irəli sürülən tipologiyalar təxminən 807 nəfər arasında aparılan tədqiqatlar əsasında sübuta yetirilmişdir.

Bağırsaqları təmizləyən, görməni yaxşılaşdıran FAYDALI TƏRƏVƏZ

18 May 2017 19:43

İnsanlar yerkökünü qədim zamanlardan yetişdirir və istehlak edirlər. Bir vaxtlar yerkökü Avropada hətta delikates sayılırdı. Yerkökü tək tərəvəz kimi deyil, dərman kimi də istifadə olunurdu. Keçmişdə yerkökünün balla qarışığını xəstə insanlara verirdilər ki, daha tez sağalsınlar. Yerkökünün faydalarını təqdim edirik.

Dünyanın ən qəmgin iti: onun 2 gün vaxtı qaldı

18 May 2017 19:39

Lana adlı it 2015-ci ildə “dünyanın ən qəmgin iti” olaraq sosial mediada yayılmış və bir ailə tərəfindən sahibləndirilmişdi. Bunun kanadalı Lananın xoşbəxt sonluğu olacağı düşünülsə də, həmin ailə də şirin iti Ontariodaki sığınacağa geri qaytardı. İndi ona bir ailə tapılmasa, sevimli Lana yatızdırılacaq. Şirin it o qədər kədərli idi ki, gəzintiyə belə çıxmırdı. Sığınacaq işçiləri bildiriblər ki, Lana tipik bir it deyil. İnsanlar sevib, oynaya biləcəkləri bir it axtarırdılar, amma Lana özünü sevdirməyə meylli deyil.

Heç vaxt görmədiyiniz ən nadir 18 ekzotik meyvə

18 May 2017 19:33

Banan, portağal, kivi, ananas, qreyfurt və s. kimi meyvələr artıq heç kəsi təəccübləndirmir. Demək olar ki, hər kəsin süfrəsində bu meyvələrə rast gəlinir. Amma dünyada dadını bilmədiyiniz, bəlkə heç adını belə eşitmədiyiniz meyvələr var. Ola bilər ki, bir neçə il sonra bu meyvələr də süfrələrinizi bəzəyəcək.

Qulağa taxılan mini-kompüter təqdim olunub

18 May 2017 19:26

"Bragi" startapı "Kickstarter" platformasında smartfon üçün "Dash" adlı simsiz "güclü qulaq kompüteri" üçün vəsait toplama kampaniyasına başlayıb. İstehsalçının iddiasına görə, peşəkar "Dash Pro" qulaqlıq modelində səslənmə keyfiyyəti "Apple AirPods" ilə eynidir, bu halda "Dash Pro" modelinin avtonom iş vaxtı çoxdur və fitnes göstəricilərini daha dəqiq izləyir.

“Google” şirkəti itmiş smartfonların axtarışı üçün mobil proqram təqdim edib

18 May 2017 19:21

"Google" şirkəti "I/O" konfransında itmiş smartfonların axtarışı üçün nəzərdə tutulmuş "Find My Device" mobil proqramını təqdim edib. Proqramı "Google Play" internet mağazasından yükləmək mümkündür.

İritutumlu məlumatlarla iş üçün yeni superkompüter yaradılıb

18 May 2017 19:15

“Hewlett Packard” şirkəti rekord - 160 terabayt yaddaş tutumuna malik kompüter prototipi təqdim edib. Söhbət özündə operativ və quraşdırılmış yaddaş xüsusiyyətlərini birləşdirən yaddaşdan gedir.

“Android” gələcək “Audi” və “Volvo” avtomobillərində quraşdırılacaq

18 May 2017 19:10

İsveçin “Volvo” və Almaniyanın “Audi” avtomobil istehsalçıları internet nəhəngi “Google” şirkəti ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində “Android” mobil əməliyyat sisteminin növbəti nəsil avtomobillərə inteqrasiyası nəzərdə tutulur.

Hollivudun milyarder cütlüyü elan olundu

18 May 2017 19:05

Beyonsla həyat yoldaşı Cey Zi-nin sərvəti milyard dolları keçib.  “Forbes” jurnalı Hollivudun ən zəngin cütlüyünün adını açıqlayıb. Məlum olub ki, pop divası olan Beyonsla, reper əri Cey Zinin sərvəti milyard dolları ötüb. Bununla yanaşı jurnal qeyd edir ki, bu sərvətin təxminən üçdə iki hissəsi (810 milyon) Cey Ziyə məxsusdur. Buraya onun xüsusi “Roc Nation” musiqi şirkəti, həmçinin müxtəlif biznes layihələri daxidlir. Jurnalın ekspertləri Beyonsun sərvətini 350 milyon dollar qiymətləndirib. Beləliklə, Noulz-Karter ailəsinin ümumi sərvəti bir milyard və 160 milyon dollara yaxındır.

Bu gömrük keçid məntəqəsində iş vaxtı artırılacaq

18 May 2017 19:00

Astara gömrük keçid məntəqəsində iş vaxtı artırılacaq. Bu barədə Astara Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayev məlumat verib. Onun sözlərinə görə, gömrük keçid məntəqəsində gediş-gəlişin daha rahat təşkil olunması məqsədilə iş vaxtının uzadılması istiqamətində işlər görülür: "Hazırda gömrük işçiləri nahar fasiləsi olmadan çalışırlar. Zərurət yarandığı halda, qarşı tərəflə danışıqlar aparılaraq iş vaxtı da uzadılır".

Bir ailənin qətlinə səbəb olan MƏKTUB - VİDEO

18 May 2017 18:58

Konyada keçmiş qayınatası, qayınanası və boşandığı yoldaşını öldürən şübhəli  prokurorluğa aparılıb. Ədliyyəyə sövq edilən şübhəli ilk ifadəsində oğlunun yazdığı mesajı görüncə əsəbiləşərək qətli törətdiyini deyib.

Güləşçimizdən növbəti qızıl

18 May 2017 18:56

Azərbaycanın yunan-Roma güləşçisi Kamran Məmmədov (66 kq) IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal uğrunda xalça üzərinə çıxıb. Qızıl medal uğrunda mübarizədə idmançımızın rəqibi Qırğızıstan təmsilçisi Janat Kilbayev olub. Güləşçimiz rəqibinə 9:0 hesabı ilə vaxtından əvvəl qalib gələrək yunan-Roma güləşindən ölkəmizə növbəti qızıl medalı qazandırıb.

Ayxan Tağızadə: Məqsədim Dünya Çempionatı və Olimpiya Oyunlarında qalib gəlməkdir

18 May 2017 18:52

Rəqiblərim çox güclü olsa da, döyüşə ciddi hazırlaşdığımdan qızıl medal qazandım. Bunu IV İslam Həmrəyliyi Oyunlarında taekvando üzrə qızıl medal qazanmış Ayxan Tağızadə deyib. Onun sözlərinə görə, döyüşləri gərgin keçib: "Rəqiblərim arasında Olimpiya 3-cüsü var idi. Amma buna baxmayaraq, hər 3 rəqibimə qalib gəldim. Gələcəkdə məqsədim Dünya Çempionatı və Olimpiya Oyunlarında qalib gəlməkdir. Qələbəmi mənim əbədi fanatım olan anama həsr edirəm".

Siyavuş Novruzov: Bəzi "iqtisadçı-deputat"ları danışdıran səbəb onların öz şəxsi-biznes maraqlarının doğurduğu hikkədir

18 May 2017 18:51

Azərbaycan son illərdə siyasi, iqtisadi, humanitar və digər istiqamətlərdə çoxsaylı uğurlar əldə edib, qazanılan nailiyyətlər ölkəmizin inkişafına yeni impuls verib. Bu gün Azərbaycan beynəlxalq miqyasda sabitlik adası kimi xarakterizə olunur, ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi sabitliyin, təhlükəsizliyin və tərəqqinin qarantı kimi çıxış edir. Azərbaycanın əldə etdiyi nailiyyətlərə nəzər saldıqda əminliklə söyləmək olur ki, qazanılmış bütün uğurların təməlində məhz həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu dayanır.