Gündəm
Muzeylər günündə Ədəbiyyatı Muzeyini ziyarət edənlərin sayı 3000-ə yaxın olub
Mayın 18-də ICOM (Beynəlxalq Muzeylər Şurası) Azərbaycan Milli Komitəsinin dəstəyi ilə ölkəmizdə Beynəlxalq Muzeylər Günü qeyd olunur. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi” mövzusuna həsr olunub. Bu mövzu insanlar arasında sülh əlaqələrinin inkişafında muzeylərin rolundan bəhs edir və sülh şəraitində paylaşılan bir gələcək təsəvvür edilərkən mübahisəli tarixin qəbul edilməsini ilk addım kimi vurğulayır.
Avropa İttifaqından Dağlıq Qarabağ AÇIQLAMASI
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki status-kvo dayanıqlı deyil. Bu barədə Avropa İttifaqının (Aİ) "Avropa qonşuluq siyasəti icmalının icra edilməsi barədə" məruzəsində deyilir.
Qızıl medalçı paraatlet: "Məni dəstəkləyən hər kəsə minnətdaram"
"Avropa Oyunlarında paracüdo idman növü olsa da, paraatletika yox idi. Amma bu dəfə bizə bu fürsət verildi".
ABŞ Konqresinin yeni sənədi: münaqişələrə ikili münasibətin təsdiqi
KİV Amerika Konqresinin 2017-ci il üçün büdcə sənədini qəbul etdiyi barədə informasiya yayıb. Həmin sənəddə Gürcüstan və Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə olunub.
Bakı-2017: Suya tullanma yarışında ilk medalımız
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında suya tullanma yarışı davam edir. Kişilər arasında 3 metr tramplindən suya tullanma yarışında Azərbaycan təmsilçisi Dmitri Sorokin 331,25 xalla bürünc medala layiq görülüb.
Bakı-2017: Paralimpiyaçılarımızdan qızıl və gümüş medallar
Azərbaycan paraatletləri Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında qızıl və gümüş medallar əldə ediblər. Paralimpiyaçımız Nurlan İbrahimov T11 kateqoriyasında 100 metr məsafəyə qaçış yarışlarında hamıdan sürətli olub. İkinci yeri digər idmançımız Elçin Muradov tutub. İran təmsilçisi Araş Xosrovi isə üçüncü olub.
Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında boksçuların mükafatlandırma mərasimində iştirak edib
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 60 kq çəki dərəcəsində mübarizə aparan boksçuların mükafatlandırma mərasimi keçirilib. Mükafatlandırma mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev qaliblərə medalları təqdim edib. Bu çəkidə dünya çempionumuz Cavid Çələbiyev birinci olub. Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
XİN: "Marat Ueldanov Rusiyaya təhvil verilə bilər"
"Azərbaycanda mühakimə olunmuş Rusiya vətəndaşı Marat Ueldanov ətrafındakı vəziyyət onun cəzasının davamını çəkməsi üçün Rusiyaya təhvil verilməsinin mümkünlüyünü də düşünməyə əsas verir".
İheci Moulud: “Bakı-2017” müxtəlif ölkələri həmrəylik bayrağı altında bir araya gətirib"
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil edilib. Biz Azərbaycanın kişi voleybol yığmasının Türkiyə voleybolçularına 3:0 hesabı ilə qalib gəldiyi matça baxdıq. Bu, maraqlı oyun idi. Hesab edirəm ki, Azərbaycan komandası İslamiadanın favoritidir və haqlı olaraq qızıl medallara ümid bəsləyir". SİA-nın məlumatına görə, bu fikirləri Əlcəzair voleybol komandasının məşqçisi İheci Moulud İran yığması ilə oyundan sonra deyib.
Çingiz Hüseynzadə: "IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübut edir"
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının beşinci günündə medal qazanan idmançılarımızla “Zəfər günləri” çərçivəsində növbəti görüş mayın 18-də Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) təşkil olunub. Görüşdə MOK-un və müxtəlif idman federasiyalarının rəsmiləri, Milli Məclisin deputatları, qalib idmançılar və onların ailə üzvləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbir idmançılarımızın IV İslam Həmrəyliyi Oyunlarındakı qələbələrini əks etdirən filmin nümayişi ilə başlayıb.
Rusiya XİN-dən ÜAK-ın ləğvi ilə bağlı açıqlama
"Rusiyada Azərbaycan vətəndaşlarının maraqlarını 260-a yaxın təşkilat təmsil edir". Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv edilməsini şərh edərkən deyib. O deyib: "Rusiya Azərbaycanla strateji tərəfdaşlığa böyük önəm verir, münasibətlərin möhkəmləndirilməsi kursu hər iki ölkə rəhbərləri tərəfindən qəbul edilib." O, əmin olduğunu vurğulayıb ki, qurumun ləğv edilməsi ikitərəfli münasibətlərə xələl gətirməyəcək.
"Türkiyə Ermənistandan olan qeyri-leqal miqrantları deportasiya etməlidir"
"Türkiyə Ermənistandan olan qeyri-leqal miqrantları deportasiya etməlidir". Bunu Türkiyənin Böyük Birlik Partiyasının rəhbəri Mustafa Dəstici deyib. Onun sözlərinə görə, Türkiyədə 100 minə yaxın qeyri-leqal erməni miqrant yaşayır: "Ermənistan Azərbaycanın torpaqlarını işğal edib, soyqırımı törədib, daim atəşkəs rejimini pozur. Biz isə Ermənistandan olan qeyri-leqal miqrantları saxlamalıyıq?! Bu qəbulolunmazdır". M.Dəstici vurğulayıb ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq.
Mətbuat Şurası KİVDF-nin Müşahidə Şurasının üzvlüyünə namizədlərini müəyyənləşdirdi
Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda Şuranın Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlərinin müəyyənləşdirilməsi məsələsi müzakirə edilib.
Muzeydə “Açıq qapı” günü
Azərbaycan MN: Ermənistan ordusunda döyüş və qeyri-döyüş itkilərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur
"Daxili ictimai-siyasi vəziyyətin gərginləşməsi və cəmiyyətin son zamanlar onsuz da nüfuzdan düşmüş orduya qarşı nifrətinin artacağından ehtiyat edən Ermənistanın hərbi-siyasi rəhbərliyi orduda baş verən ölüm hallarının sayını təhrif etməklə əvvəlki illərdə olduğu kimi, həqiqəti ölkə ictimaiyyətindən gizlətməyə davam edir".












.jpg)

