İheci Moulud: “Bakı-2017” müxtəlif ölkələri həmrəylik bayrağı altında bir araya gətirib"

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil edilib. Biz Azərbaycanın kişi voleybol yığmasının Türkiyə voleybolçularına 3:0 hesabı ilə qalib gəldiyi matça baxdıq. Bu, maraqlı oyun idi. Hesab edirəm ki, Azərbaycan komandası İslamiadanın favoritidir və haqlı olaraq qızıl medallara ümid bəsləyir". SİA-nın məlumatına görə, bu fikirləri Əlcəzair voleybol komandasının məşqçisi İheci Moulud İran yığması ilə oyundan sonra deyib.

O bildirib ki, sabah Əlcəzair voleybolçularını Səudiyyə Ərəbistanı yığması ilə mühüm matç gözləyir: "Yarımfinalda iştirak etmək üçün biz Səudiyyə Ərəbistanı voleybolçularına qalib gəlməliyik. Qələbə naminə əlimizdən gələni edəcəyik".

Əlcəzairli məşqçi, həmçinin qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunları sayəsində müxtəlif ölkələrin komandaları bir-birini yaxından tanımaq, təcrübə mübadiləsi aparmaq imkanı qazanıblar. "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları müxtəlif ölkələri Bakıda həmrəylik bayrağı altında bir araya gətirib.

Azərbaycanın paytaxtına ilk dəfə gəldiyini bildirən İheci Moulud vurğulayıb ki, Bakı gözəl və təmiz şəhərdir: "Hələ ki şəhəri gəzməyə imkanımız olmayıb. Lakin mayın 22-də bağlanış mərasimindən əvvəl Azərbaycan paytaxtını mütləq gəzəcəyik. IV İslam Həmrəyliyi Oyunlarının bu cür yüksək səviyyədə təşkilinə, xalqınızın qonaqpərvərliyinə və dost münasibətinə görə təşəkkür edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31