Akademik Milli Dram Teatrında Məhluqə Sadıqova anılacaq

Mayın 19 – da  Akademik Milli Dram Teatrında görkəmli teatr və kinoxadimi, xalq artisti Məhluqə Sadıqovanın xatirə tədbiri keçiriləcək. Teatrın mətbuat katibi Cavid Zeynallının “Olaylar” – a verdiyi məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutacaq. Xatirə gecəsində Məhluqə Sadıqovanın Azərbaycan teatr və kinosunun inkişafındakı xidmətlərindən danışılacaq, onun yaratdığı obrazlar qalereyasına nəzər salınacaq.

Mayın 19 - da  Akademik Milli Dram Teatrında görkəmli teatr və kinoxadimi, xalq artisti Məhluqə Sadıqovanın xatirə tədbiri keçiriləcək. Teatrın mətbuat katibi Cavid Zeynallının "Olaylar" - a verdiyi məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutacaq. Xatirə gecəsində Məhluqə Sadıqovanın Azərbaycan teatr və kinosunun inkişafındakı xidmətlərindən danışılacaq, onun yaratdığı obrazlar qalereyasına nəzər salınacaq. Mərasim Məhluqə Sadıqovanın xatirəsinə həsr olunan "Nazirin xanımı" tamaşası ilə davam etdiriləcək. 1970-ci ildə Akademik Milli Dram Teatrının səhnəsində Branislav Nuşiçin müəllifi olduğu pyes əsasında görkəmli rejissor Tofiq Kazımovun quruluş verdiyi "Nazirin xanımı" tamaşasında xalq artisti Məhluqə Sadıqova Nata xanım obrazını canlandırıb.
Qeyd edək ki, Məhluqə Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində doğulub. O, Akademik Milli Dram Teatrında üslub və forma, məzmun vəmahiyyət,estetik dəyər və psixoloji tutum baxımından bütün janrlardahazırlanmış tamaşalarda iştirak edib. Aydın və səlis diksiyası,ifadəli səhnə danışığı aktrisanın oynadığı rollara dolğunluq vəbütövlük gətirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsiniqurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub. Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb. Qırx ildən çox radionun "Bulaq" folklor-etnoqrafik verilişinin əvəzsizifaçılarından biri olub. Məhluqə Sadıqova 21 iyul 1949-cu ildə Azərbaycan SSRİ-nin əməkdarartisti və 10 yanvar 1978-ci ildə Azərbaycan SSRİ-nin xalq artistifəxri adlarına layiq görülüb. Aktrisa 2003-cü il avqust ayının 15-də Bakıda vəfat edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31