Ayxan Tağızadə: Məqsədim Dünya Çempionatı və Olimpiya Oyunlarında qalib gəlməkdir

Rəqiblərim çox güclü olsa da, döyüşə ciddi hazırlaşdığımdan qızıl medal qazandım. Bunu IV İslam Həmrəyliyi Oyunlarında taekvando üzrə qızıl medal qazanmış Ayxan Tağızadə deyib. Onun sözlərinə görə, döyüşləri gərgin keçib: "Rəqiblərim arasında Olimpiya 3-cüsü var idi. Amma buna baxmayaraq, hər 3 rəqibimə qalib gəldim. Gələcəkdə məqsədim Dünya Çempionatı və Olimpiya Oyunlarında qalib gəlməkdir. Qələbəmi mənim əbədi fanatım olan anama həsr edirəm".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31