Gündəm

Oliqarx oğlunun "Gelandewagen"i müsadirə olundu

19 May 2017 11:25

Rusiyada "Lukoil" şirkətinin vitse-prezidenti Azad Şamsuvarovun oğlu Ruslan Şamsuvarovun "Mercedes-Benz Gelandewagen" markalı cipi dövlətin xeyrinə müsadirə olunub. 

Təhsil naziri Böyük Britaniyada səfərdə olub

19 May 2017 11:23

Təhsil naziri Mikayıl Cabbarov ölkə başçısının göstərişinə uyğun olaraq Oksford İslam Araşdırmaları Mərkəzinin (OİAM) yeni tədris binasının təntənəli açılış mərasimində iştirak etmək məqsədilə Böyük Britaniyada işgüzar səfərdə olub.

Millimiz Makedoniyanı məğlub etdi

19 May 2017 11:21

Makedoniyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 2-ci yoldaşlıq oyununu keçirib. Millimiz bu ölkənin müvafiq yaş qrupuna aid yığma komandası ilə üz-üzə gəlib.

Bakı-2017: Təmsilçimiz finalda

19 May 2017 11:19

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində suya tullanma yarışları davam edir. Qadınlar arasında 10 m platforma yarışında təmsilçimiz Olqa Bıkovskaya seçmə mərhələdə birinci yeri tutaraq finala yüksəlib. Finala, həmçinin indoneziyalı Della Harimurti və türkiyəli Sinem Sağlam vəsiqə qazanıblar.

22 il əvvəl Türkiyə qurdu, Ermənistan "qapdı"

19 May 2017 11:17

1995-ci ildə İstanbulda yaradılan və 22 ildir Türkiyədə fəaliyyət göstərən Avrasiya Birjalar Federasiyası mərkəzini İstanbuldan Ermənistanın paytaxtı İrəvana köçürür. İstanbul maliyyə mərkəzi layihəsi çərçivəsində maliyyə təşkilatlarının Türkiyəyə gəlməsi üçün addımlar atıldığı bir zamanda sərmayə bazarları baxımından əhəmiyyətli bir təşkilat əks qərar verib. 1995-ci ildə İstanbulda qurulan və 22 ildir Türkiyədə fəaliyyət göstərən Avrasiya Birjalar Federasiyası (Federation Euroasia Sec- feas) mərkəzini İstanbuldan Ermənistanın paytaxtı İrəvana köçürür.

Kıvanç 110 min avro xərclədi

19 May 2017 11:15

Aktyor Kıvanç Tatlıtuğ yeni yaxta alıb. O, bu yaxtaya 110 min avro ödəyib. Fiber yaxta "Mandıra filozofu" filmində Rasim Öztekinin qəhrəmanına aid olduğu üçün baha satılıb. 

XİN-dən Minsk Qrupunun bəyanatına REAKSİYA

19 May 2017 11:14

Azərbaycanın Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü və Ermənistan prezidentinin parlamentdə çıxış edərək Yenilənmiş Madrid Prinsiplərini inkar edən açıqlamasının müqabilində ATƏT-in Minsk Qrupu həmsədrlərinin yalnız atəşkəs haqqında 18 may 2017-ci il tarixli standart bəyanatı simptomatik xarakter daşıyır.

İŞİD kəndə hücum etdi

19 May 2017 10:02

İŞİD terrorçularının Suriyanın Akareb kəndinə hücumu nəticəsində 51 nəfər ölüb, 100-dən çox mülki şəxs xəsarət alıb. Terrorçuların hücumu hökumət qüvvələri tərəfindən dəf edilib.

Məşhur musiqiçinin cəsədi tapıldı

19 May 2017 09:59

Soundgarden və Audioslav qruplarında çıxışı ilə məhşur olan tanınmış amerikalı vokalçı və musiqiçisi Kris Kornell 53 yaşında dünyasını dəyişib.

4 nömrəli uşaq musiqi məktəbinin hesabat konserti

19 May 2017 09:55

Mədəniyyət və Turizm Baş İdarəsinin 4 nömrəli uşaq musiqi məktəbi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş hesabat konserti təqdim edib. Baş İdarədən “Olaylar” – a bildirlib ki, konsert Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında baş tutub. Konsertdə Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları, məktəbin müəllim kollektivi və digər qonaqlar iştirak ediblər. İlk öncə Ümummilli Lider Heydər Əliyev haqqında hazırlanmış videoçarx nümayiş olunub.

“Brat Li”  filminin imza günü

19 May 2017 09:49

"Brat Li" bədii filminin imza günü keçirilib. Layihənin mətbuat katibi Fuad Mədətovun "Olaylar" - a   verdiyi açıqlamasında bildirib ki, "CinemaPlus - 28 Mall"da təşkil olunan tədbir izdihamlı olub. Tədbirdə filmin baş qəhrəmanları məşhur döyüş ustası və aktyor Brüs Linin qüsursuz bənzəri olan Əfqanıstan vətəndaşı Abbas Əlizadə ilə yanaşı, aktyorlar İlkin Misgərli, Rüfət Nəzər, meyxana ifaçısı Oqtay Kamil, o cümlədən filmin baş prodüseri Sarvan Allahverdiyev, quruluşçu rejissoru və ssenari müəllifi Nicat Rzazadə və başqaları iştirak ediblər. Pərəstişkarları ilə görüşən filmin qəhrəmanları onlarla şəkil çəkdirib və birlikdə filmi izləyiblər.