Millimiz Makedoniyanı məğlub etdi

Makedoniyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 2-ci yoldaşlıq oyununu keçirib. Millimiz bu ölkənin müvafiq yaş qrupuna aid yığma komandası ilə üz-üzə gəlib.

Rəqiblər arasında ilk oyunda olduğu kimi bu dəfə də azarkeşlər iki qola şahid olub. Lakin bu dəfə hər iki topa futbolçularımız imza atıb. Fasiləyədək iki dəfə fərqlənən yığmamız Skopyedəki görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, Makedoniya və Azərbaycan milliləri arasında ilk qarşılaşmada qalib müəyyənləşməmişdi - 1:1. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31