“Azərbaycan multikulturalizmi” İslam həmrəyliyi ili ilə əlaqədar tədbir
18 May 2017 20:00 SosialBakı Mühəndislik Universitetində "Azərbaycan multikulturalizmi" elm-tədris mərkəzinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin professoru Nəsrullah Məmmədovun "İslamda millətlərarası münasibətlər və Qərblə dialoqdakı problemlərin həlli yolları" mövzusunda məruzəsi dinlənildi. Alim islam dininin tolerantlıq dini olduğuna diqqəti çəkərək, islamafobiyanın yaranmasında islam cəmiyyətinin öz dinini yaxşı bilməməsinin də rolu olduğunu vurğuladı. Günümüzdə Azərbaycanın yürütdüyü multikulturalizm və tolerantlıq siyasətinin çox lazımlı olduğunu ifadə edərək, bu siyasətin hər birimiz tərəfindən dəstəklənməsinin zərurətini örnəklərlə əsaslandırdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31