4 nömrəli uşaq musiqi məktəbinin hesabat konserti
Mədəniyyət və Turizm Baş İdarəsinin 4 nömrəli uşaq musiqi məktəbi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş hesabat konserti təqdim edib. Baş İdarədən “Olaylar” – a bildirlib ki, konsert Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında baş tutub. Konsertdə Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları, məktəbin müəllim kollektivi və digər qonaqlar iştirak ediblər. İlk öncə Ümummilli Lider Heydər Əliyev haqqında hazırlanmış videoçarx nümayiş olunub.
19 May 2017 09:55 MədəniyyətMədəniyyət və Turizm Baş İdarəsinin 4 nömrəli uşaq musiqi məktəbi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş hesabat konserti təqdim edib. Baş İdarədən "Olaylar" - a bildirlib ki, konsert Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında baş tutub.
Konsertdə Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları, məktəbin müəllim kollektivi və digər qonaqlar iştirak ediblər.
İlk öncə Ümummilli Lider Heydər Əliyev haqqında hazırlanmış videoçarx nümayiş olunub.
Konsertdə məktəbin istedadlı şagirdlərinin ifasında V.Adıgözəlov "Qarabağ şikəstəsi", S.Ələsgərov "Xəyala dalarkən", A.Gəray "Səfi kürd", İ.Abdullayev "Preludiya", S.Əliyeva "Ana", Lavalye "Kəpənəklər", Rakov "Polka", F.Şopen "Manzurka" kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.