Gündəm

Rusiya pilotsuz uçuş aparatları üçün mərmilər hazırladı

30 Avqust 2017 14:53

Rusiyada pilotsuz uçuş aparatları üçün mərmilər hazırlanıb. 50 kiloqramadək çəkisi olan mərmilərin çatdırılma məsafəsi adi uçuş rejimində 12-20 kilometr, mühərriklə 100 kilometrədək çatır. Pilotsuz uçuş aparatları üçün nəzərdə tutulan mərmilərin uzunluğu 1-2 metrdir. Bu mərmilər idarə edilə bilən bombalar adlanır və uçuş zamanı hədəfə tuşlama lazer sistemi vasitəsilə həyata keçirilir.

Luçesku: "Ukrayna mənim komandama qarşı xüsusi motivasiya ilə oynayacaq"

30 Avqust 2017 14:51

Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku 2018 DÇ seçmə mərhələsində keçirəcəkləri oyunlar ərəfəsindən mətbuat konfransı keçirib. Təcrübəli mütəxəsis ilk öncə Arda Turanın milliyə qayıtmasına münasibət bildirib. O, yarımmüdafiəçinin bunun üçün üzr istədiyi barədə xəbəri eşitdiyini qeyd edib.

UEFA nümayəndələri “Qarabağ”a görə gəlirlər - Olimpiya stadionunu yoxlayacaqlar

30 Avqust 2017 14:48

UEFA "Qarabağ"ın Çempionlar Liqasının qrupunda ev oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirmək istəyi ilə əlaqədar bu idman arenasında yoxlama aparacaq.

"Qapı-bacanı yaman günə salıb" - Ev sahibi partladılan qumbaradan danışdı - VİDEO

30 Avqust 2017 14:47

Şamaxıda qumbara partladılıb. Hadisə Şamaxı şəhərinin Heydər Əliyev prospektindəki 13 saylı fərdi yaşayış evinin qarşısında baş verib. Naməlum şəxs ev sahibi, 57 yaşlı Raqif Fərəcov küçəyə çağırıb. Darvazanın döyüldüyünü eşidən Raqif Fərəcov evdən çıxarkən qəflətən küçədə partlayış baş verib. Əl qumbarasını darvazanın yanına atan şəxs avtomobilə minərək hadisə yerindən qaçıb.

"Gənclərbirliyi" baş məşqçisi ilə yollarını ayırıb

30 Avqust 2017 14:43

Türkiyə Superliqası təmsilçisi "Gənclərbirliyi" baş məşqçisi Ümit Özatla yolları ayırıb. Buna komandanın ölkə çempionatının ilk 3 turundakı uğursuz çıxış səbəb olub.

Ərəb turistini qarət edənlər tutulub

30 Avqust 2017 14:34

Bakıda əcnəbi vətəndaşı qarət edən şəxs yaxalanıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 13-də əcnəbi vətəndaş Ayoub Tavfeqə məxsus 340 manat və 3000 dollar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Samir Məmmiyev və Vüqar Qurbanov tutulublar.

Corabdan iki bağlama heroin çıxdı

30 Avqust 2017 14:32

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı, vətəndaşın ayağındakı corabların içəri alt hissəsində 2 ədəd bağlamada olmaqla, ümumi xalis çəkisi 137,471 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Dələduz ana və oğluna hökm oxundu

30 Avqust 2017 14:30

Avqustun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Qədəm Tanrıverdiyeva və onun oğlu Nadir Tanrıverdiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.“Olaylar” xəbər verir ki,  hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Q.Tanrıverdiyevanın 10 il, oğlu N.Tanrıverdiyevin isə 7 il 6 müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror çıxışında Q.Tanrıverdiyevanın 10 il 6 ay, oğlu N.Tanrıverdiyevin isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Oliqarx Cəbrayılov dişi ağrıdığı üçün oteli atəşə tutdu

30 Avqust 2017 14:27

Çeçen əsilli biznesmen Umar Cəbrayılov qaldığı oteldə hər kəsə qorxulu anlar yaşadıb. 59 yaşlı oliqarx “Dörd mövsüm” otelində qaldığı otağın divarlarına dəfələrlə atəş edib.

Torpaqların Elektron Kadastr Uçotu informasiya Sisteminə start verilib

30 Avqust 2017 14:26

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Tərtər rayonunda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar işlərə başlanılıb. Görülən işlərin mahiyyəti və nəticələrinin izahı ilə bağlı avqustun 30-da Tərtər rayonunda maarifləndirmə işləri ilə bağlı regional İşgüzar Forum  keçirilib.

Rusiyada erməni iş adamı qətlə yetirildi

30 Avqust 2017 14:23

Rusiyanın Çelyabinsk vilayətində erməni əsilli iş adamı Kamo Harutyunyan qətlə yetirilib. Cinayətkar şəxs hələ tutulmayıb, onun axtarışları davam etdirilir.  Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, cinayət avqustun 29-da, saat 22:00-da baş verib. Ehtimal edilir ki, qətlə tərəflər arasında münaqişə səbəb olub.

Hamımız 10 saniyəyə 100 il sonraya gedə bilirik: Bu, necə baş verir? - HİPNOZ ARAŞDIRMASI

30 Avqust 2017 14:18

Statistikaya görə, dünya əhalisinin 97% dejavü halını yaşayır. Bəs bu psixoloji durumun baş vermə səbəbi nədir?

Aprel döyüşlərinin qəhrəmanları- vətənpərvərliyin bariz nümunəsi

30 Avqust 2017 14:14

Aprel döyüşlərində Azərbaycan əsgərlərinin göstərdikləri qəhrəmanlıqlar vətənpərvərliyin əsil nümunəsi idi. Etiraf edilməlidir ki, Azərbaycanın ərazü bütövlüyü uğrunda canından keçən Vətən oğullarının şücaəti gənclərə əlavə ruh verdi. Bütün bu qəhrəmanlıqları Azərbaycan gəncliyinə geniş formada tanıtmaq və çatdırmaq məsələsində medianın  üzərinə böyük vəzifə düşür.

Azərbaycanın imicinə xələl gətirən turizm şirkətləri

30 Avqust 2017 14:13

Dünya iqtisadiyyatında baş verən təlatüm ayrı-ayrı ölkələrdə qeyri-neft sektorunun inkişafını zəruri edib. Qeyri-neft sektoru içərisində turizm sahəsi xüsusi əhəmiyyətə malikdir ki, hər bir ölkəyə bu sahəni inkişaf etdirmək nəsib olmayıb. Azərbaycanın isə iqlim şəraiti, coğrafi mövqeyi, təbii ehtiyatları və mədəniyyət nümunələri turizm sahəsinin inkişafına şərait yaradır.

Aydın Mirzəzadə: “Vətənpərvərlik xalqımıza xas olan xüsusiyyətdir”

30 Avqust 2017 14:10

“Hesab edirəm ki, istənilən dövlətin strateji və gündəlik fəaliyyətində vətənpərvərlik vacib istiqamətlərdən biridir. Bununla bağlı proqramlar qəbul edilir, vaxtaşırı ictimai diskussiyalar keçirilir və daha yaxşı metodlar axtarılır. Vətənpərvərlik ilk növbədə cəmiyyətin içindən gəlməlidir”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.