Gündəm

Bir qrup şəxsə fərdi təsərrüfatlarını qurmaq üçün aktivlər verilib

30 Avqust 2017 15:35

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamının icrası işlərinin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində 5 rayon və şəhər (Şəki, Kürdəmir, İmişli, Sabirabad, Mingəçevir) üzrə daha 20 nəfərə yaxın işsiz və işaxtaran şəxsə  aktivlər (mal və materiallar) təqdim olunub. Beləliklə, cari ilin fevralından, yəni aktivlərin verilməsinə başlanandan bəri proqram iştirakçılarından artıq 875 nəfər işsiz və işaxtaran şəxsin biznes-planlarını reallaşdırmaları üçün aktivlərlə təminatı həyata keçirilib.

Oğurunun digər əməllərinin üstü açılıb

30 Avqust 2017 15:33

Oğurluq etdiyinə görə tutulan şəxs Xəzər rayonu ərazisində 3 mağazadan, 6 evdən və 2 avtomobildən də oğurluq törətməsi müəyyən edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan Zaur Suleykinin ətrafında Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun ötən il martın 26-dan cari il avqustun 6-dək olan müddətdə rayon ərazisində 3 mağazadan, 6 evdən və 2 avtomobildən pul, qızıl əşyalar, ərzaq məhsulları, tütün məmulatı və məişət əşyaları oğurlaması müəyyən edilib.

Avtomobillərə qənim kəsilmiş şəxslər tutulub

30 Avqust 2017 15:32

Paytaxtın Nizami rayonu ərazisində müxtəlif avtomobillərdən maqnitafon və səsgücləndiricilər oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 22-də Nizami rayon Polis İdarəsinə rayon ərazisində müxtəlif avtomobillərdən maqnitafon və səsgücləndiricilər oğurlanması barədə məlumat daxil olub.

Həyətində çətənə kolları becərən Sabirabad sakini saxlandı

30 Avqust 2017 15:30

Sabirabad rayon sakininin həyətyanı sahəsində çətənə kolları aşkar edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qaratəpə kənd sakini Vəli Mehdiyevin həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilən 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Polis əməliyyat keçirdi-Dövriyyədən 33 kq narkotik çıxarıldı

30 Avqust 2017 15:29

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkomaniya, narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı, habelə həmin qanunsuz əməlləri törədən şəxslərin ifşa edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Nəticədə qanunsuz dövriyyədən 33 kiloqramdanartıq müxtəlif növ narkotik vasitə çıxarılıb. DİN-in mətbuat xidmətindən “Olaylar”a  bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarına Cəlilabad rayonu ərazisində bir nəfər şəxsin külli miqdarda narkotik vasitə satmaq niyyətində olduğu barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Piriyev saxlanılıb. Onun əlindəki çantaya baxış zamanı ümumi çəkisi 19 kiloqram 705 qram olan tiryək aşkar olunaraq götürülüb.

Erməni deputatlar Bakıya gəlir

30 Avqust 2017 15:27

Sentyabrın 20-də Avronestin Bakıda keçiriləck plenar iclasına Ermənistan parlamentinin 2 deputatı da gələcək. Ermənistan KİV-i xəbər verir ki, bu barədə parlamentin parlamentin xarici əlaqələr komissiyasının rəhbəri Armen Aşotyan məlumat verib: “Qarabağ məsələsini gündəlikdə qaldırmamaqla bağlı “centlmen razılaşması”na baxmayaraq, imkan tapıb məsələni işıqlandıracayıq”.

"Rusiya İsrailə kiminsə hücum hazırladığı barədə məlumata malik deyil"

30 Avqust 2017 15:26

Rusiya İsrailə kiminsə hücum hazırladığı barədə məlumata malik deyil. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov qətərlı həmkarı ilə keçirdiyi danışıqların yekununa dair mətbuat konfransında bildirib. O, İranın İsrailə zərbə endirmək üçün Suriya və Livanda yüksək dəqiqilikli raketlər yerləşdirmək üçün meydança yaratmaq niyyətində olması ilə bağlı suala cavabında belə deyib.

"Barselona"nın futbolçusu "Nitsa"da

30 Avqust 2017 15:24

"Barselona"nın futbolçusu Marlon karyerasını Fransada davam etdirəcək. "Nitsa" klubu braziliyalı müdafiəçini icarəyə götürüb.  Bu barədə Liqa-1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər arasında 2 illik müqavilə imzalanıb. Lakin razılığa əsasən, kataloniyalılar "sambaçı"nı gələn yay da geri qaytara bilərlər.

Səhiyyə Nazirliyi imtahandan keçə bilməyən tibb işçilərinin sayını açıqlayıb

30 Avqust 2017 15:19

Azərbaycanda tibb işçilərinin sertifikasiya imtahanlarından keçə bilməyən və yaxud müxtəlif səbəblərdən imtahana gəlməyənlər sertifikasiya prosesində iştirak edən mütəxəssislərin təxminən 14%-ni təşkil edir.  Bu barədə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Səhiyyə Mütəxəssislərinin Sertifikasiyası Şöbəsinin fəaliyyətinə həsr edilmiş tədbirdə bildirilib.

"Yayımda texniki problem olursa, biz o məsələyə qarışmırıq”

30 Avqust 2017 15:16

Milli Televiziya və Radio Şurası (MTRŞ) rəqəmsal yayıma keçiddən sonra regionlarda bəzi hallarda televiziya siqnallarının itməsi məsələsinə aydınlıq gətirib.

Ögey atasından hamilə qalan 12 yaşlı qız Bakıya gətirilir

30 Avqust 2017 15:12

Balakəndə anasının qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən təcavüzə məruz qalan qız bu gün Bakıya gətiriləcək. Bu barədə Balakən rayon İcra Hakimiyyətində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Gültac Əfəndiyevaməlumat verib. "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdaşları ilə birlikdə ailədə olduq. Uşaqla, anası ilə və qohumları ilə söhbət aparıldı. Birinci növbədə qarşıda duran məsələ hamiləliyin sonlandırılmasıdır. Uşağın yaşı az olduğundan hamiləlik həyatı üçün risklidir. Ona görə də proses Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda aparılacaq. Daha sonra ehtiyac olduğu halda qıza xüsusi psixoloq təyin ediləcək. Qız hazırda ailəsinin yanındadır".

Tələbələr üçün nəqliyyatda güzəşt olacaq - Yenilik

30 Avqust 2017 15:09

Tələbələr cəmiyyətin aktiv üzvləri və ölkənin gələcək taleyini həll edən təbəqədir. Bu baxımdan dünyanın müxtəlif ölkələrində həmin təbəqəyə dəyər verilir və onlar üçün müəyyən güzəştlər nəzərdə tutulur. Məsələn, qonşu Türkiyədə təkcə tələbələrə deyil, məktəblilərə də güzəştlər var. Əlbəttə, xərclərin kifayət qədər çox olduğu vaxtda məktəbli və tələbələr üçün, heç olmasa, ictimai nəqliyyatın pulsuz olması yükü bir qədər azalda bilər. Bəs  Azərbaycanda tələbələr üçün hansısa güzəşt nəzərədə tutulubmu?

Oskara namizəd olan film nümayiş olunacaq

30 Avqust 2017 15:05

Türk əsilli  rejissor Fatih Akının “Solğun” filmi Almaniya tərəfindən Oskar mukafatına təqdim edilib. “Olaylar” “Sözcü” – yə istinadən bildirir ki, film ilk dəfə olaraq sentyabrın 25-dən oktyabrın 1-dək keçiriləcək Beynəlxalq Adana Film Festivalında nümayiş olunacaq.

"Qəzənfər müəllimgilin Şuşaya yürüşü" – Əjdər Olun yeni kitabı

30 Avqust 2017 15:04

ATV-nin "Hədəf nəşrləri" ilə yeni təsis etdikləri "Çağdaş nəsrin ustaları" seriyasından ikinci kitab – yazıçı Əjdər Olun "Qəzənfər müəllimgilin Şuşaya yürüşü" adlı hekayələr toplusu işıq üzü görüb. Kitabda müəllifin heç vaxt dərc olunmayan bir neçə hekayəsi də daxil olmaqla bu günə kimi yazdığı bütün hekayələri toplanıb. 368 səhifəlik kitabın redaktoru Səlim Babullaoğlu, naşiri Müşfiq Xandır.

Dieqo Kosta "Atletiko"ya qayıdır - 43 milyon avroya

30 Avqust 2017 14:54

"Çelsi"nin futbolçusu Dieqo Kosta sabiq klubu "Atletiko"ya keçməyə yaxındır. Madrid klubu 43 milyon avro ödəyərək 28 yaşlı hücumçunu almaq üzrədir. FİFA "Atletiko"ya yanvar ayına kimi yeni oyunçu sifariş etməyi qadağan etdiyindən "Atletiko"nun D.Kostanı yarım illik - qadağa bitənə qədər icarəyə verə biləcəyi vurğulanıb.