Gündəm

Olimpiya çempionu həmcinsi ilə evlənəcək

30 Avqust 2017 16:51

İsveçrəli olimpiya çempionu Cohan Cimmi alman həmcinsi Petrik Huberdən Venesiyada evlənmə təklifi alıb.  Patrik sevgilisini Almaniyadan Venesiyaya avtomobillə aparıb və ona sürpriz hazırlayıb. Petrik illərdir Venesiyaya gəlmək arzusuyla alışan Cimminin xoşbəxt anlarını yaddaşa yazması üçün fotoqraf da tutub. Treyner Petrik və dalğıc Cimmi 28 may 2018-ci ildə Almaniyada evlənəcək.

“Nüvə silahlarını ölkədən çıxart!” - ABŞ-dan TƏLƏB

30 Avqust 2017 16:48

Almaniyanın Xarici İşlər Nazirliyinin başçısı Ziqmar Qabriel Amerikanın nüvə silahlarının ölkə ərazisindən çıxarılması tələbi ilə çıxış edib. Bu haqda Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti yazıb. “Əminəm ki, nəhayət nüvə silahları üzərində nəzarət və silahsızlaşmanı yenidən müzakirə etmək əhəmiyyətlidir.

Buddist dərnəyi Arakan qətliamına etiraz etdi: "Bu heç bir dinə uyğun deyil"

30 Avqust 2017 16:45

Mərkəzi Yaponiyada olan Buddist qeyri-hökumət təşkilatı "Nichiren Shoshu"nun İndoneziya şöbəsinin sədri Suhadi Sendjaja Arakandakı müsəlman qətliamına etiraz edib. Sədr Myanmarda müsəlmanlara qarşı həyata keçirilən hücumları qınayıb və deyib: "Bir buddist olaraq arakanlı müsəlmanlara edilənləri qınayıram. Baş verənlər heç bir dinə uyğun deyil".

Bakıda "yol terroru"- 8 ayda 110 ölü

30 Avqust 2017 16:44

2017-ci il yanvarın 1-dən avqustun 26-a qədər Bakı şəhəri üzrə 375 yol qəzası qeydə alınıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

İstanbulda bir sıra dəniz reysləri təxirə salınıb

30 Avqust 2017 16:35

İstanbulda güclü külək və yağıntılarla əlaqədar bir sıra dəniz reysləri təxirə salınıb. Sabah da güclü küləyin davam edəcəyi gözlənilir. Dəniz reyslərinin təxirə salınması ilə əlaqədar “Marmaray” tuneli gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

"Nitsa" “Barselona”nın müdafiəçisini icarəyə götürüb

30 Avqust 2017 16:28

Fransanın "Nitsa" klubu heyətini yeni futbolçu ilə gücləndirib.Liqa 1 təmsilçisi “Barselona”nın müdafiəçisi Marlonu icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 2 illik icarə müqaviləsinə imza atıblar. Lakin razılığa görə, kataloniyalılar “sambaçı”nı gələn yay da geri qaytara bilərlər.

Rusiyalı müxbiri Kiyevdə oğurladılar

30 Avqust 2017 16:26

Rusiyanın Birinci televiziya kanalının müxbiri Anna Kurbatova Kiyevdə oğurlanıb. Bu barədə kanalın mətbuat xidmətindən RİA "Novosti"yə bildirilib. Hadisə barədə əlavə məlumat verilməyib.  

Təxminən 30 il əvvəl Kataloniyada olduğu kimi, Azərbaycanda da ruhani özünü partladıb

30 Avqust 2017 16:24

Təxminən 30 il əvvəl Kataloniyada olduğu kimi, Azərbaycanda da ruhani özünü partladıb. O, daha əvvəl bütün ermənilərin katolikosunun xahişi ilə Vəzirov tərəfindən azadlığa buraxılmışdı.

Müsəlman qırğını baş verən Myanma haradır?

30 Avqust 2017 16:08

Dövlətin rəsmi adı Myanma Birliyi Respublikasıdır. Ölkə 1989-cu ilə kimi Birma İttifaqı, 1989-2010-cu  ilə kimi Myanma Birliyi adlanıb. Paytaxtı Naypidodur. Ölkə hərbi rejim tərəfindən idarə olunur. Qonşuları şimal-qərbdən Hindistan və Banqladeş, şimal-şərqdə Çin, cənub-şərqdə Laos və Taylanddır. Ölkənin cənub-qərbi isə Benqal körfəzi ilə əhatə olunub.  

Bakıda Avronest PA çərçivəsində beynəlxalq konfrans keçiriləcək

30 Avqust 2017 15:59

Milli Məclisin Avronest PA-da nümayəndə heyətinin təşəbbüsü ilə Avronest Parlament Assambleyası çərçivəsində sentyabrın 22-də Azərbaycanda “3 və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu” mövzusunda konfrans keçiriləcək.

BNA 175 saylı marşrut sahibinin müqaviləsinə xitam verdi

30 Avqust 2017 15:54

Bakı Nəqliyyat Agentliyi (BNA) 175 nömrəli müntəzəm şəhərətrafı marşrut xətti (Şah İsmayıl Xətai metro stansiyası- Hövsan qəsəbəsi) üzrə sərnişindaşıma xidməti göstərən daşıyıcı ilə bağlanan müqaviləyə xitam verib.

Azərbaycanlılar Rusiyada toyda atışdılar

30 Avqust 2017 15:46

Rusiyanın Sverdlovsk vilayətinin Serov şəhəri yaxınlığında yerləşən Energetik qəsəbəsində azərbaycanlılar dava salaraq atəş açıblar. Hadisə qəsəbədəki mədəniyyət evinin qarşısında baş verib. Gecə vaxtı sakinlər küçədə atəşfəşanlıq olduğunu zənn ediblər, lakin sonradan məlum olub ki, odlu silahdan atəş açılır. "İki "Porsche Cayenne" markalı avtomobildə olan adamlar nəyisə bölüşdürə bilməyiblər və artıq onlardan biri çıxıb getməyə hazırlaşarkən, digəri atəş açıb. Polisə zəng etdik, dedilər ki, adamlarını göndərirlər. Hadisənin baş verdiyini bilə-bilə onlar niyə özləri bura gəlmir? Mədəniyyət idarəsindən bildirdilər ki, hadisə mədəniyyət evinin ərazisində baş verməyib. Dedilər ki, axı biz tolerantıq!", - "Qlobus" portalı hadisə şahidinin dediklərini yazıb.

Tapdığı silahı polisə könüllü təhvil verib

30 Avqust 2017 15:44

Culfa rayon sakini tapdığı ov tüfəngini könüllü olaraq polisə təhvil verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, aparılan profilaktiki söhbətlər nəticəsində Culfa rayonunun Ərəzin kənd sakini Kamil Zeynalov tapdığı “Toz-34” markalı ov tüfəngini könüllü olaraq RPŞ-yə təhvil verib.

Gözəl Bayramlı ev dustaqlığına buraxılmadı

30 Avqust 2017 15:42

AXCP sədrinin müavini Gözəl Bayramlının haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə bağlı vəsatətinin təmin edilməməsi barədə məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb. Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan prosesdə Gözəl Bayramlının barəsində olan şikayət təmin edilməyib.

Xəzər dənizinin Rusiya hissəsi YOX OLACAQ – TƏHLÜKƏ

30 Avqust 2017 15:41

Qlobal istiləşmənin mövcud templə inkişafının nəticəsi olaraq Xəzər dənizinin akvatoriyasının Rusiya hissəsi 75 ildən sonra xeyli daralacaq. Belə nəticəyə Amerika, Rusiya və Fransa alimlərinin birgə rəyi nəticəsində gəlinib. Tədqiqat barədə “Geophysical Research Letters” jurnalında qısa məqalə dərc olunub. Alimlər bildirir ki, 1996-cı ildən etibarən 2015-ci ilə qədər hər il Xəzər dənizində suyun səviyyəsi 7 santimetr azalır. Qeyd edilən müddət çərçivəsində suyun səviyyəsi 1.4 metr azalıb ki, bu da, 1970-ci illərin sonlarında qeydə alınan göstəricidən 1 metr çoxdur.