Gündəm
İnterpol daha bir azərbaycanlını axtarışa verdi
İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib. 1964-cü il təvəllüdlü Nəsirov Adil Xəlil oğlu dələduzluqda təqsirləndirilir. Azərbaycanın istintaq orqanı A.Nəsirov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə cinayət işi başlayıb.
Tbilisidə yaşayış binasında partlayış
Tbilisinin Saburtalo rayonunun Kavtaradze küçəsində yerləşən yaşayış binasının birinci mərtəbəsində partlayış baş verib. Partlayışa qaz sızması səbəb olub. Partlayış nəticəsində yanğın baş verib. Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.
“Vest Bromviç” heyətini gücləndirib
İngiltərə Premyer Liqa təmsilçisi “Vest Bromviç” heyətini yeni futbolçu ilə gücləndirib. “Göy-ağlar” “Arsenal”ın müdafiəçisi Kiran Gibbsi heyətinə cəlb edib. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. “Vest Bromviç” 27 yaşlı futbolçu ilə 4 illik müqavilə bağlayıb. Klub ingilis müdafiəçinin transferi üçün “topçular”a 7,5 milyon avro ödəyib.
"Xəzərin səviyyəsinin aşağı düşməsi bütün sahilyanı ölkələrdə problem yaradacaq"
"Qlobal istiləşmənin davam edəcəyi halda Xəzər dənizinin yalnız Rusiya və Qazaxıstan ərazisində quruyacağı ilə bağlı fikirlər səsləndirmək düzgün deyil. Çünki Xəzər dənizi birləşmiş bir qabdır. Qlobal istiləşmə və dənizin səviyyəsinin azalması müşahidə edilərsə, sahil zonasının hər yerində və dayaz ərazilərdə quruma müşahidə edilə bilər".
Prezident İlham Əliyev Almazbek Atambayevi təbrik edib
Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə təbrik məktubu göndərib.
Peşə məktəblərinə qəbul olmaq istəyənlər üçün əlavə ixtisas seçiminə başlanılıb
Bu gündən “Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçiminə start verilib. Təhsil Nazirliyindən verilən məlumata görə, əlavə ixtisas seçimində iştirak üçün "ASAN xidmət” mərkəzlərinə və ilk peşə-ixtisas təhsili müəssisələrinə müraciət etmək mümkündür.
Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına maliyyə vəsaiti ayrılıb
Prezident İlham Əliyev Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Malayziyanın dövlət başçısını təbrik etdi
Prezident İlham Əliyev Malayziyanın XV Ali Başçısı Sultan V Məhəmmədə təbrik məktubu göndərib.
Bakıda 9 mindən çox sərxoş sürücü məsuliyyətə cəlb olunub
Təhlükəsizliyin təmin edilməsi ilə bağlı 2017-ci il yanvarın 1-dən avqustun 20-dək Bakı şəhəri üzrə keçirilən tədbirlər nəticəsində 451 978 inzibati protokol tərtib edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Valideynlərin PEYVƏND QORXUSU- uşaqları niyə peyvənd etdirmək istəmirlər?
“Peyvənd Allahın əmrinə qarşı gəlməkdir”. Bir neçə il əvvəl Hollandiyanın radikal dini kəsimin yaşadığı "İncil qurşağı" adı verilən bölgəsində təhlükəli virusun yayılmasının səbəbi məhz dindarların bu fikirləri olmuşdu. Ölkə səhiyyə nazirliyi səviyyəsində bu kəsimə qarşı mübarizə apara bilmirdi.
Azərbaycanlı hakim “Qalutçanka” - “Jansen Dalfsen” matçında
Azərbaycan Həndbol Federasiyasının (AHF) idman şöbəsinin rəhbəri, beynəlxalq dərəcəli hakim İsgəndər Əsgərov qadınlar arasında Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda yarışlara qitə qurumunun nümayəndəsi təyin olunub.
Gürcüstanın Baş naziri Azərbaycan Prezidentinə minnətdarlıq edib
Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili yanğınların söndürülməsində Azərbaycanın göstərdiyi növbəti yardıma görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, bu barədə Türkmənistana səfəri zamanı jurnalistlərə deyib.
"Nobel" namizədi və dissidentdən QƏTLİAM ƏMRİ: On minlərlə insan niyə öldürülür?
Adətən üçüncü dünya ölkələrinə səhifələrində yer verməyən dünya KİV-nin birinci sətirlərində son günlərdə Myanmanın (Birma) qərbində yerləşən Arakan ştatı yer alıb. Burada “dünyada ən çox qovulan xalq” olan müsəlman-rohincalar yaşayırlar.
Baş Prokurorluq bu proqramda yoxlamaya başladı
Rusiya Baş Prokurorluğu “Birinci kanal”da yayımlanan “Пока все дома” verilişinin çəkilişlərində baş verə biləcək pozuntuların qarşısını almaq məqsədilə müxtəlif kütləvi informasiya vasitələrini nəzarətə götürüb.
Enerji şaxələndirilməsi istiqamətində qətiyyətli addımlar - TƏHLİL
Bəlli olduğu kimi, ötən ay Türkiyənin İstanbul şəhərində 22-ci Dünya Neft Konqresi keçirildi və bu toplantıda Azərbaycanın neft-qaz ixracatçısı olan ölkələr sırasındakı özünəməxsus yeri və rolu bir daha öz təsdiqini tapdı və heç şübhəsiz ki, bu da təsadüfi deyil. Məhz bu rol Azərbaycanın beynəlxalq çəkisinə də müstəsna təsir göstərir.














