Gündəm

Dünyada ən yığcam 13 düymlük noutbuk təqdim edilib

30 Avqust 2017 18:50

“Dell XPS 13” noutbuklar seriyası “Intel Kaby Lake-R” aparat platformasına malik modellərlə yenilənib. İstifadəçilərə “Intel Core i7-8550U” (4 nüvə/8 axın, 1,8/4 QHs) və “Intel Core i5-8250U”  (4 nüvə/8 axın, 1,6/3,4 QHs) prosessorları təklif ediləcək. 13 düymlük displeyin təsvir ölçüsü 3200x1800 piksel təşkil edir. Versiyadan asılı olaraq noutbuk 16 QB-dək əməli yaddaş və 512 QB-dək sərtgövdəli daşıyıcılarla təchiz edilə bilər. Həmçinin 40 Qbit/s-dək ötürmə sürətinə malik “Thunderbolt 3” interfeysi və 2 ədəd “USB 3.1 Gen 2” (10 Qbit/s-dək) portu mövcuddur.

Smartfonlar bazarında artım davam edəcək

30 Avqust 2017 18:45

“IDC” analitik şirkəti beşillik dövrün sonunadək dünya smartfonlar bazarında müsbət dinamikanın saxlanılacağını proqnozlaşdırır. Ekspertlərin qiymətləndirməsinə görə, 2021-ci ildə smartfonların tədarükü 2016-cı ildəki 1,47 milyarddan 1,7 milyardadək artacaq, hesabat dövründə sahədə ortaillik artım tempi isə 3,3 faizə bərabər olacaq. Şirkətin 2017-ci il üçün proqnozunda smartfon istehsalçılarının 1,49 milyarddan çox qurğu buraxaraq ötən ilin göstəricisinin 1,7 faiz yaxşılaşdırılması nəzərdə tutulur.

“Chrome” brauzer bazarında rekorda imza atıb

30 Avqust 2017 18:40

Dünyada ən populyar brauzer olan “Chrome” yeni rekordlar qırmağa davam edir. Dünyada 40 mindən çox sayta daxil olan 160 milyondan çox unikal istifadəçinin aktivliyini izləyən “NetMarketShare” xidmətinin məlumatları buna sübutdur.

Bakıda Türkiyənin Zəfər bayramı qeyd edildi

30 Avqust 2017 18:39

Bu gün Türkiyə Respublikasının Zəfər bayramı və Türk Silahlı Qüvvələri Günü münasibətilə qardaş ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul təşkil olunub. Məlumata görə, qəbulda səfirliyin və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyinin əməkdaşları, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, iş adamları, xarici ölkələrin Bakıdakı səfirləri və KİV təmsilçiləri iştirak ediblər.

Bu smartfonun displeyi dünyada ən yaxşı adına layiq görülüb

30 Avqust 2017 18:35

“Samsung”un smartfonlarında ən qabaqcıl komponentlərdən istifadə edilməsi faktını inkar etmək olmaz. Bu, xüsusilə displeylərə aiddir. Cənubi Koreya istehsalçısının displeyləri dəfələrlə ən yaxşı displey adına layiq görülüb. Şirkət müntəzəm olaraq daha qabaqcıl ekrana malik yeni model təqdim edir. “Galaxy Note 8” cihazlarında da bu ənənə qorunub saxlanılıb. Yeni qurğunu sınaqdan keçirmiş nüfuzlu “DisplayMate” nəşrinin mütəxəssisləri bildiriblər ki, smartfonda ən yaxşı displey qurulub.

“Intel Myriad X” prosessoru qurğuların görmə qabiliyyətini yaxşılaşdıracaq

30 Avqust 2017 18:30

Ötən ilin sentyabrında “Intel” korporasiyası Kaliforniyanın 2005-ci ildən dərin kompüter təlimi və kompüter görməsi üçün xüsusiləşmiş prosessorların hazırlanması ilə məşğul olan “Movidius” şirkətini satın alıb. O vaxt “Movidius” mühəndisləri obyektlərin müşahidəsi və tanınması üçün pilotsuz uçan aparatlara, mühafizə sistemlərinə və digər qurğulara quraşdırılan “Myriad 2” prosessorunu hazırlamaqla məşğul olublar. Şirkəti satın alan “Intel” patent və texnologiyalar paketinə sahib çıxıb. Hazırda təqdim olunan yeni “Myriad X” prosessoru da əvvəlki prosessorları üstələyir.

Roma futbol stadionunda qədim sarkofaq tapıldı

30 Avqust 2017 18:29

Alimlər Romada "Stadio Olimpiko" futbol stadionun sahəsində qədim dövrə aid sarkofaq tapıblar. Mərmərdən hazırlanan hər iki sarkofaqın 2 000 il yaşı var.

"Bermud üçbucağı"ndan sağ çıxan olub? - İki dəhşətli fakt - VİDEO

30 Avqust 2017 18:28

Əsrlərdir, lənətlənmiş yer kimi tanınan "Bermud üçbucağı"ndan qurtulan biri varmı? Sizə təqdim edəcəyimiz videoda bu barədə iki faktdan söz açılır. Bunlardan biri 1970-ci ildə Porto Rikodan Miamiyə uçan amerikalı bir pilot başına gələn şok olaydır. Digəri isə "Bermud üçbucağı"ndan sağ qayıdan azərbaycanlı alimin qeydləridir.

KTMT baş katibinin korrupsiya əməlləri və Qarabağ müzakirəsi

30 Avqust 2017 18:26

Ermənistanın keçmiş baş qərargah rəisi, hazırda KTMT-nın baş katibi vəzifəsini tutan Yuri Xaçaturov yeni postunda ilk səfərini öz ölkəsinə edib. Bir çox korrupsiya qalmaqalında adı hallanan Xaçaturovun səfərinin təsüdüfi olmadığını bildirilir. Səfər çərçivəsində Xaçaturov prezident Serj Sarkisyan və parlamentin sədri tərəfindən qəbul edilib.  Danışıqlar zamanı Qarabağ məsələsi (halbuki bu məsələ KTMT-nin prinsiplərinə aid deyil-red ) və Ermənistanın təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə edilsə də, erməni ekspertlər hesab edirlər ki, Xaçaturovun səfərinin məqsədi tamamilə başqadır.

Akif Əlizadə: "Əsas məqsəd elm və biznesin vəhdətinin təşkilidir"

30 Avqust 2017 18:25

Elm və istehsalatın inteqrasiyasını təmin etmək Azərbaycan elmi üçün əhəmiyyətli yenilikdir. Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, bunu AMEA Yüksək Texnologiyalar Parkı (YTP) ilə "EPC Group" MMC arasında əməkdaşlığa dair müqavilənin imzalanması mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

Brilliant Dadaşova xəstəxanaya yerləşdirildi

30 Avqust 2017 18:12

Xalq artisti Brilliant Dadaşova iki gün öncə təcili olaraq Türkiyədə xəstəxanalardan birinə yerləşdirilib. Sənətçi hazırda xəstəxanada həkim nəzarəti altındadır. Şahidlərin sözlərinə görə, B.Dadaşovanın yanında bacısı İradə olub.

BQXK: Dağlıq Qarabağ münaqişəsində bir ailənin 28 üzvü itkin düşüb

30 Avqust 2017 18:08

“Silahlı münaqişələr zamanı hərbi və ya mülki şəxs olmasından asılı olmayaraq, bütün itkin düşmüş şəxslərin ailələri əziyyət çəkirlər. Hətta, bu vəziyyət həmin şəxslərin həyatını itirməsi ilə barışmaqdan daha çətindir”.

Ərdoğandan BMT-yə təcili zəng - HƏYƏCAN TƏBİLİ

30 Avqust 2017 18:06

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşə təcili telefon zəngi edib. Telefon söhbətində Myanmada müsəlmanlara qarşı həyata keçirilən zorakılığın qarşısının alınması və bölgəyə humanitar yardımların çatdırılması müzakirə edilib.  Türkiyə prezidenti BMT və beynəlxalq ictimaiyyətin böhranın daha da dərinləşməməsi üçün təcili müdaxilənin həyati əhəmiyyət daşıdığını vurğulayıb.

XİN: Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı təmaslar çoxtərəfli əməkdaşlığın genişlənməsinə səbəb olub

30 Avqust 2017 18:01

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Qazaxıstan xarici işlər naziri Kayrat Abdraxmanov arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.