KTMT baş katibinin korrupsiya əməlləri və Qarabağ müzakirəsi
Ermənistanın keçmiş baş qərargah rəisi, hazırda KTMT-nın baş katibi vəzifəsini tutan Yuri Xaçaturov yeni postunda ilk səfərini öz ölkəsinə edib. Bir çox korrupsiya qalmaqalında adı hallanan Xaçaturovun səfərinin təsüdüfi olmadığını bildirilir. Səfər çərçivəsində Xaçaturov prezident Serj Sarkisyan və parlamentin sədri tərəfindən qəbul edilib. Danışıqlar zamanı Qarabağ məsələsi (halbuki bu məsələ KTMT-nin prinsiplərinə aid deyil-red ) və Ermənistanın təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə edilsə də, erməni ekspertlər hesab edirlər ki, Xaçaturovun səfərinin məqsədi tamamilə başqadır.
30 Avqust 2017 18:26 DünyaErmənistanın keçmiş baş qərargah rəisi, hazırda KTMT-nın baş katibi vəzifəsini tutan Yuri Xaçaturov yeni postunda ilk səfərini öz ölkəsinə edib. Bir çox korrupsiya qalmaqalında adı hallanan Xaçaturovun səfərinin təsüdüfi olmadığını bildirilir. Səfər çərçivəsində Xaçaturov prezident Serj Sarkisyan və parlamentin sədri tərəfindən qəbul edilib. Danışıqlar zamanı Qarabağ məsələsi (halbuki bu məsələ KTMT-nin prinsiplərinə aid deyil-red ) və Ermənistanın təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə edilsə də, erməni ekspertlər hesab edirlər ki, Xaçaturovun səfərinin məqsədi tamamilə başqadır.
Xatırladaq ki, bu günlərdə Xaçaturovun keçmiş korrupsiya fəaliyyətini aşkar edən materiallar sosial şəbəkələrdə yayılıb. Ehtimallara görə, İrəvan səfəri Sarkisyan və Xaçaturova cəmiyyət daxilində diqqəti yayındırmaq, KTMT kimi qurumda korrupsiya fəaliyyətlərinin "aparılmadığını" göstərmək üçün özünümüdafiə məqsədi güdür. Azvision.az