Roma futbol stadionunda qədim sarkofaq tapıldı
Alimlər Romada "Stadio Olimpiko" futbol stadionun sahəsində qədim dövrə aid sarkofaq tapıblar. Mərmərdən hazırlanan hər iki sarkofaqın 2 000 il yaşı var.
30 Avqust 2017 18:29 DünyaAlimlər Romada "Stadio Olimpiko" futbol stadionun sahəsində qədim dövrə aid sarkofaq tapıblar. Mərmərdən hazırlanan hər iki sarkofaqın 2 000 il yaşı var.
Sərdabələrdə Qədim Roma aristokratiyasının üzvləri dəfn edilib. Sarkofaqlardan biri barelyeflə bəzədilib. Arxeoloqlar qrupunun rəhbəri Marina Piranomonte deyib: "İlkin analiz göstərdi ki, sarkofaqlar eramızın III-IV əsrinə aiddir. Amma dəqiq tədqiqatdan sonra tam əminliklə nəsə söyləmək olar".
Tarixi əşyalar Romadakı xüsusi laboratoriyaya aparılıb. Artıq payız ayında alimlər analizləri başa vuracaqlar. Ölkə.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31