Bakıda Türkiyənin Zəfər bayramı qeyd edildi

Bu gün Türkiyə Respublikasının Zəfər bayramı və Türk Silahlı Qüvvələri Günü münasibətilə qardaş ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul təşkil olunub. Məlumata görə, qəbulda səfirliyin və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyinin əməkdaşları, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, iş adamları, xarici ölkələrin Bakıdakı səfirləri və KİV təmsilçiləri iştirak ediblər.

Rəsmi qəbul Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral tarixə nəzər salaraq türk xalqının və Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfər qazandığını bildirib. O qeyd edib ki, bu böyük zəfər türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsidir və bütün bunların nəticəsi olaraq bugünkü Türkiyə dövləti meydana gəlib. O Türkiyə ilə Azərbaycanın hər zaman bir-birinin yanında olduğunu da xüsusi olaraq qeyd edib.

Sonra tədbir ziyafətlə davam edib. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31