Baş Prokurorluq bu proqramda yoxlamaya başladı

Rusiya Baş Prokurorluğu “Birinci kanal”da yayımlanan “Пока все дома” verilişinin çəkilişlərində baş verə biləcək pozuntuların qarşısını almaq məqsədilə müxtəlif kütləvi informasiya vasitələrini nəzarətə götürüb.

Rusiya Baş Prokurorluğu "Birinci kanal"da yayımlanan "Пока все дома" verilişinin çəkilişlərində baş verə biləcək pozuntuların qarşısını almaq məqsədilə müxtəlif kütləvi informasiya vasitələrini nəzarətə götürüb.  Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi tərəfindən yetimlər və kimsəsizlər haqqında video çəkilişlər üçün 110 milyon rubl pul ayrılıb. Ayrılan vəsaitin düzgün istiqamətdə xərclənməsi və daha çox izləyici kütləsinə çatması üçün ilk növbədə seçilən proqram isə "Пока все дома" olub. Lakin bundan əvvəl birinci kanal artıq 1992-ci ildən bəri Timur Kizyakovun aparıcılığı ilə yayımlanan proqramın yayımını dayandırmışdı. Qalmaqalın əsas səbəbi isə yayım müqaviləsinin qüvvədən düşməsi olub. Timur Kizyakovsa öz növbəsində bildirir ki, "Dom" şirkəti "Birinci kanal"la olan əməkdaşlığına son verməyə özləri qərar verib.

Qeyd edək ki, aparıcının dediyinə görə, bu hadisə kimsəsiz uşaqlar üçün ayrılan büdcənin tarixindən əvvələ təsadüf edir. Publika.az rus mətbuatına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31