“Vest Bromviç” heyətini gücləndirib

İngiltərə Premyer Liqa təmsilçisi “Vest Bromviç” heyətini yeni futbolçu ilə gücləndirib. “Göy-ağlar” “Arsenal”ın müdafiəçisi Kiran Gibbsi heyətinə cəlb edib. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. “Vest Bromviç” 27 yaşlı futbolçu ilə 4 illik müqavilə bağlayıb. Klub ingilis müdafiəçinin transferi üçün “topçular”a 7,5 milyon avro ödəyib.

İngiltərə Premyer Liqa təmsilçisi "Vest Bromviç" heyətini yeni futbolçu ilə gücləndirib. "Göy-ağlar" "Arsenal"ın müdafiəçisi Kiran Gibbsi heyətinə cəlb edib. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. "Vest Bromviç" 27 yaşlı futbolçu ilə 4 illik müqavilə bağlayıb. Klub ingilis müdafiəçinin transferi üçün "topçular"a 7,5 milyon avro ödəyib.

Qeyd edək ki, "Arsenal"ın yetirməsi olan Gibbs ötən mövsümdə 22 oyunda şans qazanıb. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31