Müsəlman qırğını baş verən Myanma haradır?

Dövlətin rəsmi adı Myanma Birliyi Respublikasıdır. Ölkə 1989-cu ilə kimi Birma İttifaqı, 1989-2010-cu  ilə kimi Myanma Birliyi adlanıb. Paytaxtı Naypidodur. Ölkə hərbi rejim tərəfindən idarə olunur. Qonşuları şimal-qərbdən Hindistan və Banqladeş, şimal-şərqdə Çin, cənub-şərqdə Laos və Taylanddır. Ölkənin cənub-qərbi isə Benqal körfəzi ilə əhatə olunub.  

Myanma Cənub-şərqi Asiyada yerləşir.

Dövlətin rəsmi adı Myanma Birliyi Respublikasıdır. Ölkə 1989-cu ilə kimi Birma İttifaqı, 1989-2010-cu  ilə kimi Myanma Birliyi adlanıb. Paytaxtı Naypidodur. Ölkə hərbi rejim tərəfindən idarə olunur. Qonşuları şimal-qərbdən Hindistan və Banqladeş, şimal-şərqdə Çin, cənub-şərqdə Laos və Taylanddır. Ölkənin cənub-qərbi isə Benqal körfəzi ilə əhatə olunub.  

Dini vəziyyət

Birma əhalisinin 83 faizi buddistlərdir. Birmalıların əksəriyyəti, eyni zamanda şanlar, monlar, karenlərin çoxu, kaya, palaun, kaçinlərin bir hissəsi, çinlər və digərləri buddistdirlər. Buddizm özünün txeravad formasmında geniş yayılıb. Maxayana forması isə ancaq Şimali Birmanın xalqlarının bir hissəsində, ölkədə yaşayan çinlilər arasında vardır. Xristian dininə 5 faizdən çox insan ibadət edir. Xristianlığı əsasən birmanın əyalət rayonlarına gələn missionerlər yaymışlar. Çin, karen, kaya, kaçin kimi yerli xalqlar arasında da xristianlar var. Birma xristianlarının əksəriyyəti protestantlardır (1,2 mln. nəfər). Onların arasında əksəriyyəti baptistlər (950 min nəfər), anqlikanlar (130 min nəfər), metodistlər (39 min nəfər), yeddinci günün adventistləri (3 min nəfər), qurtuluş ordusunun tərəfdarlıra və s. vardır. Katoliklər 301 min nəfərdirlər. Ölkə əhalisinin 4 faizi müsəlmanlardır. Əhalinin 3 faizi induistlərdir. Çox az sayda iudaistlər də vardır. Ənənəvi qəbilə inancları Birmanın bir sıra əyalət rayonlarında yaşayan xalqlar arasında hələ də qalmaqdadır. Onlar əhalinin 5 faizini təşkil edirlər.

Tarixi 

Myanmada inkişaf etmiş bir Buda sivilizasiyası olub. Tərk edilmiş bir şəhər olan Paqanda bu sivilizasiyadan izlər qalıb. Şəhərdə 9-13-cü əsrlər arasında inşa edilmiş minlərlə Buda məbədi mövcuddur. 11-19-cu əsrlərdə Birma şahzadələri arasında amansız döyüşlər olub. 1820-ci ildə böyük Myanma Generalı Maha Bandula Hindistanın İmphal (Manipur) və Aşsam əyalətlərini ələ keçirib, Benqala tərəf hərəkət edib.  O zaman Hindistanda hakim olan ingilislər Myanmara hücum edir. Maha Bandula geri çəkilir və myanmarlılar yalnız Aşsam və İmphalla bağlı istəklərindən imtina etmələri ilə yanaşı, eyni zamanda Aşağı Birmanın Araka və Tenasserim bölgələrini də ingilislərə verməyə məcbur edildilər. 1826-82-ci illərdə ingilislər Aşağı Myanmanı addım-addım ələ keçirdilər. 1886-cı ildə Yuxarı Birma da ingilislərin nəzarəti altına keçdi. 1919-dən 1937-ci ilə qədər Myanma Birma adı ilə Hindistanın bir əyaləti olaraq ingilis əsarətində qaldı.  Deyerler.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31