Rusiyalı müxbiri Kiyevdə oğurladılar

Rusiyanın Birinci televiziya kanalının müxbiri Anna Kurbatova Kiyevdə oğurlanıb. Bu barədə kanalın mətbuat xidmətindən RİA "Novosti"yə bildirilib. Hadisə barədə əlavə məlumat verilməyib.  

Rusiyanın Birinci televiziya kanalının müxbiri Anna Kurbatova Kiyevdə oğurlanıb. Bu barədə kanalın mətbuat xidmətindən RİA "Novosti"yə bildirilib. Hadisə barədə əlavə məlumat verilməyib.  
 
Qeyd edək ki, Anna Kurbatovanın adı Ukraynanın məşhur "Mirotvorets" saytının məlumat bazasında da olub. Saytın müəllifləri jurnalisti informasiya manipulyasiyasında və Ukraynanın Müstəqillik günü münasibətilə keçirilən parad barədə qərəzli süjet hazırlamaqda ittiham ediblər. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31